Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

200 minlik İslam ordusu təlimə başladı

Fevral 29
16:44 2016

Təlim “Terrora qarşı mübarizə” adlanır.

Türkiyə də daxil olmaqla 20 ölkənin hərbçilərindən ibarət 200 minlik İslam ordusunun ilk təlimi başlayıb.

“Sələf Xəbər” “Report”a istinadən xəbər verir ki, bu haqda “Saudi” qəzeti məlumat yayıb.

Məlumata görə, təlim “Terrora qarşı mübarizə” adlanır. Hərbi manevr Səudiyyə Ərəbistanının şimal-şərqində Hafar-əl Baten bölgəsində keçirilir.

Təlimdə 200 min əsgərlə yanaşı, yüz döyüş təyyarəsi, yüzlərlə quru döyüş maşını cəlb edilib.

Sələf Xəbər: Peyğəmbərimiz (Allahın ona salavat və salamı olsun) daş atmağı qadağan etmiş və demişdir: “(Atılan) daş nə ovu öldürər, nə də düşməni məhv edər. Ancaq göz çıxarar və ya diş sındırar”. (Müslim)
Bu hədisin təfsiri olaraq, XX əsrin böyük İslam alimi şeyx Useymin (Allah ona rəhmət etsin) demişdir: “Bu hədisdən belə nəticəyə gəlirik ki, biz düşmənlə, ona zərər yetirməyən silahlar vasitəsilə vuruşmamalıyıq. Çünki bu ağılsızlıqdır və həlaka səbəb ola bilər. Əksinə, onlarda olan və ya ondan daha yaxşı silahla döyüşmək lazımdır, çünki Uca Allah buyurur: “(Düşmənlərə) qarşı bacardığınız qədər qüvvə və döyüş atları hazırlayın ki, bununla Allahın düşmənini, öz düşməninizi və onlardan başqa sizin bilmədiyiniz, lakin Allahın bildiyi kimsələri qorxudasınız”. (Qurani-Kərim, “Ənfal” surəsi, 60-cı ayə)
Buradan anlayırıq ki, bəzilərinin bu gün İslam və qeyri-islam ölkələrində azsaylı qruplar şəklində, kifayət qədər silaha malik olmadan onlara (düşmənə) qarşı vuruşması, əksinə, onların (düşmənlərin) güclənməsinə və hökmranlıq etməsinə gətirib çıxaracaq. Bundan əlavə, onlar gücləndikdə və möhkəmləndikdə, daha böyük qüvvə ilə müsəlmanlara zərər verəcəklər. Qisas almağa başlayacaqlar və həmin dövlət daha böyük qüvvə ilə digər müsəlmanların üzərinə hücum edəcək, bu isə yalnız ziyan gətirəcək. Ağlı başında olan hər adam bunu anlaya bilər. Şəriətə gəldikdə isə, şəriətdə buna dəlil – Müdriklərin ən Müdriki olan Allahın hikmətli ayələridir. Axı Allah, Məkkədə ikən müsəlmanlara vuruşmağı, cihad etməyi əmr etmədi, buna icazə vermədi. Yalnız onlar Mədinəyə köçdükdən və güc topladıqdan, dövlət qurduqdan sonra icazə verdi. Odur ki, insan, belə işlərə əl atmazdan əvvəl fikirləşməli, götür-qoy etməlidir. Düşünməlidir ki, nəticə necə olacaq, fayda gətirəcək, yoxsa zərər?” (Bax: “Şərh Büluğul-Məram)

Digər xəbərlər