Qabil Hüseynli: “ İlham Əliyev Sərkisyanın cavabını tutarlı verdi”
744 dəfə baxılıb
“Azərbaycan tərəfi bundan sonra məqsədsiz görüşlərin keçirilməsinin əleyhinə olduğunu bildirdi”.
“Görüşün bir saatdan artıq davam etməsi çox şeylərdən xəbər verir”.
“Sələf Xəbər” Axar.az-a istinadən bildirir ki, bunu açıqlamasında politoloq Qabil Hüseynli deyib. Azərbaycan və Ermənistan prezidentlərinin İsveçrədə baş tutan görüşünün yekunu barədə danışan sabiq dövlət müşavirinə görə, Azərbaycan məqsədsiz görüşlərin keçirilməsinin əleyhinə olduğunu bildirib:
“Ermənistan tərəfi gündəliyi demək olar ki, təmas xəttində atəşkəs rejiminin pozulması ilə əlaqədar olaraq müharibə təhlükəsizliyinə yönəltdi. Prezident İlham Əliyevin Bernə səfərində əsas məqsədi Dağlıq Qarabağın hüdudlarından kənarda olan rayonların geri qaytarılması prosedurunu müzakirə etmək idi. Sərkisyan bu dəfə də məsələdən boyun qaçırdı. Azərbaycan tərəfi isə bundan sonra məqsədsiz görüşlərin keçirilməsinin əleyhinə olduğunu bildirdi. Belə görünür ki, Rusiya danışıqlar prosesinə ciddi təsir göstərir. Sərkisyanın görüşdən sonra dərhal Moskvaya səfər etməsi məhz bundan xəbər verir. Üstəlik, Rusiya tərəfinin verdiyi vədlər özünü doğrultmadı. Əvvəlcə beş, daha sonra isə iki rayonun qaytarılması məsələsi ləngiyir. Ermənistanın əsas məsələdən yayındığını görən İlham Əliyev Sərkisyanın cavabını tutarlı verdi. Ermənistanın prinsipial və fundamental məsələlərin müzakirəsindən yayınması nəticəsində bu görüş də nəticəsiz qaldı. Ancaq bundan sonrakı görüşlər bir şərtlə müsbət qiymətləndiriləcək ki, konkret gündəlik və problemin həllinə yönəlik olsun”.
Qeyd edək ki, Azərbaycan və Ermənistan prezidentləri dekabrın 19-da İsveçrənin Bern şəhərində görüşüblər.
Sələf Xəbər: Uca Allah hələ 1400 il bundan əvvəl bu insanları aşağıdakı kimi təsvir etmişdir: “Onlar sizə qarşı fəsad törətməkdən əl çəkməzlər, sizin sıxıntıya düşməyinizi istəyərlər. Düşmənçilikləri onların ağızlarından (çıxan sözlərdən) bəllidir. Kökslərində gizlətdikləri (düşmənçilik) isə daha böyükdür. Əgər anlayırsınızsa, Biz ayələri artıq sizə bəyan etdik”. (Qurani-Kərim, “Ali İmran” surəsi, 118-ci ayə)
Uca Allahdan torpaqlarımızın tezliklə geri qaytarılmasında xalqımıza kömək etməyini və cinayətkarları cəzalandırmağını diləyirik!