Sodomiya – dünyanın yeni seksual nizamı?
1. 861 dəfə baxılıb
26 mayda Parisdə Fransa parlamentinin apreldə qəbul etdiyi və ölkə prezidentinin imzaladığı bircinsiyyətli “nikahlar” haqqında qanuna qarşı çıxan fransızları birləşdirmiş kütləvi, yaxşı təşkil olunmuş nümayiş keçdi.
Etirazın miqyası ilə qorxudulmuş hakimiyyət nümayişçilərin həqiqi sayını gizlədərək 150 min iştirakçı olduğunu bildirir.
Eyni zamanda təşkilatçıların özləri bir milyon nümayişçi barəsində danışır, bu da kütləvi informasiya vasitələrinin fransız paytaxtının küçələrindən verdiyi reportajlara əsasən reallığa daha yaxındır.
Fransa bircinsiyyətli “nikahların” cəmiyyət tərəfindən real və güclü müqavimətlə qarşılandığı hələlik yeganə Avropa ölkəsi oldu…
Bu nümayiş, özü haqqında ilk dəfə “Hamı üçün nikah” qanun layihəsi təklif edilməmişdən bir az əvvəl, 15 avqust 2012-ci ildə bəyan etmiş siyasi və dini hərəkatların böyük sayını birləşdirdi.
Hərəkatın təşkilatçısı başında katolik fəal xanım Frijid Barionun durduğu “Hamı üçün Manif” (Hamı üçün nümayiş) kollektivi oldu.
17 noyabr 2012-ci ildən başlayaraq Fransada ənənəvi ailəyə dəstək olaraq kütləvi nümayişlər keçirilir. 24 mart 2013-cü ildə keçirilmiş nümayiş 1,4 milyon insan toplamışdı. Müşahidəçilərin vurğuladığına görə, bu etiraz 1968-ci ilin inqilabçı may hadisələrindən sonra ən güclü ictimai çıxış oldu. İndi ənənəvi ailə və cəmiyyət dəyərlərini müdafiə edən fransız fəalları izahedici iş aparan təşkilatların geniş şəbəkəsini formalaşdırır və bələdiyyə seçkilərinə hazırlaşırlar.
Lakin hadisələri ayıq surətdə qiymətləndirdikdə, etiraf etmək lazımdır ki, mübarizənin bütün gərginliyinə baxmayaraq, o hələ ki qərarların qəbul olunmasına təsir edə bilməyəcək bir səviyyədədir. Görünür ki, məşhur fransız yazıçısı və esseisti Dominik Venneranın bu vəziyyəti dərk etməsi 21 may 2013-cü ildə onun intiharına səbəb olmuşdu. O öz ümidsiz hərəkəti ilə insan sivilizasiyasının əsaslarının özlərini dağıdan kəslərin “yatmış vicdanını oyatmağa” ümid edirdi. Lakin qərarların qəbul edilməsi fransız siyasətçilərinin özlərindən də asılı deyil, çünki idarəetmə qolları Avropa Birliyinin yuxarı mərtəbələrindədir.
Bu gün homoseksualizm Qərbdə güclü – və artıq siyasi – qüvvəyə çevrilib, o daha da təcavüzkar şəkil alaraq, bütün səviyyələrdə və ictimai həyatın bütün sferalarında öz təcrübəsini zorla qəbul etdirir. Əxlaqsızlıq mafiyasının dünya siyasətinin yüksəkliklərinə irəliləyişi gizlicə həyata keçirilirdi, uzun müddət ona təhlükəli olmayan azlıqlardan biri kimi baxaraq ciddi qəbul etmirdilər. Nəticədə, potensial toplayıb və dəstəkləyən strukturların şaxələnmiş şəbəkəsini yaradıb, bu mafiya beynəlxalq səhnəyə çıxdı. Bu zaman aydın oldu ki, “seksual azlıq” “seksual çoxluq” olmağa və öz şərtlərini başqalarına diktə etməyə can atır.
