Azərbaycanın büdcəsinə yarım ildə 8 milyard manat vəsait daxil olub
894 dəfə baxılıb
MIA.az xəbər verir ki, Maliyyə Nazirliyinin məlumatlarına əsasən yanvar-may aylarında dövlət büdcəsinə 8.0 milyard manat vəsait daxil olub.
Statistika Komitəsinin saytının məlumatında deyilir ki, büdcədən 7.4 milyard manat vəsait xərclənib və 654.5 milyon manat məbləğində və ya ümumi daxili məhsulun 2.8 faizi qədər profisit yaranıb. Büdcə xərclərinin 3.5 milyard manatı və ya 47.2 faizi iqtisadiyyatın inkişafına, 837.3 milyon manatı (11.4 faizi) sosial müdafiə və sosial təminata, 717.6 milyon manatı (9.7 faizi) təhsilə və səhiyyəyə yönəldilib.
Milli valyuta ilə qoyulmuş əmanətlərin məbləği 4.2 milyard manat, xarici valyuta ilə qoyulmuş əmanətlər isə 2.4 milyard manat olub. İyun ayında 1 ABŞ dolları 0.78 manata, 1 Avro 1.07 manata, 100 Rusiya rublu 2.28 manata, yanvar-iyun aylarında isə müvafiq olaraq 0.78, 1.08 və 2.24 manata bərabər olub.
Sələf Xəbər: Uca Allah buyurur: “Yer üzündə elə bir canlı yoxdur ki, onun ruzisini Allah verməsin. (Allah) onların qərar tutduqları yeri də, qorunub saxlanıldıqları yeri də bilir. (Bunların) hamısı açıq-aydın Yazıdadır (Lövhi-məhfuzdadır).” (Müqəddəs Quran, “Hud” surəsi, 6-cı ayə).
“Uca Allah yer üzündə yaşayan, istər insanlar və ya heyvanlar olsun, quruda və ya suda yaşayanlar olsun, bütün canlı məxluqlarını ruzi və maddi nemətlərlə təmin etməyi Öz öhdəsinə götürmüşdür. Onların hamısı ruzisini Allahdan alırlar. Ona məxluqlarının məskunlaşdığı və yaşadığı yerlər və həmçinin onların gedib-gəldikləri yerlər məlumdur. Onların yerdə yaşayışının bütün təfərrüatı Mühafizəolunan Lövhədə yazılmışdır.
Onda səmalarda və yerdə baş verməli olacaq bütün hadisələrə aid biliklər öz əksini tapmışdır. Bütün bunlar əzəldən Allaha məlum idi və yazı qələmi ilə qeyd olunmuşdur. Allah istəmişdir ki, hər şey məhz olacağı kimi baş versin və hər bir məxluq ruzisini tam ala bilsin. Bu isə o deməkdir ki, məxluqların ürəkləri Rəbbə təvəkkül etməlidir, çünki O, onları maddi nemətlə təmin etməyi öhdəsinə götürmüş və onların barəsində hər şeyi və onların hər birinin keyfiyyətini bilir.” (Bax “Təfsir Əs-Saadi”).