Sələf Xəbər


İCMAL VƏ RƏY

 Son Xəbərlər

Liviya: o zaman və indi – Üçüncü hissə

Dekabr 24
14:14 2014

Liviya bu gün: ehtiyaclı, parçalanmış və münaqişələrə məruz

“Sələf Xəbər” www.newdawnmagazine.com saytına istinadən, yazıçı və siyasi analist Mehdi Darius Nazemroyanın “Liviya o zaman və indi” adlı məqaləsini təqdim edir.

Liviyanı parçalamaq tarixi layihəsi 1943 və 1951-ci illərə qayıdır. Bu, İkinci Dünya müharibəsi zamanı İtaliya və Almaniyanın Şimali Afrikada məğlub olmasından sonra Liviya üzərində qəyyumluğa sahib olmaq üçün uğursuz cəhdlərindən sonra başladı. Liviyanı parçalamaq cəhdləri tədricən 2003-cü ildə İngiltərə və ABŞ-ın İraqa qeyri-qanuni müdaxiləsindən sonra təsis edilmiş monarxial federal sistemi liviyalılar üzərində tətbiq etməsi ilə nəticələndi. Əgər liviyalılar nisbətən homogen cəmiyyətdə federalizmi qəbul etməsəydilər, 1951-ci ildə müstəqillikdən məhrum ola bilərdilər.

İkinci Dünya müharibəsi zamanı liviyalılar Britaniyanın öz öləkələrinə daxil olaraq italiyalılar və almanlarla döyüşməsinə yardım göstərdi və icazə verdi. 1942-ci ili noyabr ayının 20-si Benqazi, 1943-cü il yanvarın 23-ü isə Tripoli Britaniyanın hərbi nəzarəti altına keçdi. Liviyaya müstəqil ölkə olmağa icazə verəcəyi barədə vədlərə baxmayaraq, London Liviyanın Tripolitaniya və Kirenaika əyalətlərini idarə etmək niyyətində idi. Liviyanın az qala 1/3-i olan, ölkənin Əlcəzair, Niger və Çadla sərhəd olan cənubi-qərbi hissəsi Fezzan regionu isə Parisin idarəsi altına keçəcəkdi.

İkinci Dünya müharibəsi bitdikdən sonra, qaliblər və İtaliya qəyyumluq altında olan torpaqlar kimi Liviyanı parçalamağa cəhd etdilər. 1945-ci il sentyabr ayının 15-i Amerika, Britaniya, Fransa və Sovet hökumətləri baxılması üçün məsələni BMT Baş Assambleyasına təqdim etdilər. 1949-cu il may ayının 10-da Britaniya və İtaliya son cəhdlərini edərək Liviya üzrə Bevin-Sfora planını irəli sürdülər. Planda Liviya ərazisini İtaliyanın nəzarətində olan Tripolitaniyanı, Britaniyanın nəzarətində olan Kirenaikanı və Fransanın nəzarətində olan Fezzanı bölmək nəzərdə tutulurdu. Səsvermə zamanı Liviyanın bölünməsinə yalnız Haiti etiraz etdiyi üçün, onlar bu məqsədlərinə nail ola bilmədilər.

O zaman Britaniya üzünü Kral İdrisə tutaraq Liviyada federal əmirliyin təsis edilməsi ilə ölkəni yumşaq şəkildə balkanlaşdırmağa cəhd etdi.
Bu, bir çox ərəb millətçilərinin ürəyincə deyildi. Qahirə ABŞ və müttəfiqlərinin törətdiklərindən çox narahat idi və bunu diplomatik hiylə adlandırırdı. Lakin əksər liviyalıların etirazına baxmayaraq, 1951-ci ildə Liviyada Kral İdris tərəfindən federalizm təyin edildi. 1963-cü il aprel ayının 7-si İdris federalist sistemi ləğv edərək unitar sistem qurmağa vadar edildi.

Liviyanı parçalamaq kimi imperialist niyyətlərindən əl çəkməmişdilər, sadəcə, bu plan Qərb blokunda müxtəlif xarici işlər nazirləri və NATO ölkələrinin paytaxtları tərəfindən təxirə salınırdı. 2011-ci ilin martında ABŞ Milli Kəşfiyyat xidmətinin direktoru Ceyms Klepper ABŞ Senatı Silahlı Xidmətlər Komitəsinə bəyan etdi ki, Liviyada münaqişə bitdikdən sonra bu Şimali Afrika ölkəsi əvvəlki monarxial federalist sisteminə qayıdacaq, 2 və ya 3 müxtəlif administrasiyalardan ibarət olacaq. Həmçinin, həmin ay NATO Ali Komandiri Admiral Stravridis ABŞ Senatı Silahlı Xidmətlər Komitəsinə bildirir ki, NATO müharibəsi davam etdirildikcə Liviyada tayfa müxtəliflikləri güclənəcək. Hətta, ölkəni bölməyə dair çoxtərəfli diskussiyalar da aparılırdı. Lakin dəqiq sərhədlər barəsində ümumi razılığa gəlinmədi.

