Sələf Xəbər


İCMAL VƏ RƏY

 Son Xəbərlər

Müharibə müharibə törədir: səbəb isə heç vaxt İslam olmayıb

Yanvar 24
21:16 2015

“Sələf Xəbər” www.foreignpolicyjournal.com saytına istinadən zorakılığın həqiqi köklərinə müraciət etməli olduğumuz halda nə üçün müzakirə mövzusunun hələ də İslam olduğu barədə məqaləni təqdim edir:

Mətbuat və qərbin hədəflərinə hücum edən döyüşçülər belə desə də, məsələ İslamda deyil…və heç vaxt olmayıb. Lakin çoxları üçün siyasəti dinlə qarışdırmaq böyük əhəmiyyət kəsb edib. Qismən ona görə ki, bu əlverişlidir və özünütəsdiq üçün zəruridir.

Birincisi, gəlin, bəzi məqamları aydınlaşdıraq. Qərb dünyasında köləliyin öz kulminasiya nöqtəsinə çatdığı dövrdən 1200 il əvvəl İslam köləliyi ləğv etmək üçün sistem müəyyən etmişdi. Bütpərəst ərəb tayfalarının əsarətində olan kölələri azad etmək Quranda təkrar-təkrar xatırlanır və daim möminliyin və fəzilətin əsas əlamətləri ilə əlaqələndirilir: “Zəkatlar Allah tərəfindən bir fərz olaraq yalnız yoxsullara, kasıblara, onu yığıb paylayanlara, qəlbləri (İslam dininə) isinişdiriləcək kimsələrə, kölələrin azad olunmasına, borclulara, Allah yolunda cihad edənlərə və müsafirlərə məxsusdur. Allah Biləndir, Müdrikdir”. (Qurani-Kərim, “Tövbə” surəsi, 60-cı ayə)

Təəssüflər olsun ki, bir çox qərb ölkələrində İslam əleyhinə daimi təbliğat sayəsində bu cür xatırlatmaların tez-tez bəyan edilməsi zərurəti meydana gəlir. Qondarma “İslam Dövləti” terror xəvaric qruplaşmasının əcaib və barbarsayağı davranışı yalnış rəyin formalaşmasına və mövcud təbliğata təkanverici qüvvə rolunu oynayıb.

İkincisi, İslamda Allahın qadın və kişilərin hüquqlarına münasibətdə ədaləti Quranda və Məhəmməd Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) hədislərində öz əksini tapıb: “Həqiqətən, müsəlman kişilər və müsəlman qadınlar, mömin kişilər və mömin qadınlar, müti kişilər və müti qadınlar, doğru danışan kişilər və doğru danışan qadınlar, səbrli kişilər və səbrli qadınlar, (Allaha) baş əyən kişilər və baş əyən qadınlar, sədəqə verən kişilər və sədəqə verən qadınlar, oruc tutan kişilər və oruc tutan qadınlar, ismətlərini qoruyan kişilər və (ismətlərini) qoruyan qadınlar, Allahı çox zikr edən kişilər və qadınlar üçün Allah bağışlanma və böyük mükafat hazırlamışdır”. (Qurani-Kərim, “Əhzab” surəsi, 35-ci ayə)

Üçüncüsü, İslamda həyatın müqəddəsliyi o qədər əhəmiyyətlidir ki, “…kim bir adamı öldürməyən və ya yer üzündə fəsad törətməyən bir şəxsi öldürərsə, sanki bütün insanları öldürmüşdür. Kim də onu ölüm-dən xilas edərsə, sanki bütün insanları xilas etmiş hesab olunar”. (Qurani-Kərim, “Maidə” surəsi, 32-ci ayə)
Təkrar edirəm, məsələ İslamda deyil. Məhz bu səbəbdən biz zorakılığın həqiqi köklərinə müraciət etməli olduğumuz halda, İslam müzakirə mövzusudur.

Əsrlər öncə Ərəbistanda nazil olunanda İslam köklü dəyişikliyə səbəb olmuşdu. İslam cəmiyyətdə təbəqələşməyə, qeyri-bərabərliyin hər cür şəklinə və daha vacibi, kapitalizmə və onun tamahkarlığı, acgözlüyü və daşürəkliliyinə qarşı sərt mövqedən çıxış edib və etməkdə davam edir. Lakin bu gün İslamın adı İŞİD terror xəvaric qruplaşması, Nigeriya tayfa və məzhəb münaqişələri, Fələstinin İsrailin işğalına qarşı müqaviməti, Avropada immiqrasiya məsələləri və bir çox digər məsələlərlə birgə çəkilir.

