Sələf Xəbər


İCMAL VƏ RƏY

 Son Xəbərlər

Suriya siyasətində Qafqaz faktoru: Nə baş verir?

Oktyabr 03
20:25 2015

Rusiyanın Suriya siyasətində dörd əsas strateji maraq yer alır.

“Sələf Xəbər” Axar.az-a istinadən bildirir ki, bu sözləri açıqlamasında politoloq Adıgözəl Məmmədov deyib.

Politoloq Yaxın Şərq cəbhəsində yeni cəbhənin formalaşdığını bildirib:

“SSRİ dağıldıqdan sonra Yaxın Şərqdə bütün mövqelərini itirən Rusiyanın son nöqtəsi Suriyadır. Əsəd rejiminin qalmasında Rusiya və İsrailin maraqları birləşir. Çünki İsrailin maraqlarını Əsəd rejimindən sonra təmin edə biləcək ikinci bir qüvvə yoxdur. İsrailin Suriyanın Qolan təpələri ərazisini zəbt etməsi hələ də iki ölkə arasında ziddiyyətli mövzu olaraq qalır. Əsəd rejimi ilə centlmen bir razılıq var idi. İmitasiya xarakterli danışıqlar getsə də, proses uzanmırdı. Çox qəribə səslənsə də, Yaxın Şərqdə İsrail, Rusiya və şiə zolağı baxımından İran həmişə bu rejimin qorunmasında maraqlı olublar. Bu cəbhəyə sonradan yeni bir oyunçu İraq daxil oldu. Səddam Hüseyndən sonra İraqdakı mövcud hakimiyyət şiə çoxluğunu təmsil etdiyindən bu, İranla cəbhəni birləşdirir. Deməli, yeni dördbucaq yaranır. Üzdə olmasa da, İsrail də dolayı yolla Rusiyanın Suriya hərəkatına dəstək verir”.

Politoloqa görə, rəsmi Moskva Əsəd ordusunu gücləndirməklə İŞİD terror xəvaric qruplaşmasını neytrallaşdırmaq prosesini İraqda da davam etdirəcək:

“Çox güman ki, Koordinasiya Şurası Bağdaddadır. Ümumiyyətlə hədəf İŞİD terror xəvaric qruplaşmasını birdəfəlik yox etməkdir. Çünki İŞİD terror xəvaric qruplaşmasının əsas hədəflərindən biri də Şimali Qafqazdır. Buna görə də Rusiyanın apardığı əməliyyatlar olduqca vacibdir. Ancaq regiondakı dövlətlərin maraqları burada toqquşur. Hazırda Suriyada iki cəbhə formalaşır: Əsəd və İŞİD terror xəvaric qruplaşmasına qarşı NATO və İran-İraq-Rusiya-İsrail cəbhəsi. Rusiya İŞİD terror xəvaric qruplaşmasının yox edilməsində qərarlıdır. Təhlükənin Qafqaza sıçraması əndişəsi də məhz bu aktivliyi artırdı”.

Politoloq hesab edir ki, Suriya siyasətində Rusiyanın 4 əsas strateji məqsədi var:

“Birinci, Tartus limanının bundan sonrakı fəaliyyətini sığortalayır. İkinci, İŞİD terror xəvaric qruplaşmasının Rusiyaya qarşı geosiyasi qüvvələrlə tandem şəkildə Qafqaza sıçramasının qarşısını almaq. Üçüncüsü, son dönəmdə İranla Amerika arasında aparılan danışıqlar İran siyasi hakimiyyətini yeni bir vizyona sürükləyir. 1942-ci il SSRİ, Böyük Britaniya və İran arasında separat müqaviləsi var. Bu, əslində 1921-ci ildə SSRİ ilə İran arasında bağlanan müqavilənin bir əlavəsidir. Müqavilənin şərtlərinə görə, istənilən halda İran Rusiyanın dövlət siyasətinə cavab verməyən bir mövqedə durarsa, SSRİ öz silahlı qüvvələrini bu ölkəyə yeridə bilmək hüququna malikdir. Bu sonuncu tandem isə bu gün İranın hansı tərəfdə olmalı olduğunu göstərir. Sonuncu məqsəd isə ABŞ və onun müttəfiqlərinin Yaxın Şərqdəki maraqlarını alt-üst etməkdir”.

Digər xəbərlər