Sələf Xəbər


İCMAL VƏ RƏY

 Son Xəbərlər

Özəl bankın dünyanın ən iri iqtisadiyyatını idarə etməsi barədə

İyun 14
17:27 2014

Amerika pulu kimindir
ABŞ öz pulunu buraxmaq hüququndan məhrum edilmiş dünyada yeganə ölkədir.
Mərkəzi bank rolunu Federal ehtiyat sistemi – 12 federal ehtiyat bankın yaratdığı səhmdar cəmiyyət yerinə yetirir, hansılar, öz növbəsində, ərazi əlamətinə görə kommersiya bankları tərəfindən yaradılmışdır.
Amerika dövlətinin şəxsi pul yoxdur. Öz “milli valyutasını” əldə etmək üçün ABŞ hökuməti istiqraz vərəqələrini buraxır, Federal Ehtiyat Sistemi (FES) banknotları çap edir və istiqraz vərəqələrinin alışı yolu ilə onları dövlətə borc olaraq verir.

Sonra dövlət öz istiqraz vərəqələrini geri alır, faizlə pulu isə FES-nə qaytarır. Beləliklə, FES-nin gəlirinin əsas mənbəyi senorajdır – pul nişanlarının istehsalının maya dəyəri və onların nominalı arasında fərq. Yüz dollarlıq banknotun istehsalının maya dəyəri 10 sentdirsə, belə banknotun buraxılışı vaxtı senoraj – 99 dollar 90 sentdir.

Şəxsi bank kimi əməliyyat apararaq, FES qazancını yalnız dollar banknotlarının ABŞ hökumətinə satışından deyil, həmçinin Xəzinənin istiqraz vərəqələri üzrə faiz ödəmələrindən, ödəmə əməliyyatları, depozitlər, qiymətli kağızlarla əməliyyatlardan gələn gəlirlərdən əldə edir.

“ABŞ-ın Federal ehtiyatı haqqında” qanuna uyğun olaraq FES özəl komponentləri olan dövlət strukturudur, ona: ABŞ prezidentinin təyin etdiyi FES İdarəçiləri Şurası, Açıq bazar üzrə federal komitə, 12 regional federal ehtiyat bankı, daxil edilən ehtiyat kapitalına əvəz olaraq federal ehtiyat banklarının özgəninkiləşdirilməyən, qəti müəyyən edilmiş gəlirliliyə malik səhmlərini alan özəl banklar, bir sıra konsultasiya şurası daxildir.

Əslində isə dövlət bir neçə səbəbə görə FES-nin fəaliyyətinə çox məhdudlaşdırılmış təsirə malikdir. Birincisi, FES idarəçiləri səlahiyyətlərin uzadılması hüququ ilə 14 il müddətinə təyin olunurlar. Xatırladaq ki, ABŞ prezidenti 4 il müddətinə seçilir, onun dövlət başçısı vəzifəsində maksimal qalma müddəti isə 8 il təşkil edir. Necə deyərlər, prezidentlər gəlir və gedir, FES “sükançıları” isə dəyişməz olaraq qalır. FES əvvəlki rəhbəri A.Qrinspen 19 il bu vəzifədə olub, indiki sədr B.Bernanke isə artıq 2006-cı ildən, iki prezidentin müddətini ötərək işləyir. Hakimiyyət Ağ evdə deyil, məhz burada cəmlənmişdir. İkincisi, FES dollar banknotlarının əsilliyini müəyyən edə biləcək ən yüksək instansiyadır.

Bu nəzarətsiz emissiya imkanından başqa, həm də istənilən pul nişanlarını saxta saymağa icazə verir, hətta əgər onlar əslində ABŞ-ın FES özü tərəfindən buraxılıb.
Və, nəhayət, ən maraqlısı. Emissiya mərkəzinin hökumətdən asılı olmamağı pul emissiyasının ABŞ hökumətinin qısamüddətli maraqları üçün istifadə etmək fürsətinin qarşısını almaq zərurəti ilə izah olunur. Məsələn, büdcənin defisitinin ödənməsi üçün. Yəni dövlətə pul çap etməyi qadağan etmək və banklardan müstəqil olan şəxsi maliyyə siyasətini yürütmək.

