Sələf Xəbər


İCMAL VƏ RƏY

 Son Xəbərlər

Viza mübahisəsi hara aparır? – ABŞ və Türkiyə – ÖZƏL

Oktyabr 10
17:24 2017

Bildiyimiz kimi ABŞ Türkiyə ərazisində vizaların verilməsini dayandırıb.

“Son hadisələr ABŞ diplomatik missiyalarının əməkdaşlarınının təhlükəsizliyinin təmin edilməsi sahəsində onu Türkiyə hökumətinin vəzifələrinə yenidən baxmağa vadar etdi. Bizim səfirlik və konsulluq ziyarətçilərin sayının azaltmaq məqsədilə vizaların verilməsini dayandırıb”, CNN Türk diplomatik nümayəndəliyin amerikalı üzvünün çıxışından sitat gətirib.

Çox keçmədi ki, Türkiyə buna cavab verdi. Türkiyənin ABŞ-dakı səfirliyi Amerika vətəndəşlarına viza verilməsinin dayandırıldığını elan etdi.

Selefxeber.az xəbər verir ki, bu faktla bağlı “Atlas” Siyasi Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi analitik Elxan Şahinöğlu “Eurasia Diary”ə müsahibə verib.

“Hələ bir neçə gün əvvəl Nyu-Yorkda ABŞ prezidenti Donald Tramp öz türk həmkarı Rəcəb Tayyip Ərdoğanı dost adlandırdı. Bəs bu “dost” necə hərəkət elədi? Türkiyə vətəndaşlarına viza verilməsini dayandırmaqla ABŞ onu Moskva və Tehrana tərəf yönəldir. Bu Vaşinqtonun nəyinə gərəkdir? Anlamaq olmur. Vaşinqton ard-arda səhf buraxır. Əksinə Türkiyədənin ziyalı təbəqəsini özünə tərəf çəkmək uğrunda mübarizə aparmaq lazımdır. Başqa bir misal, Səudiyyə Ərəbistanıdır. Əsrlər boyu müttəfiq olan Səudiyyə Ərəbistanı artıq Moskvaya yaxınlaşır.

Birincisi, Vaşinqton Türkiyənin maraqlarına zidd gedərək, Suriyada PKK terrorçu təşkilatının asılılığında olan silahlı qüvvələri dəstəkləyir. İkincisi, Vaşinqton Fətullah Güləni Türkiyəyə vermir. Və daha irəli gedərək, Türkiyə vətəndaşlarına viza verilməsini dayandırır. Faktiki olaraq Vaşinqton bu addımları ilə özü də bilmədən Türkiyənin Moskvaya yaxınlaşmasını sürətləndirir.

Mənim fikrimcə, Donald Trampın prezidentlıiyi ABŞ-ın dünyada təsir gücünün itirilməsi ilə başa çatacaq və bu birqütblü dünyanın sonunun başlanğıcı olacaq. Ancaq təəssüf ki, dünya daha yaxşı və təhlükəsiz olmayacaq.”

Digər xəbərlər