15 yaşlı şahid : “Terrorçular Kürd və Azərbaycanca danışırdılar”
Oktyabr 14
16:36
2015
739 dəfə baxılıb
Türkiyənin paytaxtında 97 nəfərin ölümü ilə nəticələnən terror faciəsinin 15 yaşlı şahidi gözlənilməz açıqlamalar verib.
“Sələf Xəbər” “Qafqazinfo”ya istinadən xəbər verir ki, polisə məlumat verən yeniyetmə terrorçuları gördüyünü, hətta bombaları üstlərinə necə bağladıqlarına şahid oluğunu deyib.
Partlayışdan sonra hadisə yerində ağlayarkən tapılan qız terrorçuları məscidin tualetində gördüyünü bildirib. Onun sözlərinə görə, tualetdə olan 4 nəfər kürd və Azərbaycan dillərində danışıb. Elə bu sırada da bombaları üzərlərinə bağlayıblar. Dostları gözünün qarşısında terror qurbanı olan kişik qızın psixoloji durumunun yaxşı olmadığı qənaətinə gəlinib.
Sələf Xəbər: Uca Allah buyurur: “…Kim bir adamı öldürməyən və ya yer üzündə fəsad törətməyən bir şəxsi öldürərsə, sanki bütün insanları öldürmüşdür”. (Qurani-Kərim, “Maidə” surəsi, 32-ci ayə)