Dünyada baş verən zorakılığın əksər hissəsi xristianlıq, iudaizm, hətta, Birma və Şri-Lankada buddizm adından həyata keçirilsə də, onların adı nadir hallarda mətbuat tərəfindən damğalanır. Lakin özünü müsəlman adlandıran hər hansı bir cinayətkar zorakı bir hərəkətə yol verdikdə, bütün müsəlmanlar birbaşa və ya dolayı yolla məsul sayılır. Doğrudur, cinayətkarın “tənha canavar” olduğu bildirilsə də, hadisədən sonra mətbuatda gedən müzakirələrdə müsəlmanların və İslamın bu məsələyə aid ediləcəyinə əmin ola bilərsiniz.

Ümidsizcəsinə bu ittihamlardan qurtulmağa çalışan bir çox müsəlmanlar 20 ilə yaxındır ki, nüfuzlu ziyalılar və jurnalistlərin rəhbərliyi altında İslamın adını zorakılıqdan ayırmaq və davam edən stereotiplərlə mübarizə aparmaq üçün səy göstərirlər. Zamanla, bu cəhdlər öz kulminasiya nöqtəsinə çataraq İslam adından kütləvi üzrxahlıqlara gətirib çıxarıb. Braziliyada və ya Liviyada yaşayan bir müsəlman Avstraliyanın Sidney şəhərində baş vermiş girov böhranına reaksiya verir, İslam adından törədilmiş zorakılığı pisləyir, hiddətlə İslamı müdafiə edir, döyüşkənliyi rədd edir və belə bir sual meydana gəlir: axı, nə üçün?

Nə üçün mətbuat, hətta, hər hansı ağıldankəm insanın İslam adından törətdiyi bir əmələ görə bütün müsəlmanları məsul bilir? Nə üçün digər dinlərin üzvlərinə də eyni standartlar tətbiq olunmur? Nə üçün Uqandada “Tanrının müqavimət ordusunun” hərəkətlərinə görə isveçli xristianlardan və ya Yerusalimdə, Qərb Sahilində yəhudi ekstremistlərin törətdiyi müntəzəm zorakılığa, terrora görə argentinalı yəhudilərdən nəyisə izah etmələri və ya üzr istəmələri tələb olunmur?

1992-ci ildə Frensis Fukuyama “Tarixin sonunu” elan edəndə- azad bazarların və “liberal demokratiyaların” əbədi hökm sürəcəyini bayram edəndə – ardınca Samuel Hantinqton ziddiyyəti, lakin eynilə təkəbbürlü “Mədəniyyətlərin toqquşması” fikri və “dünyanın quruluşunu dəyişmək” zərurəti meydana gələndə, bu tamamilə yeni intellektual industriya Vaşinqton, London və digər yerlərdə bir çoxlarını cəlb etdi. Soyuq müharibə şişirdilmiş siyasi özünütəsdiq sayəsində qalibanə şəkildə başa çatanda, Yaxın Şərq hökmranlıq və hərbi texnika ideyaları üçün yeni oyun meydançasına çevrildi.

O vaxtdan bəri, bu, müxtəlif qərb güclərinin qızışdırdığı və ya iştirakı ilə baş vermiş ümumi müharibəyə çevrilib. Bu, uzunmüddətli, çoxölüçülü müharibə idi: yer üzərində dağıdıcı müharibə, itqisadi müharibə (bir tərəfdən blokadalar və digər tərəfdən qlobalizasiya və azad bazarın istismarı) mədəni işğal (hansı ki, cəmiyyətin qərbləşməsini çağdaşlığa bərabər etmişdi); üstəgəl Yaxın Şərqdə aparıcı din olan İslamı hədəfləyən kütləvi təbliğat müharibəsi. İslama qarşı müharibə xüsusilə böyük əhəmiyyət kəsb edirdi, çünki belə görünürdü ki, bu müharibə geniş çeşiddə qərbli ziyalıları, mühafizəkarları, liberalları, dindarlarla bərabər dünyəvi insanları da birləşdirirdi. Bunu etməyə əsaslı səbəblər var idi:

Small black square İslam, sadəcə, din deyil, həyat tərzidir. İslamı iblisləşdirməklə müsəlmanlar da daxil olmaqla İslamla əlaqəli hər şey iblisləşdirilir. Small black square İslamın təhqir olunması və bunun qərbin rəhbərliyi altında kütləvi islamofobiyaya çevrilməsi qərb hökumətlərinin zorakı və təhqiredici əməllərini qanuniləşdirməyə kömək edib. Müsəlmanların dehumanizasiyası müharibənin əsas silahına çevrilib.

Small black square. Bu, həmçinin, strateji məqsəd daşıyırdı: İslama və bütün müsəlmanlara nifrət oyatmaq qərbin siyasi və iqtisadi maraqları olan istənilən yerə hərbi müdaxiləni və iqtisadi sanksiyaları mümkün edən bir alətdir. İslama nifrət Sudanda sanksiyaların tətbiq edilməsinin tərəfdarlarından tutmuş, Almaniyada neo-nasist qruplaşmalara qədər bütün dünyada birləşdirici şüara çevrilib. Məsələ daha siyasi hökmranlıq və təbii ehtiyatları ələ keçirmək üçün zorakı vasitələr deyil. Bütün bu məqsədlər sehrli şəkildə bir kəliməyə sığışdırıldı: İslam. Və ya ən yaxşı halda İslam və hər hansı bir kəlmə – söz azadlığı, qadın hüquqları və sairə.

