Qarabağla bağlı gizli reallıq: Nə baş verir?
755 dəfə baxılıb
Azərbaycan və Rusiya Prezidentləri Antalyada nəinki Dağlıq Qarabağ, bir çox kompleks məsələləri müzakirə edəcəklər.
“Sələf Xəbər” Axar.az-a istinadən bildirir ki, bu sözləri açıqlamasında politoloq İlqar Vəlizadə deyib. Politoloq Dağlıq Qarabağla bağlı hazırda KİV-lərdə siyasi fon yaradıldığını və bunun təsadüf olmadığını qeyd edib:
“Bölgədə gedən proseslər çoxşaxəli olduğundan sammit çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin geniş müzakirə olacağını düşünmürəm. Ancaq burada bir məqam diqqəti çəkir. Hazırda Dağlıq Qarabağla bağlı KİV-lərdə (istər Rusiya, istərsə də erməni) maraqlı bir fon müşahidə edilməkdədir. Bu, təsadüfi bir şey deyil. Bu fon göstərir ki, doğurdan da Azərbaycan rayonlarının qaytarılması ilə bağlı hansısa danışıqlar prosesi gedir, sadəcə, bəzi siyasi detallar gizli saxlanılır. Hətta Ermənistanda hakim partiyadan olan bir deputat bu yaxınlarda açıqlama verdi ki, rayonların Azərbaycana qaytarılacağını onlar da istisna etmirlər. Son zamanlar Rusiya diplomatiyasının fəallığı onu deməyə imkan verir ki, bu proseslər həqiqətən də bilavasitə Moskvanın köməkliyi ilə aparılır. Lakin Minsk Qrupunun digər üzvləri, ABŞ və Fransa Ermənistanı dəstəkləyir. Bu, açıq-aydın görünür. Dağlıq Qarabağ istiqamətində əlverişli zəminin yetişməsi konkret sənədlərin reallığından keçir”.
Sələf Xəbər: Uca Allahdan torpaqlarımızın alınmasında xalqımıza kömək etməyini və cinayətkarları cəzalandırmağını diləyirik!