“Rusiya Türkiyəni təxribata çəkmək istəyir”
750 dəfə baxılıb
“Rusiya müharibəyə getsə, qarşısında təkcə Türkiyəni yox, NATO-nu görəcək”.
“Sələf Xəbər” Axar.az-a istinadən məlumatına görə, bu barədə Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu açıqlama verib. Politoloq bildirib ki, Rusiya və Türkiyə boğazlar məsələsində Montro sazişinə əməl etməyə məcburdur:
“Montro sazişinin konkret bəndləri var ki, orada, hətta boğazdan keçən gəmilər haqqında göstəricilər yer alır. Belə ki, bu bəndlədə hansı hərbi və mülki gəmilərin boğazlardan necə keçə biləcəyi qeyd olunub. Hesab edirəm ki, son nəticədə hər iki tərəf saziş çərçivəsində davranmalı olacaq. Ona görə ki, bu, beynəlxalq sazişdir və təkcə bir ölkəyə, Türkiyə-Rusiya münasibətlərinə aid məsələ deyil. Hazırda əsəb oyunları gedir, hətta bəzən RusiyaTürkiyəni təxribata çəkmək istəyir. Buna görə də Ankara Moskvaya boğazlarla bağlı təzyiq və təsir göstərir. Bu proses davam edəcək. Amma tərəflər istənilən halda sözügedən saziş çərçivəsində davranmağa məcburdurlar. Burada tərəflərdən birinin boğazları bağlamasından, digər tərəfin isə ondan öz istədiyi kimi istifadə etməsindən söhbət belə gedə bilməz”.
Ə.Oruclu hesab edir ki, iki ölkə arasında davam edən gərginlik çox ciddi fəsadlara gətirib çıxarmayacaq:
“Müharibə variantı istisnadır. Ona görə ki, Rusiya müharibəyə getsə, qarşısında təkcə Türkiyəni yox, NATO-nu görəcək. Rusiyanın siyasəti, Putinin dünənki mətbuat konfransı, bütün bunların hamısı auditoriyaya hesablanmış piar xarakterli davranışlardır. Moskva çalışır ki, rus xalqı qarşısında zəifliyini göstərməsin”.
Qeyd edək ki, Montro müqaviləsi 1936-cı ildə imzalanıb. Bu müqaviləyə əsasən, dünya dövlətləri Türkiyənin boğazlar üzərində hüququnu tanıyıb.
Sələf Xəbər: Uca Allah buyurur: “Sizə bir uğur nəsib olsa, (bu) onları kədərləndirər. Sizə bir fəlakət üz verdikdə isə, buna fərəhlənərlər. Əgər səbr etsəniz və (Allahdan) qorxsanız, onların qurduğu hiylə sizi ziyana sala bilməz”. (Qurani-Kərim, “Ali İmran” surəsi, 120-ci ayə)
“Qeyri-müsəlmanların müsəlmanlara bəslədiyi bu qatı nifrəti izah etdikdən və onların yaramaz keyfiyyətlərini xatırlatdıqdan sonra Uca Allah iman gətirmiş qullarına əmr edir ki, səbir etsinlər və müttəqiliyə etiqad etsinlər. Onlar bu tələbləri yerinə yetirsələr, onda düşmənlərin fitnə-fəsadı onlara heç bir ziyan vura bilməz, çünki Allah Öz elmi ilə həm kafirləri və həm də onların niyyət etdikləri cinayətləri və fitnə-fəsadları da əhatə edir. Uca Allah müsəlmanlara vəd edir ki, əgər onlar Ondan qorxsalar, heç kim onlara zərər vura bilməz və vədə şübhə etməməlidirlər”. (Bax: “Təfsir Əs-Saadi”)