Prezidentdən açıq Qarabağ mesajı
901 dəfə baxılıb
“Azərbaycan Qarabağın az qala 25 faizinə nəzarət edir. İndiki situasiyada Qarabağda sülhməramlı qüvvələr yerləşdirilə bilməz. Çünki Azərbaycan öz ərazi bütövlüyünü bərpa etmək üçün mübarizə aparır və buna da çox yaxındır”.
“Sələf Xəbər” Axar.az-a istinadən bildirir ki, bunu açıqlamasında politoloq Qabil Hüseynli deyib. Sabiq dövlət müşaviri bildirib ki, Rusiya sülhməramlılar adı altında Dağlıq Qarabağda öz hərbi bazasını yaratmaq istəyir.
“Dağlıq Qarabağ Azərbaycanın ərazisidir və bölgənin böyük hissəsinə silahlı yolla nəzarət etmək imkanına malikik. Əsas proses hazırda erməni qoşunlarının ərazilərimizdən çıxarılmasıdır. Bu olmadan və ərazi bütövlüyümüz təmin edilmədən ermənilərin bölgəyə sülhməramlılar gətirməsi və bu qüvvələrin də ruslardan ibarət olması haqqında irəli sürülən ideyalar hazırda təxribatın ən yüksək formasıdır. Sülhməramlıların bölgəyə yerləşdirilməsi əvvəllər böyük sülh sazişi bağlandıqdan sonra nəzərdə tutulurdu. İndi Azərbaycan ümumiyyətlə bunun əleyhinədir. Beynəlxalq hüquq normaları pozularsa və hər hansı bir hərəkət baş verərsə, Azərbaycan bu pozuntuya qarşı diplomatik və hərbi yollarla mübarizə aparacaq. Son səfərlərdə bir çox məqamlar da aydın oldu. Rusiya rəsmiləri əvvəlcə gündəmdə 7 rayonun, sonra isə 5 rayonun olduğunu açıqladılar. Azərbaycan prezidenti ortaya çox qəti mövqe qoyub və bu dəqiqə Qarabağ bir nömrəli məsələdir: Azərbaycanın ərazi bütövlüyü təmin ediləcək və bunun daxilində də Dağlıq Qarabağın statusu müəyyən ediləcək. Ölkə rəhbəri çox maraqlı bir nüansa da diqqət çəkdi. O bildirdi ki, hər hansı bir dövlətin danışıqlar-sülhyaratma prosesini inhisar altına alması qeyri-mümkündür. Bu, açıq bir mesaj idi”.
Sələf Xəbər: Uca Allahdan torpaqlarımızın tezliklə düşmənlərdən alınmasında xalqımıza kömək etməyini və cinayətkarları cəzalandırmağını diləyirik!