Terrorla mədəni dialoq onun zəfəri deməkdir
1. 104 dəfə baxılıb
“Sələf Xəbər” alriyadh.com- a istinadən Mutlaq ibn Saud əl-Muteyrinin məqaləsini sizə təqdim edir.
Terrorla başlıca problemimizin, sadəcə, fikri problem olmasını təsdiqləyərək onunla mədəni dialoqa girməyin lazım gəldiyini söyləmək terrorun qalib gəlməsinin yaxınlığını etiraf etmək və ya o əqidədə olanların qarşısında məğlub olmaq deməkdir.
Üz-üzə gəlmək üçün fiziki mexanizmi müəyyən etməməklə biz çox vaxt itirmiş olur və bununla da tərəddüddə olanların da ölüm və şər qruplaşmalarının səflərinə qoşulmasına vaxt qazandırırıq. Terror elə bir kamil plandır ki, özünü ölkələrə alternativ olaraq təqdim edir və fikri, fiqhi məsələdə olan ixtilafdan deyildir.
Terror əqidəsinə görə, vətən dağıdılması halal olan bir torpaqdır. Vətənin olmasına iman etmək küfr və vətəni müdafiə edənin isə qanı halaldır. Bu qənaətə gəlmiş əqidə sahibinin belə fikirləri hərb elan etmək deyilsə, bəs, nədir? Bu fikirlilərlə stol arxası dialoqa dəyərmi?
Terrorist elə bir düşməndir ki, yer üzü ondan pis hiyləgər və kələkbaz görməmişdir. Hər bir yerin ən pis fikir və ideologiyalarını özündə cəmləşdirib özü üçün silah kimi istifadə edərək gah o silahla öldürür, gah da arxasında gizlənir. Təqiyyə hiyləsini və xəyanət nanəcibliyini də çox gözəl bacarır. Onu bu xislətlərdən daşındıran yalnız güc və qüvvət ola bilər. Ona yönələn əl yumşaq olarsa, həmən sındırar.
O, elə bir düşməndir ki, ölkənin sabitliyinin pozularaq dağıdılması üçün əlindən gələni əsirgəməyən və onun xarabalığa salınması hesabına özünə qruplaşma düzəldəndir. İstəyir ki, müsəlman qadınları onun kənizi, övladları isə onun ordusunun səflərində dursun. O, nə qan qohumluğu, nə də ki, əqidə birliyi bilir. O, özü üçün bizimlə qan və əqidədə birləşməyən bir nəsəb icad etmişdir.
Parisdə törədilən partlayış və qətlin bir hədəfi vardır. O da İslamla qərb arasında olan bütün bağlantıları kəsərək onları İslamla üz-üzə qoymaqdır. Bu gün bu baş tutmayıbsa, ola bilsin ki, sabah tutacaqdır. Kimsə deyə bilər ki, qərb özü üz-üzə gəlməyə gətirib çıxarmışdır. Bəli, bu düzdür. Artıq qərbin radikalları fikir və rəy meydanında İslam müqəddəslərinə qarşı təcavüz etmişdirlər. Bizim də onlarla üz-üzə gəlməyimiz xəyanət və qətllə deyil, eyni meydanla olmalıdır. Artıq bəzi “İslam radikalları” İslamı radikal göstərməkdə müvəffəqiyyət qazanmışdır. Elə bu da onların məqsədidir. Üz-üzə gəlməyi tezləşdirmək üçün İslam dinindən qorxudaraq çirgindirmək radikal camaatın strategiyasıdır. Bütün İslam varlığının ehtimal olunası düşmənlər tərəfindən hədəf edilməsi ehtimalı həyata keçsə belə qərbdən İslam diyarına atılan hər bir gülləni terror özü üçün zəfər və tərəfdar qazanmaq sayır.
Terrorla həqiqi üz-üzə gəlmək alətini işə salaraq onlarla dialoq vərəqlərini açmamaq bizə vaxt qazandırır. Artıq aydın olmuşdur ki, dialoq zamanı terrorun zəfəri zamanıdır. Lakin onlara qarşı yönəldilən güc-qüvvət zamanında isə terrorun heç bir payı yoxdur. Vaxtı gecikdirmək terror üçün qiymətli bir fürsətdir. Əgər terror alovuna qarşı onun kimi alovla üz-üzə gəlməsək, onun alovu bütünlüklə bizi də mərhələ ilə yandıracaq və bu zaman isə vaxtı təyin edən də o olacaqdır!
Sələf Xəbər: İslam, müsəlman rəhbərlərinə və buna səlahiyyətləri çatan kəslərə, terrorçu-xəvariclərlə vuruşmağı və hətta, onları öldürməyi əmr edir! 9-cu əsrin görkəmli alimi Müslim bin Əl- Haccac (Allah ona rəhmət etsin) özünün “əs-Səhih” adlı məşhur səhih hədis toplusunda fəsillərindən birini belə adlandırıb: “Xəvaricləri öldürməyə çağırış fəsli”. Bu fəsildə, imam Müslim Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) xəvaricləri öldürməyi əmr etdiyi bir çox hədis gətirir.
Bu hədislərin birində deyilir: “Tezliklə, axır zamanlarda mənim ümmətimdə yaşca cavan və ağıldan zəif insanlar peyda olacaqdır. Onlar məxluqatın ən xeyirlisinin sözü ilə danışacaqlar. Onların imanı boğazlarından aşağı keçməyəcəkdir. Lakin İslamdan oxun ovlanmış şikardan çıxdığı kimi çıxacaqlar. Harada rastlaşsanız onları öldürün. Onları öldürənə Qiyamət günü Allahdan mükafat vardır”.