Böhran yaratmaq məharəti
Əgər real iqtisadiyyat məhsulun reallaşdırılmasından qazanırsa, onda banklar – gəlirini borcların istehsalından əldə edir. ABŞ-ın borcunun artdığı müddətdə FES də gəliri artır. Belə ki, 2006-cı ildə FES 34.2 milyard dollar, 2010-cu ildə – 81,7 milyard dollar, 2011-ci ilin nəticələrinə görə isə 6% “kasıblayaraq” – 77,4 milyard dollara qədər xalis gəlir əldə edib. Yəni bütün dünya amerikan iqtisadiyyatının mümkün iflası haqqında danışana qədər, federal bankirlərin böhrandan gələn qazancları 2,38 dəfədə artıb.

1907-ci ilin süni yaradılmış böhranı ilə əmələ gəlmiş FES-i “çapetmə dəzgahının” imkanlarından istifadə edərək, müntəzəm surətdə qəsdən iqtisadi uçqunlar törədir. Bir çox amerikan iqtisadçıları Amerikada 1948-49, 1953-1954, 1957-58, 1960-61, 1969-71 və 1973-75-ci illərin böhranlarında məhz FES-ni günahlandırırlar.

2007-ci ilin ipoteka böhranı kommersiya bankları üçün kreditlər üzrə hesaba alma tarifini sıfıra qədər azaltmış FES-nin siyasətinin bilavasitə nəticəsi idi. Amerikanı tam mənası ilə ucuz likvidlik basdı, hansı ki, ipoteka kreditləri şəklində gəlirsiz, işsiz insanlara, gələcək aktivlərə girov olaraq, sığortasız verilirdi. Nəticədə 2000-2006-cı illərdə evlərin dəyərinin illik artım sürətləri ikirəqəmli ədədlərlə ifadə olunurdu. İpoteka borclarının həcmi isə 1995-ci ildə 63%-dən 2005-ci ildə 98%-ə qədər artdı. İqtisadiyyatın qanunları ilə az da olsa tanış olan istənilən kəsə, aydındır ki, bu maliyyə piramidası dağılmaya bilməzdi.

Dünya FES-nin amerikan xalqı üzərində apardığı təhlükəli sınaqlar barəsində yalnız ABŞ-dakı ipoteka böhranı bəhrəsini indiyə qədər öz üzərimizdə hiss etdiyimiz dünya maliyyə böhranına rahatlıqla keçdikdə bildi.
2000-ci ilin birja böhranı daha az məşhurdur. Bu böhran birja ehtikarlarında yığdıqları bütün pullarını itirmiş sadə amerikalıların intiharlar silsiləsinə gətirib çıxardı.

Dollara inflyasiya təzyiqinin azalması məqsədi ilə 1999-cu ildə FES-nin o vaxtki rəhbəri A.Qrinspenin təşəbbüsü ilə “Maliyyə sisteminin müasirləşdirməsi haqqında “Qremm-Liç-Blaylinin qanunu qəbul edilmişdi. Bu qərarla Konqres 1932-ci ildə Qlas-Stiqallın qanunu ilə tətbiq edilmiş bankların və sığorta və başqa şirkətlərin zəmanət fondlarının holdinq birləşmələrinə məhdudiyyətləri ləğv etdi. Kağızların qiyməti emitent tərəfindən və ya onu dəstəkləyən bank tərəfindən sərbəst elan edilə bilməzdi, o birjada hərrac vaxtı təyin edilirdi. Beləliklə, banklar səhmlərin likvidliyini və özəl şirkətlərin başqa öhdəliklərinə zəmanət verərək vədlərini sabun köpüyü kimi şişirtmək imkanından məhrum olurdu. 1999-cı ildə bu qadağa ləğv edildi, bu da amerikan şirkətlərinin səhmlərinə dəyərindən çox yüksək qiymət təyinetmələrin artımına gətirib çıxardı.

