100-ə yaxın İŞİD yaraqlısı təslim oldu
940 dəfə baxılıb
İnterpress.az “Rosbalt”- a istinadən xəbər verir ki, İŞİD terror xəvaric qruplaşmasının yaraqlıları İraqın Babil şəhərində təslim olublar.
Bu barədə məlumatı Babilin Təhlükəsizlik Komitəsinin rəhbəri Tamer Zəban yayıb.
O bildirib ki, aralarında terror qruplaşmasının bölgə lideri də olmaqla 100-ə yaxın İŞİD militanı polisə təslim olub.
Təhlükəsizlik xidmətindən verilən açıqlamalara görə, Babil bütünlüklə terrorçulardan təmizlənib.
Sələf Xəbər: Nüfuzlu alim Əbdül Muhsin əl-Abbada (Allah onu qorusun) “Suriyada cihad varmı və oraya cihada getmək icazəlidirmi?” sualı verildi.
Şeyx cavab verdi: “Həqiqətən Suriya əhalisinin onlar üçün edilən duaya daha çox ehtiyacı vardır. Hər kəs onlar üçün məqsədli şəkildə dua etməlidir. Oraya getməyə gəldikdə isə buna ehtiyac yoxdur, çünki orada problem döyüşənlərin sayında deyil. Bundan əlavə, təhlükə var ki, oraya (Suriyaya) gedənlər (xəvaric və təkfirçi) qruplaşmaları kimi ola bilər, hansılar ki, İraqdakı müharibəyə getdilər və o səbəblə də orada şər və pislik yayıldı.”