2017-ci ilin müsəlman şəxsi seçilib
1. 886 dəfə baxılıb
Dubay Beynəlxalq Quran mükafatı Təşkilat Komitəsi 2017-ci ildə iyirmi birinci mükafatın təqdimi çərçivəsində Səudiyyə Ərəbistanı Kralı Salman ibn Əbdüləzizin ilin müsəlman şəxsi seçildiyini elan edib.
Selefxeber.az-ın “SPA“ya istinadən xəbərinə görə, ilin müsəlman şəxsi adına layiq görülmə tədbiri təşkilat komitəsi tərəfindən Dubay Ticarət və Sənaye Palatasının konfrans zalında keçirilib.
Konfransda iştirak edən Dubay əmirinin mədəni və humanitar məsələlər üzrə müşaviri, təşkilat komitəsinin sədri İbrahim Muhamməd Əbu Melh çıxışı zamanı bildirib : “Biz qürur hissi ilə elan edirik ki, İki Müqəddəs Məkanın Xadimi, Kral Salman ibn Əbdüləziz bu ilin müsəlman şəxsi adına layiq görülüb. Salman ibn Əbdüləziz İslam icmasının fəxr etdiyi tarixi liderlər və mütərəqqi insanlar arasında aparıcı mövqedə olan bir şəxsdir. O, nəcib keyfiyyətlərə sahib olan, İslam şəriətinin buyurduğu qaydaları reallaşdıran bir liderdir və dünyanın hər yerində müsəlmanların xeyri üçün göstərdiyi yüksək xidməti vəzifələrə görə bu mükafata layiq görülüb”.