Sələf Xəbər


İCMAL VƏ RƏY

 Son Xəbərlər

“Mingəçevir SES-ə raket zərbəsi vurmaq haqqında düşünən erməni bilməlidir ki…”

Aprel 21
16:51 2016

Ermənistan tərəfinin Mingəçevir su anbarına raket zərbəsi endirəcəyi hədəsinə Bakıdan cavab gəlib.

“Sələf Xəbər” Milli.Az-a istinadən bildirir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib.

“Mingəçevir Su-Elektrik Stansiyasının taleyi üçün narahat olmağa dəyməz. Mingəçevir SES-ə raket zərbəsi vurmaq haqqında düşünən erməni bilməlidir ki, bunun əvəzində Xankəndi Azərbaycanın uzaq mənzilli raketləri ilə yerlə yeksan ediləcək”.

O qeyd edib ki, Xankəndi Azərbaycanın öz torpağıdır, vurar, sonra da bərpa edər, ayrıca bizə də ziyanı olsa belə Ermənistanın Atom Elektrik Stansiyasını böyük təhlükə gözləyəcək:

“Ümumiyyətlə, hansısa erməninin “biz Mingəçevir Su-Elektrik Stansiyasına raket zərbəsi vura bilərik” sərsəmləməsinin mənası odur ki, müharibə Dağlıq Qarabağdan Ermənistan ərazisinə keçəcək. Əgər müharibəni evlərinə daşımaq istəmirlərsə, “Mingəçevir” ifadəsini gərək dillərinə gətirməsinlər”.

Sələf Xəbər: Uca Allah hələ 1400 il bundan əvvəl bu insanları aşağıdakı kimi təsvir etmişdir: “Onlar sizə qarşı fəsad törətməkdən əl çəkməzlər, sizin sıxıntıya düşməyinizi istəyərlər. Düşmənçilikləri onların ağızlarından (çıxan sözlərdən) bəllidir. Kökslərində gizlətdikləri (düşmənçilik) isə daha böyükdür. Əgər anlayırsınızsa, Biz ayələri artıq sizə bəyan etdik”. (Qurani-Kərim, “Ali İmran” surəsi, 118-ci ayə)

Digər xəbərlər