200 minə yaxın adam həccə buraxılmadı
2. 021 dəfə baxılıb
Bu il Həcc mövsümündə Səudiyyə sərhədçiləri həcc icazəsi olmayan 188 747 nəfərin Məkkə şəhərinə girişinə qadağa qoyub.
Məkkə şəhəri polis idarəsinin general-mayoru Səid əl-Qərni bildirib ki, Məkkəyə qanunsuz girməyə çalışan 84 965 nəqliyyat vasitəsi saxlanılıb və geri qaytarılıb.
“Sələf Xəbər”in “Al Arabiya”ya istinadən xəbərinə görə, Səudiyyə hərbiçiləri tərəfindən rəsmi icazəsi olmayan zəvvarları daşıyan 48 mikroavtobus musadirə edilib.
Bundan başqa, yoxlamalar zamanı Səudiyyə hüquq mühafizə orqanlarının əməkdaşları zəvvarları yanlış istiqamətləndirən 22 saxta şəbəkə də aşkar ediblər.
Zəvvarların təhlükəsizliyini təmin etmək və şəhərə icazəsiz girməyin qarşısını almaq üçün 109 təhlükəsizlik mərkəzi və nəzarət məntəqələri quraşdırılıb.
Qeyd edək ki, hər il olduğu kimi, bu il də Həccə həsr olunmuş və dünyanın müxtəlif ölkələrindən 200-dən çox İslam aliminin iştirak etdiyi simpozium keçirilib.
Sələf Xəbər: “Həqiqətən, aləmlərdən ötrü bərəkət və doğru yolu göstərən rəhbər kimi insanlar üçün ilk qurulan ev Bəkkədədir. Orada aydın nişanələr – İbrahimin məqamı vardır. Oraya daxil olanın təhlükəsizliyi təmin olunar. Evi (Kəbəni) ziyarət etmək insanların – yoluna gücü çatan hər kəsin – Allah qarşısında borcudur.” (Müqəddəs Quran, “Ali İmran” surəsi, 96-97-ci ayələr).