Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

4 müsəlman ölkəsi dünyanın 10 ən zəngin dövləti sırasındadır

Avqust 18
16:43 2014

“Sələf Xəbər” umma.ua saytına istinadən xəbər verir ki, 2014-cü il üçün dünyanın 10 ən zəngin ölkəsi sırasında 3 ərəb dövləti də yer alıb.

Maktoob nəşri ölkənin hər bir nəfərinə düşən Ümumi Daxili Məhsulun (ÜDM) paylanmasına əsasən dünyanın ən zəngin ölkələrinin reytinqini tərtib edib. Bu göstəriciyə əsasən dünyanın ən zəngin ölkəsi Qətərdir.

Bu dövlətdə hər bir vətəndaşın payına 102,769 min dollar düşür.
Reytinqin 8 və 10-cu mövqelərini müvafiq olaraq BƏƏ və Küveyt tutub.

Bütövlükdə isə reytinq aşağıdakı kimidir:
1. Qətər – 102,769 min dollar.
2. Lüksemburq – 80,679 min dollar.
3. Sinqapur – 60,833 min dollar.
4. Norveç – 55,265 min dollar.
5. Honkonq – 50,709 min dollar.
6. Bruney – 48,714 min dollar.
7. ABŞ – 49,820 min dollar.
8. BƏƏ – 48,992 min dollar.
9. İsveçrə – 45,286 min dollar.
10. Küveyt – 43,846 min dollar.

 Sələf Xəbər: Uca Allah buyurur: “Əgər şükür etsəniz, sizə (olan nemətimi) artıraram, yox əgər nankorluq etsəniz, (bilin ki,) Mənim əzabım şiddətlidir”. (Müqəddəs Quran, “İbrahim” surəsi, 7-ci ayə)

“Allaha şükr edən hər kəs, daha artıq nemətə nail edilir. Əksinə, kim ki, Allahın xeyirxahlığına naşükürlük göstərirsə, özünü sərt cəzaya məhkum edir ki, bunun da bir qismi – Allahın mərhəmətindən məhrum olmadır. Allaha minnətdarlıq bildirmək, yəni şükr etmək üçün bütün qəlbi ilə Onun mərhəmətini etiraf etməli, əta etdiyi nemətlərə görə Ona həmd etməli və onlardan ancaq Allah xatirinə həyata keçirilən məqsədlər üçün istifadə edilməlidir. İnsan belə etmədikdə, o, naşükür bəndə hesab olunur.” (Bax “Təfsir Əs-Saadi”)

Digər xəbərlər