Maliyyə agentləri dərhal yüksəktezlikli treydinqin yeni texnologiyasının köməyi ilə birja ehtikarları üçün açılmış imkanlardan istifadə etdilər. HFT-texnologiyalar treyderlərə bir anda bazar informasiyasının böyük massivlərini təhlil etməyə, bir ticarət günü ərzində nəhəng sayda saziş həyata keçirməyə, yalnız qısa vaxt (hətta bir neçə saniyəliyik) üçün mövqelər açmağa, qiymətli kağızların qiymət təyinetmələrində ilk cüzi dəyişikliklər baş verən kimi gəlirləri qəti müəyyən etməyə imkan verir.

1999-cı ildən 2000-ci ilin baharına qədər olan dövr HFT ilə məşğul olan internet-şirkətlərin “ulduz saatı” oldu. Belə ki, əhalinin əmanətləri hesabına onların kapitallaşması bir anda milyardlarla dolları ötdü. O saat yüksəktezlikli elektron səhmlərin hərracı üçün minlərlə adsız “dot-kom” (dot.coms) yarandı. Bir ildən sonra əvvəlki hal təkrarlandı: “internet – sabun köpüyü” altında milyonlarla amerikalının əmanətlərini dəfn edərək şaqqıltı ilə partladı.

Lakin bununla bitmədi. HFT-texnologiyalar istənilən şirkətin və birjanın səhmlərini biq neçə dəqiqə ərzində uçurtmağa imkan verən əsl silah oldu. 6 may 2010-cu il tarixi buna nümunə ola bilər, həmin gün 20 dəqiqə ərzində amerika maliyyə bazarından 862 milyard dollar “buxarlandı”. Birja əməliyyatlarının həyata keçirilməsi üçün həmçinin özəl emitentlər tərəfindən buraxılan alternativ ödəmə vasitələri, xüsusilə, internet-bankinq, anonim elektron kartlar, virtual hesablar və s. yaradıldı. Bu hesaba alınmamış virtual pul kütləsini artırdı və sürətli birja gəliri axtaranların hesablarını bir anda sıfırlamağa imkan yaratdı.

Minoritar investorun elektron ticarətindən qazanc əldə etməyi arzu edənin şansı yox idi: birjalar müəyyən haqq əvəzində “seçilmiş” müştərilərə ümumi terminalına gələn hərrac iştirakçılarının sifarişlərini hamıdan qabaq görmək imkanını verirlər. Amerikada yüksəktezlikli treydinqin əsas fiqurları isə Goldman Sachs, Morgan Stanley və daha on iri bankdır, onlar gündəlik birja dövriyyəsinin 70% HFT-ni təmin edir. Kimlərin “seçilmiş” müştəri olduğunu təxmin etmək çətin deyil.

İlk baxışda, internet-ehtikarlar ABŞ-ın iqtisadiyyatını və FES-nin buraxdığı “rəsmi” dollara olan etibarı pozur, yəni FES üçün bu qəbuledilməz olmalıdır. Lakin eyni zamanda FES-nin investoru olan və onun rəhbərlərinə aid olan treyder-bankların adlarını xatırlayaq. Bundan başqa, FES pul bazarından böyük həcmdə sərbəst pulun fond bazarına köçürülməsini stimullaşdırırdı, və bu şəkildə demək olar bütün “inflyasiya talvarı” İT-şirkətlərin səhmlərinin əldə edildiyi dollarların üzərinə uçdu.

Borclar ölkəyə – gəlirlər banklara
ABŞ-ın milli ideyası – borca həyatdır. ABŞ-ın Ümumi Daxili Məhsulu (ÜDM) 14 trilyondur, bu dünya ÜDM-nun 20%-i təşkil edir. ABŞ-da illik istehlak ümumi məhsulun həcmindən iki dəfə artıqdır və dünya istehlakının 40%-i təşkil edir.

ABŞ-ın dövlət borcunun yuxarı həddi 1940-cı ildən təxminən yüz dəfə qalxmışdır. Sonuncu dəfə 2 avqust 2011-ci il tarixində defoltun mümkün elan edilməsinə 12 saat qalmış ABŞ Senatı dövlət borcunun 16,7 trilyon dollara qədər artırılmasına səs verdi. 17 dekabr 2012-ci il tarixi üçün borc 16,382 trilyon dollara çatmışdı. Ondan da əvvəl, 3 avqust 2011-ci ildə Amerika Birləşmiş Ştatlarının dövlət borcu ABŞ-ın ÜDM-nu üstələmişdi.

