Siqaret çəkmək intihara sövq edir
1. 056 dəfə baxılıb
ANS PRSS-in məlumatına görə, alimlər yeni araşdırma nəticəsində qənaətə gəliblər ki, siqaret nəinki fiziki, eləcə də psixoloji sağlamlığa ziyan vurur. Araşdırmalar göstərir ki, siqaret çəkmək hətta intihara gətirib çıxara biləcək psixiki sarsıntılara yol açır.
Bu nəticəyə alimlər 1990-2004-cü illər ərzində ABŞ-nin 50 ştatında tütün məmulatlarına qarşı qəbul edilən qanunları araşdırarkən gəliblər. Nəticələrdə göstərilir ki, ictimai yerlərdə siqaret çəkməyi qadağan edən qanunların qəbulu və ya tətbiq olunan cərimələrlə tütünə qarşı aqressiv siyasət göstərən ştatlarda intihar sayı digərlərinə nisbətən xeyli azdır. Dövlətlərin də anti-tütün qaydaları qəbul etdiyi dövrlərdə ölüm sayı hiss olunacaq dərəcədə azalır.
Sələf Xəbər: İslam – müdriklik və ədalət dinidir, və insana yalnız xeyir verən şeyləri əmr edir, və yalnız ona ziyan vuran şeyləri qadağan edir. Bununla əlaqədar olaraq, İslam insanın öz sağlamlığına və ətrafındakıların sağlamlığına zərər verən bütün şeyləri qadağan edir. Buna görə, əgər müasir tibb bu və ya digər şeyin insan sağlamlığına yalnız ziyan verdiyini sübut edirsə, onda müsəlman üçün bu şeyin istifadəsinə icazə verilmir.
Siqaret və qəlyan da həmçinin bu kateqoriyaya daxildir. Məlumdur ki, siqaretçəkən öz sağlamlığına və ətrafındakıların sağlamlığına zərər verir. Həmçinin, siqaretçəkəndə siqaretlərdən asılılıq əmələ gəlir və o müntəzəm olaraq siqaret və ya qəlyan almağa pul xərcləməyə məcbur olur (məlumdur ki, ayrı-ayrı restoranlarda qəlyanın qiyməti 100 dollara, və ya ondan da baha başa gəlir), bu da başqa günaha – israfçılığa səbəb olur.
20-ci əsrin görkəmli islam alimi, mərhum şeyx Useymindən (Allah ona rəhmət etsin), İslamda siqaret çəkmə barəsində rəyi soruşduqda, şeyx belə cavab verdi: “Siqaret çəkmə İslamda qadağandır. Uca Allahının sözləri buna dəlildir: “Öz-özünüzü məhv etməyin.” (Müqəddəs Quran, “Nisa” surəsi, 29-cu ayə), “öz əllərinizlə özünüzü təhlükəyə atmayın.” (Müqəddəs Quran, “Bəqərə” surəsi, 195-ci ayə), “Dolanışığınız üçün Allahın sizə vasitə etdiyi mallarınızı ağılsızlara verməyin.” (Müqəddəs Quran, “Nisa” surəsi, 5-ci ayə). Peyğəmbər (ona salavat və salam olsun həmçinin) israfçılığı da qadağan edib.
Tibb sübut etdi ki, siqaret çəkmə sağlamlığa ziyan vurur, və hətta siqaretçəkənin ölümünə səbəb ola bilər. Bu siqaret aludəçiliyi çəkənin intiharına aparır, beləliklə o özünü həlaka məhkum edir. Həmçinin siqaret çəkən öz əmlakını zay edir, çünki öz pulunu Allah ona bu pulu nəsib etdiyi məqsədlər üçün xərcləmir. Axı Allah bu pulu onun dolanışığı üçün vasitə edib ki, bu pullar onun həyatına və onun dininə xeyir gətirəcək şeylər üçün xərclənsin. Siqaret isə onun gündəlik həyatı, nə də onun dini üçün heç bir fayda vermir. Beləliklə, siqaret almağa pul xərcləmək israfçılıqdır ki, buna da Peyğəmbər (Allahın ona salavat və salamı olsun) qadağan etmişdir”. (Məcmu fətava va rəsaail şeyx Məhəmməd Saleh əl-Useymin).