Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

197 nəfər sərnişini olan bərə yoxa çıxıb

Fevral 07
17:33 2015

Bərə qeyri-sabit hava şəraitində Şərqi Kalimantan əyaləti sahillərində qəzaya uğrayıb. İndoneziyada göyərtəsində 197 nəfər olan bərə yoxa çıxıb.

“Sələf Xəbər”in “A24.az”-a istinadən verdiyi məlumata görə, bərə ilə əlaqə bir sutkaya yaxındır ki, kəsilib. İlkin ehtimala görə, bərə qeyri-sabit hava şəraitində Şərqi Kalimantan əyaləti sahillərində qəzaya uğrayıb.

Bütün cəhdlərə baxmayaraq, axtarışlar hələ də, nəticə verməyib.

 Sələf Xəbər: Uca Allah buyurur: “İnsanların öz əlləri ilə etdiyi əməllərinin nəticəsi olaraq quruda və dənizdə fəsad törəyir ki, (Allah) onlara, etdiklərinin bir qismini daddırsın. Bəlkə, onlar (haqqa) qayıdalar.” (Qurani-Kərim, “Rum” surəsi, 41-ci ayə)

“Bəlalar, məhrumiyyətlər, xəstəliklər, epidemiyalar və bir çox başqa fəlakətlər insanların başına, onların öz törətdikləri cinayətləri sayəsində gəlir. Allahın insanlarla belə davranması, onların günahlarının cəzasız qalmayacağını və bu bədbəxtliklərin bu dünya həyatında cəzanın yalnız bir hissəsi olduğunu anlamaları üçündür. Belə olduqda, onlar bəlkə də, onlara bu qədər zərər vurmuş əməllərdən əl çəkərlər, özlərini doğruldub, düz yola gələrlər. Pak və Müqəddəs Allah, hətta, sınaq və cəza nazil edəndə də, mərhəmətini və rəhmini nümayiş etdirir. Əgər Onun İlahi rəhmi olmasaydı, onda O (Pak və Müqəddəs Olan), bütün məxluqlarından layiq olduqları qisası alardı və yer üzündə bir canlı məxluq belə qoymazdı”. (Bax: “Təfsir Əs-Saadi”)

Digər xəbərlər