Xristianlığın Roma imperiyasında bərqərar olduğu andan XIX-cu əsrə qədər Qərbdə homoseksualizmə qeyri-təbii pozğunluq və əxlaqsızlıq kimi baxılırdı. Müvafiq olaraq, vətəndaş hüququ belə halları cinayət kimi təsnif edir və cinayət cəzası nəzərdə tuturdu qoyurdu. XIX-cu əsrin sonunda bu pozğunluğa münasibət yumşaldı, və o əxlaqsızlıq və cəzalanmalı əməl sırasından psixi xəstəliklər sırasına keçdi. Qəti olaraq isə vəziyyət XX-ci əsrin 60-cı illərinin “seksual inqilabının” başlaması ilə dəyişdi. Bu inqilabın başlıca nəticəsi özünü xüsusi şüur daşıyıcısı və yeni submədəniyyətin nümayəndəsi elan etmiş “LGBT-cəmiyyətinin” (lesbian, gey, biseksual və transgenderlər) formalaşması idi. Onun təzyiqi altında 1973-cü ildə Amerika psixiatrik assosiasiyası homoseksualizmi psixi xəstəliklərin siyahısından çıxardı, 1990-cı ildə isə bunu Ümumdünya səhiyyə təşkilatı etdi.
Başqa sözlə, pozğunluq qanuniləşdirildi və ona norma variantlarından biri, “alternativ” həyat tərzi kimi baxılmağa başlanıldı. Qapılar açıldı və patologiya inanılmaz sürətlə Qərbdə yayılmağa başladı. “LGBT-cəmiyyəti” bütün dövlətlərin qanunvericiliklərində “homoseksuallığın üzərindən patologiya və ya pozğunluq damğasının götürülməsini” qarşısına hədəf qoydu, biz də bunu 90-cı illərdən başlayaraq müşahidə edirik. Bununla paralel olaraq homoseksuallığa görə cəzanın hər yerdə ləğvi prosesi gedirdi. Bu gün belə halların cinayət təqibi yalnız Afrikanın və Asiyanın bəzi ölkələrinin qanunvericilikləri ilə nəzərdə tutulur. Rusiyada müvafiq cinayət maddəsi 1999-cu ildə ləğv edilmişdir.
90-cı illərdə cinsiyyətlər arasında olan fərqlərin məhv edilməsi vasitəsilə təbii həyat nizamının dağıdılmasına dair uzunmüddətli strategiya hazırlayan homoseksuallardan ibarət radikal cərəyan ayrılır. Kişi və qadın arasında bioloji fərqlərlə bağlı bütün təzahürlər mif, heteroseksuallıq isə – mümkün davranış formalarından biri elan edilmişdi. Guya, “sosial cinsiyyət” (gender) insanın şəxsi seçimi ilə təyin edilməlidir və meyldən asılı olaraq dəyişə bilər. Elə bu tezisin təbliğini “gender eyniliyi” adlandırmağa başladılar.
“LGBT-cəmiyyətində” üstün mövqe tutaraq pederastiyadan olan radikallar insanın öz cinsiyyətindən “özgəninkiləşməsinə” yönəldilmiş dünya seksual inqilabının reallaşdırılmasına başladılar. Onlar “gender” və “gender eyniliyi” anlayışlarının “seksual oriyentasiya” adı ilə qurulan yeni dünya seksual nizamının elementinə çevrilərək yalnız sosiologiyada deyil, həm də hüquqi sahədə möhkəmlənməsinə nail oldular.
Bu da öz növbəsində ictimai münasibətlərin ümumi şəkildə korlanmasının əsasını qoydu. Məsələ ondadır ki, “seksual oriyentasiya” anlayışı homoseksualizm üçün şirma hesab edilsə də, beynəlxalq sənədlərin heç birində, milli qanunvericiliklərin heç birində o konkretləşdirilmir, buna görə istənilən seksual oriyentasiyaya norma statusunu vermək olar. Yəni, hətta bu gün cinayət sayılan, lakin “könüllü razılıqla” törədilən istənilən seksual akt qanuniləşdirilmiş ola bilər. Bu həm poliandriyaya (çox ərlilik), həm seksual multipartnyorluğa, həm biseksuallığa, həm yaxın qohumlar arasında cinsi əlaqəyə, və nəhayət, pedofiliya və zoofiliyaya (həm də təbiət müdafiəçilərinin birliyinə görə pedofiliyaya zoofiliyadan daha tez icazə veriləcəkdir) aiddir. İndi hər şey cəmiyyətin yuxarılarının “irəli getmə” dərəcəsindən asılıdır.
