Sələf Xəbər


İCMAL VƏ RƏY

 Son Xəbərlər

“Rusiya Ərdoğanın səfərini nə qədər təxirə sala biləcək?”

Mart 14
17:09 2016

Ötən gün Ankaranın Qızılay meydanında partlayış törədilib. Hücum nəticəsində 37 nəfər həlak olub, 125 nəfər yaralanıb.

“Sələf Xəbər” Axar.az-a istinadən xəbər verir ki, Türkiyə mediası məsələnin pərdəarxası detallarına geniş yer ayırıb. Diqqət isə daha çox partlayışın Ərdoğanın Bakıya ikinci dəfə planlaşdırılan səfəri öncəsə baş verməsinə yönəldilib.

Türkiyə iqtidarına yaxın “Haber 7” saytının köşə yazarı Sərkan Üstünərin “Ankara terroru Rusiyanın planlı işidir?” adlı məqaləsini təqdim edirik:

“Bütün dövlətlər gözünü bu regiona çevirib və planlarını həyata keçirir.
Yenə terror, yenə ağrı…
Bu, Ankaradakı üçüncü terrordur…
Bundan öncəkinin oxşarıdır.
Və yenə də Ərdoğanın Azərbaycan səfərindən öncə…
Prezident Ərdoğan martın 15-də Azərbaycana getməliydi. Səfər zamanı “Şahdəniz” qaz yatağı və TANAP layihəsinin sürətləndirilməsi müzakirə olunacaqdı.

Terrorun üslubu bundan öncəki ilə eynidir. Yenə oğurlanmış maşın və yenə axşam saatı seçilib ki, media məsələyə daha çox diqqət ayırsın, daha çox insan ölsün.

PKK-ya siyasi dəstək verən partiyanın (HDP – red.) həmsədri Səlahəddin Dəmirdaş “CHP ilə çiyin-çiyinə mübarizə aparmalıyıq” – deyə çağırış etmişdi.

Dəmirdaşın bu çıxışı ilə eyni saatlarda PKK, MLKP, TKP/ML, DKP, MKP, TKEP/L, TİKB, THKP-C/MLSPB və İnqilabçı Qərargah adlı terror təşkilatları Türkiyəyə qarşı birləşdiklərini açıqladılar.

PKK liderlərindən Duran Qalxan martın əvvələrində baş verən hadisələrə diqqəti çəkərək, bunların intiqamının alınacağını açıqladı.

Nəticə: Dövlət bundan sonra terrora dəstək verən qurum, media və millət vəkillərinə lazım olan cavabı verməlidir.

Bu xəyanət baş verərkən heç kim stulunda rahat oturmamalıdır.

Çox güman ki, bu hücumu PKK-nın şəhər qolu TAK öz üzərinə götürəcək və bunu xalqların “bla bla bla…” adına etdiklərini bildirəcək.

Əsil sual budur: Rusiya Ərdoğanın Bakı səfərini nə vaxta qədər təxirə sala biləcək? Terror təşkilatlarına daha nə qədər yardım edib, əmr verə bilər?”

Sələf Xəbər: Uca Allah buyurur: “Sizə bir uğur nəsib olsa, (bu) onları kədərləndirər. Sizə bir fəlakət üz verdikdə isə, buna fərəhlənərlər. Əgər səbr etsəniz və (Allahdan) qorxsanız, onların qurduğu hiylə sizi ziyana sala bilməz”. (Qurani-Kərim, “Ali İmran” surəsi, 120-ci ayə)
“Qeyri-müsəlmanların müsəlmanlara bəslədiyi bu qatı nifrəti izah etdikdən və onların yaramaz keyfiyyətlərini xatırlatdıqdan sonra Uca Allah iman gətirmiş qullarına əmr edir ki, səbir etsinlər və müttəqiliyə etiqad etsinlər. Onlar bu tələbləri yerinə yetirsələr, onda düşmənlərin fitnə-fəsadı onlara heç bir ziyan vura bilməz, çünki Allah Öz elmi ilə həm kafirləri və həm də onların niyyət etdikləri cinayətləri və fitnə-fəsadları da əhatə edir. O, müsəlmanlara vəd edir ki, əgər onlar Ondan qorxsalar, onda heç kim onlara zərər vura bilməz və onlar vədə şübhə etməməlidirlər”. (Bax: “Təfsir Əs-Saadi”)

Digər xəbərlər