Lakin bu ABŞ-ın borcunun hamısı deyil. Ştatların borcları, tibbi sığorta üzrə, pensiya təminatı üzrə dövlət borcları, şirkətlərin borcları, işsizlik müavinətlərinin ödənməsi üçün götürülmüş borclar, ev idarəetmələrinin və s. borcları təxminən 115 trilyon dollar təşkil edir. Bu məbləğ üzrə borc faizinə xidmətetmə ildə 4-5 trilyon dollar təşkil edir. Borclar eksponensional olaraq artır.

Həm də, əgər daha əvvəl nağd pulun daxil edilməsi ABŞ-ın iqtisadiyyatın inkişafına səbəb olurdusa, son zamanlar borcun artmasının effektivliyi enir, bu da dövlət borcunun böyüməsini sürətləndirə bilər, çünki bu iqtisadi fəallığın mülayim səviyyəsini saxlamaq üçün lazım olacaqdır.

Artıq deyildiyi kimi, FES-nin funksiyalarından biri hökumətə qısamüddətli maraqlardan irəli çıxaraq pul emissiyasından istifadə etməyə icazə verməməkdən ibarətdir. Əslində isə FES-nin şəxsi investorları hökumətin volyuntarist təşəbbüslərinə nəinki mane olmur, həm də öz maraqlarının reallaşdırılması üçün nəzarətsiz hesaba alınmamış dollarları çıxardır.

FES-nin tarixində ilk, 2012-ci ilə keçirilmiş audit göstərdi ki, 2008-ci ilin böhranı zamanı və ondan sonra özəl korporasiya məxfi surətdə 16 trilyon dolları buraxıb “öz” banklarına payladı. Pay alanlar sırasında – Goldman Sachs – 814 milyard, Merrill Lynch – 2 trilyon, City Group – 2,5 trilyon, Morgan Stanley – 2 trilyon, Bank of America – 1,3 trilyon, The Royal Bank of Scotland və Deutsche Bank hər biri 500 milyard aldı. Bir fakt özünə diqqət çəkir ki, maliyyələşdirməni alanların arasında xarici banklar da var, halbuki bu amerika qanunvericiliyi ilə qəti surətdə qadağandır.

Nəzarətsiz emissiya nəinki ABŞ-ın öz daxilində dördayaq çapan inflyasiyaya, eyni zamanda dolların dünya ehtiyat valyutası statusunu itirməsinə gətirib çıxara bilər. Lakin Birləşmiş Ştatlar üçün əsas təhlükə heç nə ilə təmin edilmiş dollarları sağa-sola paylayan FES-nin özbaşınalığıdır ki, bu da məhz amerikan dövlətini borclu edir, və ABŞ-ı Çin, Yaponiya, Rusiya və Avropa Birliyindən olan kreditorlar qarşısında bütün əmlakı ilə məsuliyyət daşıyacaqdır. Faktiki olaraq, ölkə artıq nə hökumətə, nə xalqa məxsus deyil, çünki ABŞ-ın borc öhdəlikləri ölkənin milli sərvətinin miqyasını dəfələrlə üstələyir.

Amerikalılar vs FES: mübarizənin tarixi
Federal ehtiyat üzrə fırıldaq sxeminin yarandığı ilk gündən amerikan cəmiyyətinin nümayəndələri dövlətin ən əhəmiyyətli funksiyasının özəl bankir kartelinə ötürülməsinin təhlükəli olduğunu dərk edirdilər. 1923-cü ildə əslən Minnesotıdan olan respublikaçı Ç.Lindberq tam mənası ilə belə demişdi: “ABŞ maliyyə sistemi Federal ehtiyatın Direktorlar şurasının əlinə verilib. Bu yalnız başqalarının pulundan istifadə edərək maksimal gəlirin əldə edilməsi üçün yaradılmış özəl korporasiyadır”.