Homoseksualizmin bərpası pozğunların sonradan birləşməsinə gətirib çıxardı. Qanuniləşmə ilə kifayətlənməyərək, homoseksuallar və “LGBT-cəmiyyətinin” başqa nümayəndələri özləri üçün xüsusi status və xüsusi hüquqlar tələb etdilər ki, öz dünyagörüşlərini və öz həyat tərzini açıq təbliğ edə və zorla qəbul elətdirə bilsinlər. İndi hüquqi sənədlərdə də istifadə olunan “seksual azlıqlar” anlayışını daxil edərək, onlar bilavasitə adlarının nəinki diskriminasiyaya qarşı qanunlara əlavə edilməsi, həmçinin “seksual azlıqlar” haqqında ayrı-ayrı qanunların qəbul edilməsi və hətta dövlətlərin konstitusiya maddələrində “seksual oriyentasiya və gender eyniliyinin” bilavasitə yada salınması üçün çıxışlar etməyə başladılar.
Beynəlxalq təşkilatlarda nüfuzlu lobbi formalaşdırıb, “LGBT-cəmiyyəti” 1993-cü ildə Beynəlxalq homoseksuallar və lesbianlar assosiasiyasının BMT yanında akkreditasiya edilmiş təşkilatların sırasına əlavə edilməsinə nail oldu. Həmin il BMT-ın Ali komissarının Qaçqınların işləri üzrə İdarəsi (AKQİ) öz sənədlərində homoseksualları “xüsusi sosial qrup” kimi müəyyən etməyə başladı, 1995-ci ildə isə BMT seksual azlıqların hüquqlarının pozulmasını əsas insan haqları pozulmalarının siyahısına daxil etdi.
Pozğunların hüquqlarının ən ardıcıl və güzəştsiz müdafiəçisi Avropa Birliyi oldu. 1997-ci ildə yeni Amsterdam müqaviləsinə seksual oriyentasiya zəminində diskriminasiya ilə mübarizə üçün Avropa Birliyinə hüquqi əsas verən düzəliş edilmişdir. Belə diskriminasiyaya qadağa 2000-ci ildə həmçinin Avropa Birliyi vətəndaşlarının əsas hüquqları haqqında Xartiyada təsbit edilmişdir. 2006-cı ildə Avropa Parlamenti “Avropada homofobiya haqqında” Qətnamə qəbul etdi, bu qətnamədə pozğunların qəbul edilməməyi “irqçilik, ksenofobiya, antisemitizm və seksizm ilə eyni olan mövhumatlara əsaslanan homoseksuallığa, lesbianlara və geylərə, biseksuallara və transvestitlərə qarşı irrasional qorxu və nifrət“ kimi səciyyələnir. Həm də homofobiyanın ifadə edildiyi formalar arasında yalnız təqiblər və qətllər deyil, həmçinin nifrət dolu danışıqlar, istehza və sözlə təhqirlər sadalanmışdır. O yerə çatdı ki, bəzi ekspertlər homofobiyanı irqçilik ilə bir sırada “şəxsiyyətin dözülməz pozulması” kimi təsnif etməyi təklif edirlər, və, ola bilsin ki, yaxın gələcəkdə buna görə psixiatrik klinikaya yerləşdirəcəklər.
Əsas diqqəti isə sodomitlər bircinsiyyətli “nikahların” təbliğatında cəmlədilər, hansıların ki, belə “ailələrdə” onlar özlərinə oxşarları tərbiyə edə biləcəklər. Bu sahədə geniş hüquqi alətlərdən istifadə etməklə sərt siyasi kursu həyata keçirən Avropa Birliyi və Avropa Şurası bu xətti var qüvvələri ilə müdafiə edir. Son 20 il ərzində Avropa Parlamenti homoseksuallar arasında münasibətlərin qanuniliyinin tanınmasını və onlara uşaqları övladlığa götürməyə və tərbiyə etməyə icazə verilməsini tələb edən silsilə qətnamələr qəbul edib.
Avropa Şurasının insan haqları üzrə Avropa məhkəməsi bu istiqamətdə xüsusən əlləşərək seksual oriyentasiya sahəsində qeyri-diskriminasiya hüququnu təsdiq edib. Buna uyğun olaraq bircinsiyyətli və bircinsiyyətli olmayan cütlüklərə münasibətdə olan fərqə bəraət qazandırmaq üçün çox ciddi səbəb lazımdır. Beləliklə Avropa məhkəməsi bunun dövlət tərəfindən qiymətləndirilməsi üçün heç bir imkan saxlamadı.
