Liviya: o zaman və indi – İkinci hissə
1. 334 dəfə baxılıb
“Sələf Xəbər” www.newdawnmagazine.com saytına istinadən, yazıçı və siyasi analist Mehdi Darius Nazemroyanın “Liviya o zaman və indi” adlı məqaləsini təqdim edir.
Liviya böyük iqtisadi dəyərə malik səmərəli bir ölkədir. O geniş neft və qaz ehtiyatlarına, böyük miqdarda yeraltı sulara, mühüm ticarət yollarına, əcnəbi sərmayəyə və çoxlu sayda likvid kapitala malikdir.
Liviyada münaqişə başlamazdan əvvəl insanlar dünyanın hər bir yerindən Cəməhiriyyəyə işləmək üçün gəlirdilər. Filippin və İtaliya kimi ölkələrdən gəlmiş işçilər, hətta, Liviyada özlərinə həyat qurmuş və öz bizneslərini inkişaf etdirmişdilər.
1959-cu ildə Liviyada neft ehtiyatları aşkarlandı. Siyasi təsərrüfatsızlıq və korrupsiyaya baxmayaraq, 1969-cu ildə Liviyanın neft ehtiyatları ölkə əhalisinin həyat standartlarını yüksəltmək üçün istifadə olundu. Liviya nefti heç vaxt tam milliləşdirilməsə də, yalnız 1969-cu ildə Qəddafi və bir qrup gənc zabitlər Liviya monarxiyasına qarşı qiyama qalxdıqdan sonra neft liviyalıların nəzarəti altına keçdi. 1969-cu ilə qədər ölkənin neft yataqlarının çoxu xalqın rifahına sərf olunmurdu. Qəddafinin liderliyi altında vəziyyət dəyişdi və 1970-ci il noyabr ayının 12-si Milli Neft Şirkətinin əsası qoyuldu.
Qəddafinin ailəsinin və məmurların külli miqdarda pul oğurlaması və talamasına baxmayaraq, dövlət tərəfindən əhaliyə mənzillərin verilməsi və maddi yardım göstərilməsi kimi sosial xidmətlər mövcud idi.
2011-ci ilə qədər illər boyunca Liviya Afrikada ən yüksək həyat standartlarına malik ölkə olub.
2008-ci ildə, Liviyada işsizlik səbəbindən etiraz aksiyaları keçirildi. Liviyada 2003-cü ildən 2011-ci ilə qədər keçirilmiş etiraz aksiyalarının əsas səbəbi iqtisadi meyarlar deyildi. Məhz bu, Cəməhiriyyəni Tunis, Misir və İordaniya kimi ölkələrdən fərqləndirirdi. Bu o demək deyildi ki, digər ərəb ölkələrində baş verən etirazların səbəbi yalnız iqtisadiyyat idi. Həmin dövrlərdə ərəb ölkələrində əhalinin qəzəbinə səbəb olan əsas məsələlər şəxsi azadlıqlar və korrupsiya idi.
Liviya, həmçinin, böyük miqdarda yeraltı sualara malikdir. Bu sular Çad, Misir, Liviya və Sudanın altındakı ərazidə yerləşən qədim Nubiya Qumdaşı Susaxlayan Təbəqədə yığılır.
Liviya və Misir bu su mənbəsinin əsas hissəsinə sahibdirlər. 1983-cü ildə polkovnik Qəddafinin sərəncamı ilə Nubiya Qumdaşı Susaxlayan Təbəqə Sisteminin istismar olunması üçün Böyük Süni Çay Orqanı təsis edildi. 2008-ci ilə qədər Liviya hökuməti su layihəsinə 19, 6 milyard dollar sərf edib.
