Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

2015-ci ildə Suriyada 55 mindən çox insan ölüb

Yanvar 02
17:29 2016

Ölənlər arasında 21 min mülki şəxs, həmçinin 2574 uşaq var.
2015-ci ildə Suriyada 55 min 219 nəfərin ölümü sənədlərlə əsaslandırılıb.

“Sələf Xəbər” “Report”a istinadən xəbər verir ki, bu barədə Suriya İnsan Haqlarına Riayət Olunmasının Monitorinqi Mərkəzi məlumat yayıb.

Ölənlərin, təqribən 21 min nəfəri mülki şəxs, həmçinin 2 min 574 nəfəri uşaqlardır.
Eləcə də, ölənlər arasında 16 mindən çox İŞİD, “Nüsra cəbhəsi” və digər terror təşkilatlarına daxil olan müxtəlif vətəndaşlıqlı və milliyətli yaraqlı var.

Suriyanın hökumət qüvvələri il ərzində 8 min 800 əsgər itki verib.
Mərkəzin qiymətləndirmələrinə görə, Suriyada münaqişə tərəflərinin müxtəlif fəaliyyətlərinin real qurbanlarının sayı sənədləşdirilməsi mümkün olan rəqəmdən 12 min çoxdur.

Sələf Xəbər: Nüfuzlu alim Əbdül Mühsin əl-Abbada (Allah onu qorusun) “Suriyada cihad varmı və oraya cihada getmək icazəlidirmi?” sualı verildi.
Şeyx cavab verdi: “Həqiqətən Suriya əhalisinin onlar üçün edilən duaya daha çox ehtiyacı vardır. Hər kəs onlar üçün məqsədli şəkildə dua etməlidir. Oraya getməyə gəldikdə isə buna ehtiyac yoxdur, çünki orada problem döyüşənlərin sayında deyil. Bundan əlavə, təhlükə var ki, oraya (Suriyaya) gedənlər (xəvaric və təkfirçi) qruplaşmaları kimi ola bilər, hansılar ki, İraqdakı müharibəyə getdilər və o səbəblə də orada şər və pislik yayıldı”.

Digər xəbərlər