Böyük depressiya dövründə ABŞ-ın Konqresinin Bank komitəsinin sədri L.Makfedden FES-ni daha sərt tənqidə məruz qoymuşdu: “Bu gün bu ölkədə dünyada ən rüşvətxor təşkilatlardan biri yaradılmışdır. O amerikan xalqını dünyaya səpələdi və demək olar hökuməti müflis etdi. Bu Federal ehtiyata nəzarət edən pul kisələrinin rüşvətxor siyasətinin nəticəsidir”.

Senator L.Beyts əlavə edir: “Federal ehtiyat ABŞ hökumətinin bir hissəsi deyil, lakin prezident, Konqres və məhkəmələrin birgə sahib olduğundan daha böyük hakimiyyətə malikdir. Bu təşkilat ABŞ-ın yurisdiksiyasında hüquqi və fiziki şəxslərin gəlirinin həcmini müəyyən edir, ölkənin daxili və beynəlxalq ödənişləri üzərində sərəncam verir, hökumətin ən iri və yeganə kreditorudur. Borc alan isə adətən kreditorun “çaldığı hava ilə oynayır”.
Amerika demokratiyasının “ataları” da həmçinin bank sistemindən gələn potensial təhlükələri görürdü. ABŞ Konstitusiyasının müəllifi D. Medison demişdir: “Tarix sübut edir ki, sərraflar ölkənin pul axınlarını və pul emissiyasını idarə edərək hökumət üzərində nəzarəti saxlamaq üçün istənilən sui-istifadə, əlbirlik, aldatma və zorakılıq üsullarından istifadə edirlər…”

Uzun illər FES-nə hücumlar ən yaxşı karyera korlama üsulu və konspiroloqların sevimli obyekti idi. İlk müvəffəqiyyət ancaq 2012-ci ildə, ABŞ Konqresinin 25 iyulda 327 “lehinə” və 98 – “əleyhinə” səslə Ron Polun Federal ehtiyatın auditi haqqında qanun layihəsinin qəbul etdiyi vaxt qazanıldı. Qanun layihəsi bu institutunun statusunun amerikan konstitusiyasına uyğunluğunu yoxlaması daxil olmaqla FES-nin tam auditini nəzərdə tutur. Bunun üçün amerikan dövlətini uçurumun kənarına gətirən böhran lazım oldu.

Dollar xalqa qaytarılsın!
Hələ Tomas Ceferson deyirdi: “Mən tam səmimiyyətimlə inanıram ki, bank təşkilatları düşmən ordularından daha böyük bir təhlükə təşkil edir. Pulun emissiyası hüququ banklardan alınmalı və haqqı ilə xalqa məxsus olan bu mülkiyyət ona qaytarılmalıdır”. Bu sitat ABŞ-ın müasir iqtisadi problemlərinin həllinin reseptidir.
FES-in milliləşdirilməsi ideyasını demokrat partiyasından konqres üzvü, B.Obamanın praymerizdə rəqibi, “Məşğulluğun Milli təxirəsalınmaz müdafiəsi” adlı qanun layihəsinin müəllifi D.Kusiniç də dəstəkləyir. “Mən dövlətin öz gücünü özünə qaytarması – bu onun Federal büdcəyə verilmiş konstitusion hüququdur – və eyni zamanda iş yerlərinin yaradılmasına sərmayə qoyması üçün çıxış edirəm. Dövlət özünə pul çap etmək və onu bizim iqtisadiyyatımıza, iş yerlərinin yaradılmasına, Amerikanın – yollar, körpülər, su təminatı sistemləri, təhsil sistemi, kolleclər, hospitalların bərpasına sərmayə olaraq qoymaq imkanını qaytarır. Biz 7 milyon insanı işə göndərə bilərik, amma biz bunu pul-kredit siyasətini dəyişdirməklə birlikdə etməliyik”.