Liviya Sərmayə Orqanı neft nəhəngi British Petroleum, dünyanın ən böyük alüminium istehsalçısı olan Rusiyanın RUSAL Birləşmiş Şirkəti, ABŞ-ın General Electric konqlomeratı, İtaliyanın UniCredit bankı və maliyyə nəhəngi, İtaliya Ente Nazionale İdrocarburi neft korporasiyası, Almaniyanın Siemens mühəndislik və elektronika holdinqi, Almaniyanın Rheinisch-Westfälisches Elektrizitätswerk elektrik və qaz şirkəti, Britaniyanın nəşriyyat nəhəngi Pearson və Britaniya telekommunikasiya nəhəngi Vodafone şirkətlərinin səhmlərinə sahibdir və bu kimi beynəlxalq korporasiyalara öz səhmlərini yatırıb:
Liviyanın zəngin ölkə olması onun 2011-ci ildəki törətdiyi “cinayətlərdən” biri idi. Liviya nefti, maliyyəsi, iqtisadiyyatı və təbii resurları ABŞ və onun müttəfiqləri üçün cəlbedici idi. Bütün bunlar Liviya müharibəsinin qənimətləri idi. 2011-ci il müharibəsinin baş verməsində Liviya enerji ehtiyatları və geosiyasəti əsas rol oynasa da, məqsəd, həmçinin, Tripolinin maliyyə holdinqlərini mənimsəmək və Vol Stritin və digər maliyyə mərkəzlərinin dağıdıcı maliyyə hegemonluğunu təkmilləşdirmək və qorumaq idi. Uoll Strit Tripoliyə borcsuz olmağa, beynəlxalq maliyyə əmlakını yığmağa, beynəlxalq kreditlər verən kreditor dövlətə çevrilməyə və digər ölkələrə, xüsusilə Afrika ölkələrinə sərmayə qoymağa imkan verə bilməzdi. Odur ki, bu məsələdə marağı olan ABŞ və Avropa İttifaqının əsas bankları, nəhəng multinasional neft konqlomeratları kimi NATO-nun Tripolidəki müharibəsində həlledici rol oynadı.
Afrikanın Liviya müharibəsi ilə əlaqədar geosiyasəti
NATO-nun Liviya Ərəb Cəməhiriyyəsində həyata keçirdiyi əməliyyatlar Liviya siyasi birliyini çökdürdü. Bu Şimali Afrika ölklərinin və Liviya ilə sərhəd olan bütün ölkələrin birliyinə mənfi təsir göstərdi. Liviya və yerləşdiyi region laxladı. Liviyada NATO müharibəsinin qismən nəticəsi olaraq Nigeriya, Mali və Mərkəzi Afrika Respublikasında döyüşlərin getməsi domino effektinə səbəb oldu.
Liviya Afrika daxilində mühüm coğrafi nöqtədə yerləşib. Ölkə Afrikaya geosiyasi giriş rolunu oynayır və qitənin şimali-şərqi və şimali-qərbi hissələrini birləşdirir. Liviya ərazisi Sahara və Sahil regionlarının daxilindədir və Liviyada baş verən hadisələr birbaşa Sudan, Misir və Məğrib, Qərbi Afrika və Mərkəzi Afrika regionlarına təsir edir. Liviya, həmçinin, quru ilə əhatələnmiş Çad və Nigeriya üçün dənizə çıxışı təmin edən ölkələrdən biridir.
Tunisi çıxmaq şərtilə bu Afrika ölkələri – Misir, Sudan, Çad, Niger və Əlcəzair bir-birilə sərhəddir. Bu cəhətdən Liviyanın mövqeyi çox əhəmiyyətlidir və müxtəlif ölkələr və regionlarla sərhəd olan digər böyük Afrika ölkələri ilə bu territorial yaxınlıq çox mühümdür.
Sosial-mədəni nöqteyi-nəzərdən, Liviya sərhəd olduğu bütün ölkələrlə tayfa (qəbilə) və mədəni bağlarla bağlanıb. Liviyada etnik azlıqlar da mövcuddur, lakin onların sayı nisbətən azdır. Liviyalılar özlərini əsasən ərəblərə mənsub edir. Liviyada ən böyük etnik azlıq Bərbərlərdir.
Qahirədə “Yeni başlanğıc”: Obamanın İslamı idarə etmək cəhdləri
İnanc və din məsələləri də geosiyasi alətlər və təsir silahları hesab edilir. Barak Hüseyn Obama prezident seçilərək ABŞ ictimaiyyətinə özünü “sülh şahzadəsi” kimi tanıtdı və xalq üçün “ümid yerinə” çevrildi. O, bir nitqi zamanı bəyan edir ki, müsəlman dünyası ilə münasibətlərə yenidən nəzər salmaq istəyir. 2009-cu ildən bəri Obama atasının Kenyalı müsəlman olmasını əsas tutaraq özünü “Afrika övladı” və müsəlmanlara simpatiyası olan bir şəxs şəkildə təqdim etməyə və ardıcıl şəkildə bu fürsətdən istifadə etməyə çalışmışdır. 2009-cu il iyun ayının 4-də o Qahirə universitetində şövqlü bir nitqlə çıxış edir. Obamanın “Yeni başlanğıc” adlandırılan bu nitqinin mahiyyətində guya ABŞ və “Müsəlman dünyası” arasında münasibətlərə dəymiş zərəri bərpa etmək məqsədi dururdu. Bu nitq Ağ Ev tərəfindən aşağıdakı kimi təsvir olunurdu:
2009-cu il iyun ayının 4-ü, Misirin Qahirə şəhərində Prezident Obama Birləşmiş Ştatlar və dünyadakı müsəlmanlar arasında münasibətlərdə qarşılıqlı maraqlar və qarşılıqlı hörmətə əsaslanan yeni başlanğıc irəli sürür. Prezident, xüsusilə, bildirir ki, ABŞ, əhalisinin əksəriyyəti müsəlmanlar olan ölkələrlə və onların əhalisi ilə təhsil, iqtisadi inkişaf, elm və texnologiya və səhiyyə kimi sahələr üzrə əməkdaşlığı genişləndirərək daha geniş münasibətlər qurmağa çalışacaq və ortaq məsələlərlə bağlı birgə çalışmağa davam edəcək.
