Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

13 min kişinin saqqalı təraş etdirildi – 1700 qadının hicabı çıxardıldı

Yanvar 23
17:26 2016

Tacikistanda Orta Asiya ölkələrindən gələn “radikal islamla mübarizə” iddiası ilə kütləvi saqqal qırxma əməliyyatı başlayıb.

Dövlət agentliyinin məlumatına görə, son həftələr ərzində “ölkəni yad təsirlərdən qorumaq tədbirləri” çərçivəsində polis 13 min kişinin saqqalını qırxıb.

“Sələf Xəbər” Avropa.info-ya istinadən xəbər verir ki, kütləvi saqqal təraşına saqqalları çox uzun yaxud köhnə modalı olması əsas gətirilib.

Bundan əlavə, polis 1700 qadını hicabını çıxarmağa nail olub. Hicab satan 169 mağaza da bağladılıb.

Tacik parlamenti keçən il doğulan uşaqlara ərəbcə adların verilməsini qadağan etmişdi.

Əhalisinin əksəriyyəti müsəlman olan bu ölkədə tək islamçı partiya sayılan “İslami dirçəliş” partiyası da qapadılmışdı.

Sələf Xəbər: Xatırladaq ki, İslam qaydalarına əsasən, hicab müsəlman qadınları üçün mütləq geyimdir.
Uca Allah buyurur: “Ey Peyğəmbər! Zövcələrinə, qızlarına və möminlərin qadınlarına de ki, (naməhrəm yanında) çarşabları ilə örtünsünlər…” (Qurani-Kərim, “Əhzab” surəsi, 59-cu ayə)
Uca Allahdan müsəlmanlara səbir verməsini və bizim hamımıza Tək Ona olan ibadətimizi asanlaşdırmasını diləyirik. Uca Allahın buyurduğu kimi: “Şübhəsiz ki, hər çətinlikdən sonra bir asanlıq gələr!” (Qurani-Kərim, “əl-İnşirah” sürəsi, 5-ci ayə)

Digər xəbərlər