ABŞ 1982-ci ildə Reyqan Administrasiyası altında ABŞ Milli Təhlükəsizlik Şurası tərəfindən qurulmuş Liviya hökumətini devirməyi planlaşdırırdı.
ABŞ-ın planını həyata keçirmək məqsədilə Vaşinqton “hərbi əməliyyatlara başlamaq üçün kazus belli (müharibəyə başlamaq üçün səbəb – tərc.)” tapmazdan əvvəl Liviya ətrafındakı ölkələrdən istifadə edərək münaqişə yaratmalı idi. Eyni zamanda onlar Liviya iqtisadiyyatı, infrastrukturu və hökumətinə qarşı təxribat kampaniyası təşkil edən Mərkəzi Kəşfiyyat Agentliyi tərəfindən idarə olunan müxalifət qruplarının qayğısına qalacaqdılar. Bu məxfi planların şifrəli adı “Gül” idi.

Cozef Stanikin sözlərinə əsasən, MTŞ təqribən iyirmidən çox rəsmi məmurun məxfi planlara çıxışını məhdudlaşdırmışdı. “Gül” 2 subkomponentdən ibarət idi:
“Zambaq” və “Qızılgül”. “Zambaq”, Qəddafinin əleyhinə olan və ölkədən sürgün edilmiş şəxsləri və Misir kimi, Qəddafinin hakimiyyətdən getməsini istəyən ölkələrin dəstəyi ilə Qəddafini devirmək üçün işlənib hazırlanmış Mərkəzi Kəşfiyyat İdarəsi məxfi əməliyyatının şifrəli adı idi. “Qızılgül” – böyük ehtimalla Misir kimi müttəfiq dövlətin Amerika hava qüvvələrinin havadan dəstəyi ilə həyata keçirilmiş qəfil hücumun şifrəli adı idi. Qəddafi “Gül” əməliyyatı nəticəsində öldürülsəydi, Reyqan günahı öz boynuna götürəcəyini bildirmişdi.
Obama administrasiyasının Müdafiə Katibi, eyni zamanda, kəşfiyyat xidmətinin direktor müavini Robert Geyts, “Gül” əməliyyatının hərbi subkomponenti olan “Qızılgül” əməliyyatını dəstəkləyirdi.

Liviyada bütün bunlar NATO Cəməhiriyyə hökumətini devirdiyi üçün baş verdi. Sonra qarmaqarışıqlıq yarandı və hadisələr Niger kimi qonşu ölkələrə də öz təsirini göstərdi. Tripolidə Keçid Şurası, Misratada Misrata Hərbi Şurası, Kirenaikada bir neçə qondarma əmirlik və Qərb Dağlarında və Fezzanda Cəməhiriyyə loyalist və tayfa hökumətləri də daxil olmaqla müxtəlif fraksiyalar və müxtəlif administrasiyalar mövcuddur.

Cəməhiriyyə loyalistlərinin və Cəməhiriyyə əleyhinə milli qoşunların birləşərək digərləri ilə vuruşması kimi qarşıdurmalar da baş verib. Nəticədə, qanunsuzluq və Somali üslubunda vətəndaş müharibəsi baş verdi.
Hətta, Liviyada yayılmış qruplaşmalara kömək edən ABŞ rəsmiləri də səbəb olduqları çaxnaşmadan qurtula bilmədilər; 2012-ci ilin sentyabrında ABŞ səfiri Con Kristofer Stivensin Benqazidə öldürülməsi bunun sübutu idi.
Neft və qaz istehsalı dayandırıldı. Milli aktivlər xarici korporasiyalara satıldı və özəlləşdirildi. Liviya daha Afrikada rəqabətli iqtisadi gücə malik deyil və maliyyə gücü inkişaf etmir. Tripoli bir gecədə borcsuz ölkədən borclu ölkəyə çevrildi.

Qəribə təsadüfə bax ki, Cəməhiriyyəni əvəzləyən, ABŞ-ın dəstəklədiyi Liviya rejiminin döyüş təyyarələri 2014-cü ildə Tripolidə Liviya vətəndaşlarını bombardmana tutdu. Tripolidə nəzarəti ələ almaq uğurunda döyüşlər şiddətləndi. ABŞ, Avropa Birliyi və NATO buna göz yumdu, halbuki 2011-ci ildə onlar Cəməhiriyyə hökumətinin bu addımı atdığı barədə yalan ittihamlar əsasında bombardman kampaniyası və müharibə başlatmışdılar. Bu oyunçuların yalanı göz qarşısındadır.

Yazıçı və geosiyasi analist Mehdi Darius Nazemroya, “NATO-nun qloballaşması” və bu yaxınlarda işıq üzü görəcək “Liviya uğrunda müharibə, Afrikanın rekolonizasiyası” kitablarının müəllifidir. O, həmçinin, mədəni tənqiddən beynəlxalq münasibətlərə qədər mövzularda yazılmış bir çox digər kitabların müəllifi, Qloballaşma üzrə Tədqiqatlar Mərkəzinin elmi əməkdaşı, Moskva Strateji Mədəniyyət Fondunun əməkdaşı və İtaliya Elmi Geosiyasət Komitəsinin üzvüdür.

“SələfXəbər.az” saytının redaksiyası tərəfindən tərcümə olunub

Digər xəbərlər