Müsəlman ölkələrində bir çoxları bu sülh və qarşılıqlı hörmət vədlərinə aldandı. Barak Obama müharibə qızışdırmaqda Oval Ofisdə özündən əvvəl əyləşmiş prezidentlərdən heç də geri qalmadığını sübut etdi. Onun Qahirədəki nitqi böyük əhəmiyyət daşıyırdı, çünki bu ABŞ-ın müsəlmanları, onların ümidlərini və amallarını geosiyasi cəhətdən istifadə etmək üçün yeni kampaniyanın başlanğıcı idi. Eyni vaxt çərçivəsində, ABŞ Dövlət Departamenti “Müsəlman qardaşları” təşkilatı ilə qarşılıqlı fəaliyyətə başladı və hətta, nitqdən əvvəl təşkilat üzvlərinin Qahirə Universitetinə gələrək onu dinləməsini istəmişdilər. Sanki dırnaqarası Ərəb Baharının gəlişinin əlaməti olan bu Qahirə nitqi, demokratiyanın yüksəlişini və demokratik dəyərləri sıxışdıran rejimlərin qeyri-sabitliyindən xəbər verirdi. Ərəb Baharında iştirak edən və Liviyada müharibəni dəstəkləyən təşkilatların və şəxslərin əksəriyyəti Obamanı “yeni başlanğıcla” əlaqəli çağırışlara tələsdirirdilər. Onların arasında Keçid Şurasını təsis etməyə kömək etmiş Əli Əuzəkük də var idi. 2010-cu ilin sonlarında İndoneziyanın paytaxtı Cakartada müsəlmanlara müraciətlə ikinci nitqində Obama müsəlman dünyası ilə bu yaxınlaşma mövzusuna davam edərək demokratiya, inanc və iqtisadi inkişafdan dəm vurur. Bu andan etibarən əl-Qaidə ABŞ xarici siyasətinin diqqət mərkəzindən silinir və diqqət Ərəb Baharı çevrilişləri istiqamətində yönəlir. ABŞ əl-Qaidə liderinin Pakistanda Mərkəzi Kəşfiyyat Agentliyi komandası və ABŞ hərbi dəniz donanması komandosları tərəfindən 2010-cu ilin may ayında Pakistanda öldürülməsi ilə bağlı bir neçə dəfə bəyanat verərək Usamə bin Laden qarabasmasını puça çıxarmaq üçün çalışdı.
Vaşinqtonun yolunu azmış, islam bayrağı altında döyüşdüyünü iddia edən hərbi qruplaşmalarla ittifaqı 2011-ci ildə alovlandı. Bu ittifaq özünü Liviyada, daha sonra isə nisbətən şərqdə Aralıq dənizinin Suriya və Livan sahillərində gedən döyüşlərdə göstərdi.
Yazıçı və geosiyasi analist Mehdi Darius Nazemroya, “NATO-nun qloballaşması” və bu yaxınlarda işıq üzü görəcək “Liviya uğrunda müharibə, Afrikanın rekolonizasiyası” kitablarının müəllifidir. O, həmçinin, mədəni tənqiddən beynəlxalq münasibətlərə qədər mövzularda yazılmış bir çox digər kitabların müəllifi, Qloballaşma üzrə Tədqiqatlar Mərkəzinin elmi əməkdaşı, Moskva Strateji Mədəniyyət Fondunun əməkdaşı və İtaliya Elmi Geosiyasət Komitəsinin üzvüdür.
“SələfXəbər.az” saytının redaksiyası tərəfindən tərcümə olunub