Belə dəstəyə malik olaraq, “LGBT-cəmiyyəti” bircinsiyyətli ittifaqları ilk öncə “qeydiyyata alınmış partnyorluq” (bu gün dünyanın 20 ölkəsində tanınmışdır) şəklində, daha sonra isə “nikahlar” formasında (bu gün artıq 15 ölkədə və ABŞ və Meksikanın bəzi ştatlarında mövcuddur) irəli çəkməyə başladı. İndi belə qanun layihələri Lüksemburqda, Nepalda və Paraqvayda müzakirədədir.
Müxtəlif ölkələrdə bu siyasət fərqli qəbul edilir. Bir ölkədə ictimaiyyət artıq o qədər zombiləşib ki, immunitetini itirib, başqalarında isə bu sərt müqavimətə səbəb olur. Birincinə nümunə İsveçrədir, burada “Qeydiyyata alınmış partnyorluq” haqqında qanun, digər federasiya qanunlarının əksəriyyəti kimi, xalqın iradəsi ilə referendum nəticəsində qüvvəyə mindi: 5 iyun 2005-ci ildə 58% İsveçrə vətəndaşı homoseksual cütlüklərin qeydiyyata alınmış birgə həyata olan hüququnu tanıdı. İkinciyə nümunə Fransa oldu, burada mübarizənin gərginliyi yenicə güclənir.
Bu məsələnin Britaniya parlamentində müzakirəsi belə dramatik olmasa da, lakin eyni dərəcədə kəskin keçirdi. Avropa Parlamentinin Böyük Britaniyanın Müstəqillik Partiyasından deputatı Naycel Farajın dediyi kimi, əslində hər şeyi İngiltərə parlamenti deyil, İnsan hüquqları üzrə Avropa məhkəməsi həll edirdi. Baş nazir Devid Kemeron öz partiyasının iradəsinə və xalqın iradəsinə zidd olaraq – Strasburqdan gələn göstərişlə – bu qanun layihəsini zorla qəbul etdirdi. Elə bu səbəbdən, yeri gəlmişkən, Fransa və İngiltərədə qanun layihələri eyni vaxtda müzakirə edilirdi.
Naycel Faraj “Stokqolm proqramı” adlandırılan proqramın reallaşdırması ilə bağlı Avropa Birliyinin daha dərin fikirlərinin üstünü açdı. Stokqolm proqramı 2010-2014-cü illər ərzində Avropa ölkələrinin hüququnun unifikasiyasını nəzərdə tutur (N.Faraj güman edir ki, proqram bu ilin noyabrında təsdiq olunmalıdır). “Stokqolm proqramına” müvafiq olaraq Avropa Birliyi ölkələrindən birində bağlanmış istənilən vətəndaş paktı və ya nikah başqa üzv ölkələrdə qanuni olaraq tanınacaqdır. Yəni homoseksual cütlük öz vətənində “nikah” rəsmiləşdirmək hüququna malik deyilsə, onlar münasibətlərini Avropa Birliyinin başqa dövlətində rəsmiləşdirə bilər, və vətəndə bu “nikah” mütləq şəkildə qanuni kimi qiymətləndiriləcəkdir.
Bu gün “qabaqcıl” Avropada baş verənlər bütün bəşəriyyət üçün model kimi təklif olunur. 2008-ci ilin dünya böhranının başlanğıcı və qlobal elitanın “yeni dünya nizamına” olan ehtiyacı açıq bəyan etməsi ilə sodomitlərin hüquqlarının təsdiqlənməsi siyasəti yeni pilləyə keçdi. Birincisi, o ümumdünya miqyasını alır, ikincisi, sodomitlərin hüquqlarının müdafiəsi homofobiya ilə mübarizə bəhanəsi ilə ənənəvi ailə və ictimai dəyərlərin aqressiv olaraq boğulması və sıxışdırılaraq kənarlaşdırılması şəklini alır.
