1 miyon borcu bağışlayaraq Allahın razılığını qazanmaq
960 dəfə baxılıb
Səudiyyə Ərəbistanı sakini ona borclu olan şəxsin borcunu bağışlayıb.
Səudiyyə Ərəbistanında yaşayan Abdul Rahman Al Sabayhi adlı bir vəkil sosial şəbəkədə öz şəxsi təcrübəsində rastlaşdığı maraqlı bir hadisəni paylaşıb.
Belə ki, Səudiyyəli bir nəfər öz həmyerlisindən 1 milyon rial ( təxminən 250 min dollar) borc alıb. Borcu qaytarmağın vaxtı yaxınlaşanda borc alan şəxsin oğlu atasının borcunu qaytara bilmək üçün bir işdən o birinə qaçaraq, gecə-gündüz çalışır. Lakin kifayət qədər maddi vəsait toplaya bilməyəcəyini anlayanda o, yeganə evini satmaq qərarına gəlir.
Atasına borcunu qaytarmaqda kömək etmək üçün hətta öz malını fəda etməkdən çəkinməyən oğulun canfəşanlığını görən borc yiyəsi rəsmi şəkildə yazılmış borcu bağışlamaq qərarına gəlir.
Bu hadisəni oxuyan internet istifadəçiləri tərəfindən rəğbətlə qarşılanan hadisəyə minlərlə müsbət şərh yazılıb.
“Borc verən şəxs və borc alanın oğlu cəmiyyətə cox gözəl bir nümunə olaraq, zəmanəmizdə hələ də xeyirxah insanların olduğunu göstəriblər”.
“Borc yiyəsi oğulu ataya olan münasibətinə görə mükafatlandırıb. Allah da onların hər ikisini mükafatlandırsın”.
Mənbə: Solidarnost.ru
Sələf Xəbər: Uca Allah buyurur: “Allahdan qorxana, (Allah) çıxış yolu göstərər və ona təsəvvürünə gətirmədiyi bir yerdən ruzi bəxş edər”. (Qurani-Kərim, “ Talaq” surəsi, 2,3-cü ayə)
“Allah-Təala təqvalı qulları üçün nəinki çətin vəziyyətdən çıxış yolu yaradır, O (Pak və Müqəddəs), həm də onlara heç güman etmədikləri və almağı düşünmədikləri bir yerdən ruzi nazil edir. Allaha təvəkkül edən üçün həm mənəvi və həm də maddi işlərdə Onun himayəsi bəs edər. Buna görə mömin həmişə Allaha təvəkkül etməli, Onun köməyi və yardımına arxalanmalı və ümid bəsləməlidir ki, Rəbb ona kömək edəcək və onu ziyandan qoruyacaqdır. Doğrudan da, əgər insan Allaha təvəkkül edirsə, onda O (Pak və Müqəddəs), onun bütün işlərini ən gözəl tərzdə sahmana salır. Başqa cür necə də ola bilər? Axı insan Allahın mislində Zəngin, Güclü, Qüdrətli və Mərhəmətli Himayədarın lütfünü qazanır və O (Pak və Müqəddəs), Öz quluna hər kəsdən daha yaxındır”. (Bax: “Təfsir Əs-Saadi”)
Uca Allah, həmçinin buyurur: “Mömin olaraq yaxşı iş görən kişi və qadınlara əlbəttə gözəl həyat bəxş edəcək və etdikləri ən yaxşı əməllərə görə onları mütləq mükafatlandıracağıq”. (Qurani-Kərim, “Nəhl” surəsi, 97-ci ayə)
“Xeyirxah əməllərin qəbul olunmasının zəruri şərti düzgün imandır. Bundan başqa, xeyirxah əməllər – sahibi düzgün baxışlara etiqad edilmədikcə, xeyirxah adlandırıla bilməz. Belə baxışlara aid olanlar – qeybə qəti imandır ki, mömini fərz və könüllü xeyirxah əməllər icra etməyə yönəldir. Əgər insan özündə iman və saleh əməlləri birləşdirə bilirsə, onda Allah ona mütləq gözəl həyat bəxş edir. Belə insan ruhi rahatlıq, inam əldə edir və ruhuna ziyan vura biləcək hərəkətlərə yol vermir. Uca Allah isə onun heç gözləmədiyi bir yerdən ona pak ruzi əta edir. O, dünya həyatından ayrıldıqda, Allah onu nəzərlərin görmədiyi, qulaqların barəsində eşitmədiyi və hətta insanın heç xəyalına belə gətirmədiyi hər cür nemətlərlə təmin edir. Allah onu həm bu dünyada və həm də ölümündən sonra gözəl bir tərzdə mükafatla təltif edir”. (Bax: “Təfsir Əs-Saadi”)