Sələf Xəbər


İQTİSADİYYAT VƏ MALİYYƏ

 Son Xəbərlər

Azərbaycan Silahlı Qüvvələrinə Yardım Fondunun vəsaiti artıb

Yanvar 05
20:38 2015

Azərbaycan Silahlı Qüvvələrinə Yardım Fonduna toplanan vəsaitin həcmində son 1 ildə 9 848 588 manat (12 576 417 ABŞ dolları) artım olub.

“Sələf Xəbər”-in APA-ya istinadən verdiyi məlumata görə, 1 yanvar 2015-ci il tarixində Fondun manat hesabındakı vəsait 60 603 102 manat, ABŞ valyutası ilə hesabındakı vəsait 211 791 dollar, Avro hesabındakı vəsait 593 Avro təşkil edib. Fondun ABŞ dolları, Avro və Rus rublu ilə hesablarına son bir ildə vəsait daxil olmayıb.

Ümumilikdə Silahlı Qüvvələrinə Yardım Fondunun toplam vəsaiti 77 502 556 ABŞ dollarına çatıb.

Qeyd edək ki, Silahlı Qüvvələrə Yardım Fondu Azərbaycan Prezidentinin 17 avqust 2002-ci il tarixli sərəncamı ilə yaradılıb. Sərəncama əsasən, Silahlı Qüvvələrə Yardım Fondu respublika ərazisində fəaliyyət göstərən fiziki və hüquqi şəxslərdən könüllü olaraq daxil olan vəsait və qanunvericiliklə qadağan olunmamış digər daxilolmalar hesabına formalaşır.

 Sələf Xəbər: Uca Allah buyurur: “(Düşmənlərə) qarşı bacardığınız qədər qüvvə və döyüş atları hazırlayın ki, bununla Allahın düşmənini, öz düşməninizi və onlardan başqa sizin bilmədiyiniz, lakin Allahın bildiyi kimsələri qorxudasınız”. (Qurani-Kərim, “Ənfal” surəsi, 60-cı ayə)

Digər xəbərlər