Terror psixologiyası: faktlar və əfsanələr
1. 539 dəfə baxılıb
“Sələf Xəbər” Pensilvaniya Universiteti Terrorçuluğun Araşdırılması Beynəlxalq Mərkəzinə istinadən 2013-cü ilin aprelində Bostonda baş vermiş terror aktından bir neçə gün sonra Terrorçuluğun Araşdırılması Beynəlxalq Mərkəzinin terrorçuluğun psixologiyasına dair qələmə aldığı məqaləni təqdim edir:
Bostonda baş vermiş terror aktının ətrafında cərəyan edən hadisələrin üstünün açılması ilə terrora görə cavabdeh olan şəxslərin üzə çıxarılması və ya terror aktının baş vermə səbəbləri haqqında fərziyyələr irəli sürmək üçün həm tezdir, həm də bu yersizdir. Ən əsas suala cavab vermək üçün hələ çox faktlar üzə çıxmalıdır – hadisəyə görə kim cavabdeh idi və niyə?
Buna baxmayaraq, əsas faktla mövcud olmadığı halda həftə boyunca qəzəbli spekulyasiyalar və azdırıcı məqamlar baş alıb getdi. Bu spekulyasiyalar həm televiziyada, həm də sosial mətbuat kanalları vasitəsilə qəzet və jurnallarda təzahür etdi. Terrorçuluq üzrə araşdırma aparanların əksəriyyəti bu problemi daha da qızışdırmaq riskinə məruz idi.
Əvvəlcədən deyək ki, biz terrorçuluq üzrə mütəxəssis deyilik. Biz terrorçuluğu tədqiq edənlərik. Biz terrorçuluğun bütün aspektləri üzrə mütəxəssisliyə iddia etmirik – bunu kim edə bilər ki? Çünki problemin və onun iştirakçılarının həddən artıq mürəkkəbliyini nəzərə alaraq, bu problemi ciddi araşdıranlar bu qənaətə çox tez gəliblər.
Biz isə, 40 ilimizi kütləvi şəkildə terrorçuluğu öyrənməyə sərf etmişik. O dövrdə hadisələrin üstünü açmaqdan çox ehtiyat etmək tendensiyası mövcud idi. Ötən həftə ərzində biz həmin qəzəbli spekulyasiyalarla məşğul olan tanınmış terrorçuluq üzrə mütəxəssisləri də, heç bir anlayışı olmayanları da görmüşük. Müəyyən fərdləri hədəfə almaq qərəzli və mənasız olardı (gəlin bu məsələni jurnal məqalələrindəki akademik döyüş meydanı üçün saxlayaq), odur ki, terrorçuluq psixologiyası məsələlərinə müraciət edən şəxslər kimi mətbuatdakılara və akademiyadakılara xəbərdarlıq olsun deyə, biz öz arqumentlərimizi xüsusi tərzdə ifadə edəcəyik.
Bu həftə mətbuatla terrorçuluq davranışları haqqında söhbət aparmış psixoloqlardan iki fərqli bəyanat eşitdik. “Terrorçu profili yoxdur”. Düzünü desək, biz ikimiz də özümüzə bunu dəfələrlə demişik və kimsə bizdən soruşduqda da bunu təkrarlamağa davam edirik. Hətta, indi də, o ki qalmışdı illər boyunca, müxtəlif qruplara, müxtəlif mənşəyə məxsus terrorçuları birləşdirən ümumi bir profilin olmasının qeyri-mümkün olduğu çox açıq-aydındır. Lakin terrorçunun “profili yoxdur” demək, hələ məsələnin yarısıdır. Terrorçuluq üzrə tədqiqatçıların son illər ərzində apardığı dəyərli araşdırmaların üstünü malalayan, terrorçuluqla məşğul olanların keyfiyyətləri və səciyyəvi xüsusiyyətlərini işıqlandıran məsələlərə dair nəticələr çıxaraq. Ümumi bir terrorçu profili mövcud olmasa da, xüsusi kontekstlər, qruplarda və şəraitdə meydana gələn ağlabatan modellər mövcuddur.
Doktor Pol Gill və Terrorçuluğun Araşdırılması Beynəlxalq Mərkəzində çalışan tədqiqatçıların ABŞ-da tənha terrorçulara dair üzə çıxardığı son məlumatlar göstərdi ki, müxtəlif tənha terrorçular arasında nəzərə çarpacaq dərəcədə böyük fərqlər mövcuddur. “Əl-Qaidə” ilə əlaqəli tənha terrorçular daha gənc və əksəriyyəti tələbələr olub, digərlərindən legitimizasiya tələb ediblər, virtual mənbələr vasitəsilə öyrənib və əmrləri yerinə yetirib və əlaqələrə nəzarət ediblər. Onlar arasında əvvəllər mühakimə olunmuşlar daha azdır və onların öz hücumlarını uğurlu şəkildə həyata keçirmək şansları da daha az olub.
