Sadə amerikalılar erməniləri xristian olduğu üçün dəstəkləyir
842 dəfə baxılıb
“The Washington Post” qəzetində oxucuların rəyinə nəzər saldım.
Siz də baxın. Görün ki, amerikalılar hansı ağılın sahibidir…
Patty Smith yazır: “Mən nə erməniyəm, nə də azərbaycanlı. Ancaq mən 5 şey bilirəm. 1) Ermənilər xristiandır. 2) Azərbaycanlılar müsəlmandır. 3) Müsəlmanlar xristianlara nifrət edir və onların hamısın öldürmək istəyir. 4) Azərbaycan müsəlman ölkəsi kimi ABŞ-a və eyni zamanda bütün xristianlara nifrət edir. 5) Azərbaycan bizim düşmənimizdir, ona görə də mən Ermənistanı müdafiə edirəm”…
Bob Mal yazır: “Bu həqiqətdir ki, monqollar Dünya Ticarət Mərkəzini 11 sentyabr 2001-ci ildə terror hücumları ilə dağıtdılar. Madrid, London, Paris, Brüssel, həmçinin Kosovo və Bosniyanın yarısını da monqollar məhv etdi. Azərilər və başqa monqollar Səudiyyənin pulları hesabına NATO-ABŞ-ın bütün işlərini bəyənirlər. Ancaq bunları hesaba alan kimdir ki”…
Robert MCKendly yazır: “Müsəlman azərbaycanlılar türkdürlər. Türklər isə İŞİD deməkdir. Əgər siz xristiansınızsa və ya müsəlman deyilsinizsə, deməli, müsəlman türkləri sizi öldürmək istəyir”…
Göründüyü kimi, amerikalılar çoxlarının düşündüyü kimi o qədər də ağıllı deyillər. Onların arasında dünyadan bixəbər adam olduqca çoxdur. Şərhlərdən aydın görünür ki, onlar söhbətin nədən getdiyini belə dəqiq bilmirlər. Və dünyaya hələ də xristian təəssübkeşliyi prizmasından baxırlar….
(Musavat.com)
Sələf Xəbər: Uca Allah buyurur: “Sizə bir uğur nəsib olsa, (bu) onları kədərləndirər. Sizə bir fəlakət üz verdikdə isə, buna fərəhlənərlər. Əgər səbr etsəniz və (Allahdan) qorxsanız, onların qurduğu hiylə sizi ziyana sala bilməz”. (Qurani-Kərim, “Ali İmran” surəsi, 120-ci ayə)
“Qeyri-müsəlmanların müsəlmanlara bəslədiyi bu qatı nifrəti izah etdikdən və onların yaramaz keyfiyyətlərini xatırlatdıqdan sonra Uca Allah iman gətirmiş qullarına əmr edir ki, səbir etsinlər və müttəqiliyə etiqad etsinlər. Onlar bu tələbləri yerinə yetirsələr, onda düşmənlərin fitnə-fəsadı onlara heç bir ziyan vura bilməz, çünki Allah Öz elmi ilə həm kafirləri və həm də onların niyyət etdikləri cinayətləri və fitnə-fəsadları da əhatə edir. O, müsəlmanlara vəd edir ki, əgər onlar Ondan qorxsalar, onda heç kim onlara zərər vura bilməz və onlar vədə şübhə etməməlidirlər”. (Bax: “Təfsir Əs-Saadi”)