Rusiya-Türkiyə: gərginlik nə qədər sürəcək?
716 dəfə baxılıb
“Türkiyənin son addımı ondan xəbər verir ki, Rusiya bu cür davranışlarına son qoymalı, dövlətlərin suverenliyinə təhdid və təxribat xarakterli addımlar atmamalıdır”.
“Sələf Xəbər” Axar.az-a istinadən bildirir ki, bu sözləri açıqlamasında Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu deyib. Rusiya təyyarəsinin Türkiyə tərəfindən vurulması hadisəsinə münasibət bildirən politoloq hesab edir ki, iki ölkə arasında yüksək gərginlik olmayacaq:
“Bir müddətdən sonra bütün diplomatik atışma və bəyanatlar arxa plana keçəcək və iki ölkə arasında yaranmış problem danışıqlar yolu ilə aradan qaldırılacaq. Yəni dünya praktikasında belə şeylər çox olub. Rusiya son vaxtlar, xüsusilə də Ukraynada hərbi əməliyyatlara başladığı bir dövrdə Qərb və NATO dövlətlərinin sərhədlərini durmadan pozur. Bu müntəzəm pozucu fəaliyyətin də müəyyən bir cavabı olmalıydı. Türkiyə hava məkanı üçüncü dəfə idi ki, pozulurdu. Sonuncuya Ankaranın cavabı çox sərt oldu və təyyarə vuruldu. Təbii ki, bu, yaxşı hal deyil. Çünki bu, gərginliyə səbəb olur, eskalasiya yaradır.Türkiyənin son addımı ondan xəbər verir ki, Rusiya bu cür davranışlarına son qoymalı, dövlətlərin suverenliyinə təhdid və təxribat xarakterli addımlar atmamalıdır.Xüsusən də söhbət hərbi güc, silah və təyyarədən getdikdə. Bir məqam da ifşa olundu ki, Rusiya indiyə qədər iddia edirdi ki, apardığı bütün hərbi əməliyyatlarının hədəfi İŞİD terror xəvaric qruplaşmasıdır. Ancaq indi göründü ki, Rusiyanın apardığı hərbi əməliyyatların mütləq əksəriyyəti İŞİD terror xəvaric qruplaşması və Əsədə qarşı döyüşən silahlı qruplaşmaların nəzarət etdiyi ərazilər, o cümlədən Suriya türkmənləridir.
Müəyyən gərginliklər olsa da, bu, məsələ ətrafında çox ciddi qarşıdurmalara gətirib çıxarmayacaq”.
Sələf Xəbər: Uca Allah buyurur: “Şübhəsiz ki, Allah iman gətirənləri mühafizə edir”. (Qurani-Kərim, “Həcc” surəsi, 38-ci ayə)
“Bu ayə iman gətirənlər üçün hekayət, vəd və müjdədən ibarətdir. Allah onları hər pislikdən və xoşagəlməz şeylərdən qorumağı vəd etmişdir. Onlar öz imanları sayəsində, qeyri-müsəlmanların törədə biləcəyi şərdən, şeytanların şərindən və vəsvəsəsindən və həmçinin öz nəfslərinin və cinayətlərinin şərindən mühafizə olunurlar. Onların qismətinə öhdəsindən gələ bilməyəcəkləri çətinliklər və fəlakətlər düşməyə başladıqda, Allah onların nəsibi olacaq əzab-əziyyəti lap azaldır. Hər bir möminə belə müdafiə və şərəf onun imanının gücündən asılı olaraq göstərilir”. (Bax: “Təfsir Əs-Saadi”)