Mühafizəkar tənha terrorçuların isə əksəriyyəti işsiz olub. Ali təhsilli olmaları, dostlarına və ailələrinə öz niyyətləri, inancları haqqında şifahi şəkildə bildirmələri, terror aktı məşqlərində iştirak etmələri və ya silah-sursat təchizatı üçün kömək əldə etmələri ehtimalı daha az olub.
Və nəhayət, birməqsədli tənha terrorçuların əksəriyyəti evli, əvvəllər mühakimə olunmuş, ruhi xəstəliklər tarixçəsinə malik, hadisələr baş verməzdən əvvəl xüsusi xəbərdarlıq nümayiş etdirmiş və terror aktı məşqlərində iştirak edənlər olub. Onlar virtual mənbələr vasitəsilə daha az öyrənib və ya onları sosial cəhətdən təcrid olunmuş insanlar kimi təsvir ediblər.
Bunlar isə özü-özlüyündə “profil” hesab olunmur və bunlar bizim düşündüyümüz kimi terrorçuları bu hadisələri törətməyə “təhrik edən” amillər deyil, sadəcə, törətdikləri əməllər sayəsində onların təhlilidir.
Terrorçuların davranışlarının bu cür təhlil olunması, hətta, bu nisbətən dar kateqoriyalı tənha terrorçular da daxil olmaqla, fərqli terrorçularla əlaqəli müxtəlif sosial və davranış keyfiyyətlərini ön plana çəkir. Doktor Gill və Terrorçuluğun Araşdırılması Beynəlxalq Mərkəzinin bu mövzuya dair araşdırması barədə aşağıdakı keçiddə daha ətraflı məlumat əldə edə bilərsiniz.
Bu həftə ərzində ikinci vacib məsələ, bəzilərinin “insanlar nə üçün terrorçu olur?” sualına aldadıcı cavabların verilməsinə səbəb olan sadə izahlar verməsi tendensiyası olub. Bu sualın cavablarına – terrorçuların “özlərindən böyük bir şeyə xas olmaq” istədikləri üçün terrorçu olmağı arzuladıqları və ya daha da aydın olmayan – “əhəmiyyət qazanmaq” istədikləri haqqında iddialar daxildir.
Terrorçuluq motivasiyası çox mürəkkəbdir və bir daha qeyd etmək lazımdır ki, bütün terrorçular üçün bir, ümumi şərh vermək tamamilə mənasızdır. Biz insanların nümayiş etdirdiyi heç bir davranışı bu şəkildə şərh etməyə cəhd göstərmərik, o ki qaldı, terrorçuluqla məşğul olmağı. Terrorçuların müəyyən mənada şəxsi əhəmiyyət hissi qazanmaq istədiklərini demək, psixoloq B.F. Skinnerin “izahi uydurma” adlandırdığı terminin bariz nümunəsidir. İzahi uydurmalar – hər hansı bir şeyin səbəbinin, nəticəsindən mahiyyət etibarilə heç bir fərqi olmadığı hallardır. Başqa sözlə desək, davranışın təsiri və ya nəticəsi mahiyyət etibarilə onun səbəbinin izah edildiyi kimi izah edilir.
Aşağıdakı nümunələri nəzərdən keçirək:
Q: Viktor nə üçün terrorçudur?
A: Çünki o əhəmiyyətli bir insan olmaq istəyir.
Q: Biz Viktorun əhəmiyyətli insan olduğunu haradan bilirik?
A: Çünki o terrorçudur.
Mahiyyət etibarilə bu cavab cəlbedici görünsə də, biz problem haqqında düşündüyümüzdən bir az daha artıq bilirik. Terrorçuluq mürəkkəb bir fenomendir. Onun iştirakçıları dəqiq kateqoriyalara bölünmür. Onlar terror aktlarında müxtəlif tərzdə iştirak edir və onların bu müxtəlif tərzdə iştirakı bir çox müxtəlif nəticələr verə bilər. Onların terror taktikaları vasitəsilə nail olmaq istədikləri həm uzun və həm də qısamüddətli məqsədləri çoxsaylıdır və bəzən əlaqəsizdir. Bu sosial problemi daha yaxşı anlamaq üçün, biz öz şərhlərimizi pis məlumatlandırlmış spekulyasiya üzərində yox, dəlillər üzərində qurmalıyıq.
Con Horqan – Terrorçuluğun Araşdırılması Beynəlxalq Mərkəzinin Direktorudur. Maks Teylor – Seynt Endryus Universitetinin Terrorçuluğun Araşdırılması və Siyasi Zorakılıq Mərkəzinin direktoru və hal-hazırda Terrorçuluğun Araşdırılması Beynəlxalq Mərkəzinin elmi işçisidir.
Mənbə: sites.psu.edu/icst
“SələfXəbər.az” saytının redaksiyası tərəfindən tərcümə olunub