Beləliklə, yanvar ayının 7-də silahlı şəxslərin Parisdə satirist jurnalın redaksiyasına hücumundan sonra “The Guardian” qəzetində Yan Blek kimilərin şərh verməsini görmək təəccüblü deyildi: “Satira və İslam bir-birinə ziddir…”

Fransa hərbisi və Yaxın Şərqə digər müdaxilə formaları, onun Suriyada dağıdıcı rolu, Liviyada müharibədə liderlik rolu, Malidə apardığı müharibə və s. barədə bir kəlmə də deyilmədi. Hətta, Fransua Hollandın liviyalı qiyamçıları bombalamağa “hazır” olduğu barədə bəyanatına dair heç bir kəlmə də deyilmədi. Baxmayaraq ki, o bu bəyanatla cəmi bir neçə gün əvvəl çıxış etmişdi.

Təbii ki, “Charlie Hebdo” jurnalının əxlaqsızlığı təşviq edən satirası və onun Məhəmməd Peyğəmbəri (Allahın ona salavat və salamı olsun) hədəfləməsi xatırlandı, lakin mövzunu cəld şəkildə “7-ci əsrdən qalma İslamla” əlaqələndirən Blek və bir çox digərləri mənfur müharibələr haqqında və onların dəhşətli, əxlaqsızlığı təşviq edən işkəncə, zorlama və digər sözlərlə ifadə olunmayan, milyonlarla insanın, müsəlmanların qətlinə səbəb olmuş əməllər şəklində təzahürü barədə bir kəlmə də dilə gətirmədilər.

Bunun əvəzində, hər kəs qərbin incəsənətindən və müsəlmanların dözümsüzlüyündən danışır. Və gizli replika bu idi: hə, həqiqətən, bu “mədəniyyətlərin toqquşmasıdır”. Bu “ziyalılardan” heç olmasa biri düşündümü ki, bəlkə də, ola bilsin, İslamın rəmzlərinin alçaldılmasına zorakı cavablar həqiqi siyasi əhval-ruhiyyəni, məsələn dünyanın hər bir yerində insanların kütləvi təhqir, inciklik və irqçilik hisslərini əks etdirir?

Və təbiidir ki, qərbdən dünyanın qalan hissələrinə ixrac olunan müharibə nəticə etibarilə qərb şəhərlərinə geri qayıdacaq. Ola bilməzmi ki, müsəlmanlar “Charlie Hebdo” jurnalının zövqsüz sənətindən daha dərin və geniş bir məsələ səbəbilə hiddətləniblər?

Cavabdan qaçmaq, qərbin Yaxın Şərqə müdaxiləsinin sona yetməsi ilə başlamalı olan həll yolunu tapmaq cəhdlərini yubada bilər.

 Sələf Xəbər: Təəssüf ki, “söz azadlığı” prinsipinə əsaslanaraq, Qərbdəki bir çox hökumətlər İslama və müsəlmanlara münasibətdə nifrətin və təhqirlərin yayılmasına mane olmur. Lakin haqlı olaraq bir sual yaranır: nə üçün Qərb “söz azadlığı” prinsipini antisemitizmin təzahürlərinə dair tətbiq etmir? Axı, məlumdur ki, antisemitizm və Xolokostun inkar edilməsi bir çox Qərb ölkəsində təqib edilən cinayətkar fəaliyyət hesab olunur.

Beləliklə, “söz azadlığı” prinsipinin mövcudluğuna baxmayaraq, bu ölkələrin qanunları sayı bütün dünya üzrə 15 milyonu keçməyən dini icmanı müdafiə edir və onları təhqir edən və hissiyyatlarına toxunanları cəzalandırır. Bəs, nə üçün milyard yarımdan artıq olan müsəlman icmasının təhqir edilməsi haqqında söhbət getdikdə, dərhal “söz azadlığı” prinsipi yada düşür? Məgər bu ədalətdir?

Bizim dinimizə gəlincə isə, İslam antisemitizmi qadağan edir. Məhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “Ərəbin qeyri-ərəb üzərində üstünlüyü yoxdur. Qeyri-ərəb də, ərəbdən üstün deyildir. Necə ki, ağ dərili qaradərilidən, qaradərili isə ağ dərilidən üstün deyildir. Bir insanın o birilərindən üstünlüyü yalnız təqva ilədir!” (Əhməd)

Uca Allahdan müsəlmanlara səbir verməsini və İslamı pisləyənləri cəzalandırmasını istəyirik!

Digər xəbərlər