2008-ci ildə BMT-nin tarixdə ilk dəfə Fransa, Niderland və daha bir sıra dövlətlərin təşəbbüsü ilə Baş assambleyanın 63-cü sessiyasında Seksual oriyentasiya və gender eyniliyi sahəsində İnsan hüquqları bəyannaməsi qəbul edildi və dövlətlərin üçdə birinin dəstəyini aldı: bu gün 68 ölkə bu bəyannaməni imzalayıb. Bunun nəticəsi olaraq sodomitlərin ”hüquqlarının” müdafiəsinin hər yerdə güclənməsi özünü homofobiya zəminində cinayətlərə görə cəza nəzərdə tutan, bircinsiyyətli münasibətləri tanıyan və transgendlərin üstünlük verilən cinsiyyətin qeyd edildiyi rəsmi sənədlər almaqlarını sadələşdirən yeni qanunların qəbul edilməsində göstərirdi. Polis, həbsxana əməkdaşları, müəllimlər, sosial işçilər və başqa heyətlər üçün müvafiq təhsil proqramları artıq hazırlanmışdır, bir çox məktəblərdə isə bu istiqamətdə müvafiq təşəbbüslər reallaşdırılmışdır.
15 iyun 2011-ci il. BMT-nin İnsan hüquqları üzrə şurası seksual oriyentasiyasından və ya gender eyniliyindən asılı olmayaraq insanlar arasında bərabərliyi təsdiq edən 17/19 saylı qətnamə qəbul edib. CAR tərəfindən təklif edilmiş 39 ölkənin dəstəklədiyi və 86 ölkənin imzaladığı mətn “insan haqlarının universallığını” təsdiq etdi. Bunun ardınca BMT-ın Ali komissarının İnsan haqları üzrə İdarəsinin hazırladığı və 2012-ci ilin martında Şurada ekspertlərin müzakirəsinə çıxarılan seksual azlıqlara münasibətdə diskriminasiya təcrübəsi barəsində məsələ üzrə BMT-ın birinci rəsmi məruzəsi gəldi. Bu BMT-nin orqanı çərçivəsində belə mövzuya dair ilk müzakirə oldu.
2013-cü ilin fevral – mart aylarında homofobiya qarşı mübarizənin ümumi strategiyasının hazırlanması və üç qitənin dövlətlərinin səylərinin əlaqələndirilməsi üçün Braziliya (Amerika), Nepal (Asiya) və Fransada (Avropa) insan haqları, seksual oriyentasiya və gender eyniliyi üzrə müvafiq konfranslar keçdi. 15-16 apreldə Osloda dünyanın 86 ölkəsindən 200 nümayəndə toplamış beynəlxalq konfransda isə görülmüş işlərin yekunu vurulub və “LGBT-cəmiyyətinin” mövqelərinin möhkəmləndirilməsi üçün gələcək addımlar nəzərdən keçirilib.
Pozğunluq mafiyası, xərçəng şişi kimi, ictimai orqanizmin sağlam hüceyrələrini məhv edir və onun həlak olmasına gətirib çıxarır. Xərçəng xəstəliyi ilə dialoqa girmirlər, xüsusən – güzəşt axtarmırlar. Ən yaxın zaman bu məsələdə dəqiq və aydın əxlaqlı mövqe, müvafiq hüquq alətləri və – heç bir mübaliğə etmədən – yeni siyasi mübarizə formalarını tələb edəcəkdir, bunlar olmadan özü elan edilmiş “seksual çoxluğun” təcavüzünə qarşı durmaq mümkün deyil.
Mənbə: “Fond strateqiçeskoy kulturı”
“Lutu da (elçi göndərdik). Bir zaman o, öz qövmünə demişdi: “Sizdən əvvəl aləmlərdən heç kəsin etmədiyi iyrənc əməli sizmi edəcəksiniz? Siz, qadınları qoyub şəhvətlə kişilərin yanına gedirsiniz. Həqiqətən, siz, həddi aşmış adamlarsınız”. Onun qövmünün cavabı: “Onları yurdunuzdan çıxarın. Axı onlar təmizliyə can atan adamlardır”– deməkdən başqa bir şey olmamışdı. Biz onu və ailəsini xilas etdik. Yalnız arvadından başqa. O, geridə qalanlardan oldu. Biz onların üstünə (daşlardan) yağış yağdırdıq. Bir gör günahkarların aqibəti necə oldu.”Müqəddəs Quran, “Əraf ” surəsi, 80-84-cü ayələr