Milliləşdirilmə həqiqətən də gərəklidir. Əmək bazarının bərpası haqqında FES-in gümrah məlumatlarına baxmayaraq, reallıqda vəziyyət pisləşir. Qeyri-rəsmi məlumatlara görə, ABŞ-da işsizlik 15% təşkil edir. 2008-ci ilin yanvarından tam iş günü məşğul amerikalıların sayı 6 milyon (-4,9%) azaldı, natamam iş günü işləyənlərin sayı – 2,5 milyon (+11,2%) artdı. Eyni zamanda 55-dən çox yaşı olan məşğul insanların sayı 3,9 milyon artdı, 25-54 yaşlı amerikalıların sayı 2009-cu ilin iyulundan 2012-ci ilin oktyabrına qədər 862 min azaldı. Noyabr üçün son məlumatlara əsasən, azalma artıq 1,2 milyon insan təşkil edib. 2008-ci ilin yanvarından iqtisadi qeyri-fəal əhalinin sayı 9,6 milyon artıb. 2012-ci ilin əvvəlindən 500 min amerikalıya işsizlik müavinətlərinin ödənilməsi dayandırılıb, bu ilin sonuna isə daha 2 milyon amerikalı bu gəlirdən məhrum olacaqdır.

ABŞ-da yoxsulluğun və sosial nizamsızlığın miqyasları heyrətləndirir. 2007-ci ildən 2010-cu ilə qədər amerikalıların rifahının orta səviyyəsi 40% düşüb. 48% amerikalı “aşağı gəlirli” vətəndaş hesab edilir. Eyni zamanda ABŞ-da demək olar 57% uşaq aşağı gəlirli və ya kasıb ailələrdə yaşayır. 20% böyük amerikalı yalnız yoxsulluq səviyyəsində yaşamağa imkan verən maaşla işləyir. 41% işləyən vətəndaş tibbi xidmətlərin ödənilməsi ilə bağlı maliyyə çətinliyi çəkir və ya çıxarılmış tibbi hesablar üzrə borc ödəyir. 7 yaşlı amerikalıdan 1-i kasıblıq həddindən aşağı səviyyədə yaşayır. Bu gün Birləşmiş Ştatlarda 2007-ci ilə nisbətən sahibsiz uşaqların sayı 33% çoxdur. Eyni zamanda iri amerikan şirkətlərində top-menecerlərin maaşı son 12 ay ərzində 36,5% yüksəlib.

30 sentyabr 2006-cı ildən 30 sentyabr 2011-ci ilə qədər olan dövrdə 6 ən böyük Amerika bankının aktivləri 39% artıb. Zəngin amerikalılarla orta statistik amerikan ailəsi arasında rifahın səviyyəsində olan fərq son 50 ildə 2,3 dəfə böyüyüb. 1962-ci ildə ABŞ-ın 1% ən varlı vətəndaşı ölkənin bütün orta ev idarəetmələrindən 125 dəfə varlı idi. 2010-cu ildə isə bu fərq 288 dəfəyə çatdı.

Amerika dövləti, dövlət sistemini yalnız öz maliyyə hökmranlığı üçün bir meydan görən, FES-in bankirlərinin tamahkarlığının girovu oldu. Dövləti saxlamaq əlverişsiz olsa – başqa meydanlar tapılacaqdır. Buna görə şəxsi valyutaya nəzarətin qaytarılması – amerikan millətinin sağ qalması məsələsidir…
Qanun amerika xalqının tərəfindədir. Konqres müvafiq qanun qəbul etdikdə və yaxud FES-i Federal Ehtiyat haqqında 1913-cü il tarixli qanunun müddəalarını pozduğu halda FES-i öz səlahiyyətlərindən məhrum edilə bilər. Həmdə ki, ABŞ-ın Konstitusiyasının 8-ci bölməsinə əsasən pul çap etməyə səlahiyyətli yeganə orqan ABŞ Konqresidir…

Mənbə: “Fond strateqiçeskoy kulturı”

“Sələm yeyənlər (qəbirlərindən) şeytan toxunub dəli eləmiş kimsənin qalxdığı kimi qalxarlar. Bu onların: “Alış-veriş də sələmçilik kimidir!”– demələrinə görədir. Halbuki, Allah alış-verişi halal, sələmçiliyi isə haram etmişdir.”

Müqəddəs Quran, “Bəqərə” surəsi, 275-ci ayə

Digər xəbərlər