Sələf Xəbər


İCMAL VƏ RƏY

 Son Xəbərlər

Uğursuz siyəsətlə insani faciə arasında qalmış Yəmən – Eksklüziv

Dekabr 16
17:34 2016

19  aydan bəri davam edən silahlı münaqişə nəticəsində hər gün dağıntıların miqyası artmaqla Yəməndə humanitar vəziyyət günü-gündən pisləşir.

Yəmən xalqı üzdə təbəssümdən məhrumdur, şadlığın nə olduğunu artıq unutmuşdur, müharibənin viran qoyduğu, silahların darmadağın etdiyi bir ölkədə yaşamağa məcburdur. Əksər insanlar ya qaçqın, ya didərgin, ya müharibə qurbanıdır  ya da ağır yaralı bir vəziyyətdədirlər. Hər yeri aclıq bürümüşdür. Ətrafa insan cəsədləri səpələnmişdir. Siayəsətçilərsə vətəni xilas etməkdə acizdirlər, yalnız qara-qışqırıq salmağı bacarırlar. Müharibəni dayandırmaq üçün yaranmış çoxsaylı imkanlar külək kimi əsib getdi, rəhbərlər kabusa çevrilmişlər.

İnsani faciə

Yəmən bu gün yeni dövrdə görünməmiş bir insani faciə yaşayır; müharibə nəticəsində orta təminatlı təbəqə tamamilə müflisləşib kasıblar sırasına  daxil olmuşdur. Bunun da səbəbi münaqişə tərəflərinin üç aydan bəri dövlət orqanlarında və müəssisələrində  çalışanların maaşlarını ödəyə bilməməsidir. BMT-nin rəsmi məlumatlarına görə, özəl sektorda çalışanların 70%  müəssisələrin bağlanması və ya dağıdılması səbəbincə öz işlərini itirmişlər.

YUNİSEF-in məlumatına görə, Yəməndə hər on dəqiqə ərzində bir uşaq aclıq və ya pis qidalanmadan, ya da   tibbi xidmət sahəsinin tamamilə dağıdılması səbəbincə ishal,  ağ ciyər iltihabı kimi profilaktikası mümkün olan xəstəliklərdən ölür.

YUNİSEF həmçinin bildirir ki,  Yəməndə 2.2 milyona yaxın uşaq  pis qidalanmadan əziyyət çəkir, təcili qayğıya möhtacdırlar, onlardan təqribən yarım milyonu təhlükəli həddə çatan pis qidanlamaya məruz qalmışlar, həm də 1.7 milyon yəmənli uşaq orta səviyyəli pis qidanlama ilə üzləşmişdir. Həmçinin bildirilir ki, bu göstəricilər 2014-cü illə müqayisədə 200% artmışdır ki, pis qidalanmanın ən yüksək göstəriciləri Hodeydə, Səədə, Təiz, Hiccə və Ləhc vilayətlərinə aiddir. Yəməndə   ən qorxulu pis qidalanma hallardan beşi məhz bu vilayətlərdə qeydə alınmışdır.

BMT-nin Qaçqınlarla iş üzrə Ali Komissarlığının məlumatlarına görə, Yəməndə qaçqınların sayı üç milyon yüz mini ötmüşdür, bunlardan iki milyon iki yüz mini daxili didərginlərdir.

Faciə

Hüquq müdafiəçisi Fatimə əl-Əğbəri   ölkəni bürüyən aclıq və müharibə nəticəsində 10 min mülki insanın həlak olmasına görə, Yəməndəki vəziyyəti faciə adlandırıb bildirir ki, qida yardımına ehtiyacı olanların sayı 14.1 milyona çatır, ölkəyə göstərilən hümünitar yardımlarsa bu böyük sayda insanın tələbatını ödəməkdə acizdir.

