Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

15 milyon zəvvar Məkkəyə ümrə ziyarəti edəcək

Dekabr 02
16:45 2016

Ən azı 15 milyon zəvvarın gələn il iyul ayının 7-nə qədər davam edəcək ümrə ziyarəti üçün Məkkəyə gələcəyi gözlənilir. Səudiyyə KİV-lərinin bildirdiyinə görə, keçən illə müqayisədə Məkkəyə ümrə ziyarəti üçün 3 milyon daha çox zəvvar gələcək.

Selefxeber.az-ın “İslam-Today” -ə istinadən məlumatına görə, hal-hazırda Məkkədə zəvvarları qəbul etmək üçün 1511 otel hazır vəziyyətdədir. Ümumilikdə isə zəvvarlar üçün 220 min otel otağı hazırlanıb.

Xatırladaq ki, daha əvvəl Səudiyyə höküməti krallığın yaxın 10 il üçün nəzərdə tutduğu “Vizion 2030” strateji inkişaf planını təsdiqləyib. Bu planın strateji əhəmiyyətə malik bəndlərindən biri də il ərzində dövlət xəzinəsinə 12 milyard dollar gəlir gətirən Həcc və ümrə sənayesini inkişaf etdirməkdir.

Artıq 2020-ci ildə Səudiyyə Krallığının Həcc və ümrə ziyarətindən qazanılan gəlirinin 53 milyard dollardan çox olacağı gözlənilir.

Sələf Xəbər: Uca Allah buyurur: “Allah üçün həcc və ümrəni tam yerinə yetirin.” (Müqəddəs Quran, “Bəqərə” surəsi, 196-cı ayə).
Muhəmməd peyğəmbər (ona Allahın salavatı və salamı olsun) demişdir: “Bir ümrə, digər ümrəyə qədər baş verən günahların bağışlanması deməkdir” (əl-Buxari)

Digər xəbərlər