Fatimə əl-Əğbəri  həmçinin qeyd edir ki,müharibə nəticəsində  meydana gələn dağıntıların həcmi böyükdür, dövlət və özəl təşkilatların binaları,  mülki əhalinin evləri viran edilmişdir. Bu dağıdılmış tikintilərin bərpası on illərlə vaxt tələb edəcək Bir daha israrla bildirir ki, Yəmən çoxlu bölgələri bürüyəcək və idarə olunmaz bir hala çevrilə biləcək kütləvi aclığın bir addımlığında dayanmışdır. Yəmənin qərbində yerləşən Hodeydə vilayətinin sahil bölgələrini bürümüş aclıq münaqişə davam edərsə bütün Yəmənin düşəcəyi vəziyyətin göstəricisidir.

Hüquq müdafiəçisi həmçinin bildirir ki, müharibə başqa xidmət  sahələri  kimi, tibbi xidmətin də ciddi şəkildə tənəzzül etməsinə səbəb oldu, bir sıra  təkilatların səhiyyə sektorunun işinin davamiyyətini təmin etməyə yönələn cəhdləri fonunda onlarla xəstəxana fəaliyyətini dayandırmışdır. Məhdud ölçüdə səylər davam etsə də onlar əhalinin səhiyyə və tibbi xidmət ehtiyaclarını ödəməkdə acizdirlər.

Siyasi həll

BMT-nin Yəmən üzrə nümayəndəsi İsmail Vələd əl-Şeyx problemin siyasi yolla həlli üçün cəhdlər edir və bunun üçün yol xəritəsini də irəli sürmüşdür. Bu təklifə əsasən dövlət başçısının müavini postu təsis edilməsi, keçid mərhələsində siyasi dialoqa nəzarəti həyata keçirmək və konistutsiya qəbul etmək  məqsədilə milli birlik hökümətinin yaradılmasını nəzərdə tutur. Bu plana əsasən, silahlıların öz möqelərindən çəkilməsi və həmçinin Səna, Hodeyda və Təiz  şəhərlərində silahların təhvili  proresinə nəzarət edəcək hərbi təhlükəsizlik  komissiyaları təşkil edilməlidir. Bu komissiyalar həm də  silahlı qarşıdurma hallarına son qoymalı, vətəndaşların və dövlət müəssisələrinin təhlükəsizliyini təmin etməlidir.

Birləşmiş Ərəb Əmirlikləri  Xarici işlər üzrə dövlət naziri  Ənvər əl-Qərqaşın bəyənatı ilə, Küveyt Dövləti isə BMT nümayəndəsinin ölkəyə səfəri zamanı irəli sürülən planı bəyəndiklərini bildirdilər. Səudiyyə Ərəbistanının mövqeyisə indiyə qədər qaranlıqdır. Lakin taxt-tac valisinin müavini şahzədə Məhəmməd ben Salman  BMT nümayəndisilə görüş zamanı  ölkəsinin onun səylərini tamamilə dəstəklədiyini bildirmişdir.

Husilər, keçmiş prezident Əli Abdulla Saleh bu yol xəritəsini bəyəndilər, amma Yəmənin hazırkı prezidenti  Abdo Robba Mənsur onu rədd etdi.  Onun iddiasına görə, bu plan bir tələdir, bunun əvəzinə yol xəritəsinə dəyişiklər  edilməsini tələb etdi və öz təkliflərini də irəli sürdü. Buna cavab olaraq Husilər və onların müttəfiqi Əli Abdulla Saleh bir neçə həftə bundan əvvəl Sənada hökümət təşkil etdiklərini bildirdilər, bu addım bir sıra dövlətlərin tənqidinə məruz qaldı və dinc həll yolunda maneə hesab edildi.

Maneələr və əldə olan imkanlar

Yazıçı publisist Əbdülvəhhab əl-Şərqi  deyir ki, İsmail Vələd əl-Şeyxin irəli sürdüyü yol xəritəsi Yəmən məsələsi ilə bağlı keçirilən bütün danışıqlar prosesində irəli sürülən  və optimal həll variantına ən yaxın bir təklifdir. Onda bir sıra dəqiqləşmələr aparılmalıdır ki, daha məqbul bir şəklə salınsın ki, Yəmən probleminin həlli  üçün bir vasitə olsun.  Əbdülvəhhab əl-Şərqi həmçinin deyir ki, yol xəritəsinin qarşısında duran ən böyük maneyə münaqişə tərəfləri arasında  siyasi iradənin olmamasıdır, bununla da Yəmən probleminin həllini istəməyən tərəf qaldıqca hər hansı bir həll variantından söhbət gedə bilməz.

Əl-Şərqinin fikrincə,  Sənada hökümətin təşkili bu yolda maneə deyildir, belə ki, yol xəritəsinin işə düşməsi və tərəflərin razılığı  ilə bütün hökümətlərin varlığına son qoyulur, milli birlik höküməti yaradılır, Husilər və keçmiş prezident Saleh bu yol xəritəsini qəbul ediblər.

Siyasi fəal, xanım Həmam əl-Sənvi deyir ki, bu yol xəritəsi xüsusilə, ona görə uğurlu ola bilər ki, o güclü beynəlxalq dəstəyə malikdir.

Həmam əl-Sənvi göstərir ki, Sənada hökümətin təşkili, prezident Hadinin yol xəritəsini rədd etməsi, onun qəbulu üçün maneə olsa da tərəflərdə  dinc sülh yolu ilə həll üçün siyasi iradə kifəyət qədərdisə, bu təklif uğurlu ola bilər. O həmçinin göstərir ki, Hadi hökümətinin qorxusu silahların təhil verilməsindən, onun prezidentlik müddətinin ləğv edilməsindən və səlahiyyətlərinin  hamının razılığı ilə seçilmiş yeni vitse prezidentə keçməsində irəli gəlir.

Xanım əl-Sənvi həmçinin deyir ki, yol xəritəsinin uğursuzluğu yeni silahlı münaqişələrin başlanması deməkdir, Yəməndə münaqişə tərəfləri insanların işgəncələrinə və dağıntılara son qoymaq üçün siyasi həll variantı üzərində ciddi şəkildə düşünməlidirlər.

Hüsam əl-Xərbaş

Eurasiadiray.az

Sələf Xəbər: Təəssüf ki, bu gün müxtəlif növ nümayişlər, inqilablar, xaos və… haram edilmiş insan qanının tökülməsinə həsrət çəkən bir çox emosional insanlar var. Uca Allah bu vəziyyəti geniş əhatəli mənası olan ayədə belə təsvir edir: “Onlara: “Yer üzündə fəsad törətməyin!”– deyildiyi zaman: “Biz ki, ancaq xeyirxahlıq edənlərik!”– deyirlər.”(Müqəddəs Quran, “Bəqərə” surəsi, 11-ci ayə).

Orta əsrin böyük İslam alimi şeyxülislam İbn Teymiyyə (Allah ona rəhmət etsin) deyirdi: “Sünnə ardıcıllarının əksəriyyəti rəhbərlərə qarşı, hətta əgər onlar ədalətsizlik edirsə belə, üsyan etməyi və onlarla silahlı mübarizə aparmağı halal hesab etmirlər, səhih hədislər də bunu göstərir. Məsələ ondadır ki, döyüşlərin gətirib çıxaracağı fəsad və fitnənin yayılması döyüşsüz və fitnəsiz rəhbərlərin ədalətsizliyindən daha çox ziyan gətirəcəkdir. Demək olar ki, tarixə məlum olan hakimiyyət sahibinə qarşı bütün üsyanlar onlardan əvvəlki vəziyyətdən daha böyük şər ilə qayıdırdı”. (Bax “Minhəc əs-Sünnə ən-nəbəviya”, 3/390)

Digər xəbərlər