Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

4 ölkədə zəlzələ baş verib

Noyabr 23
14:58 2015

Əfqanıstan və Tacikistan sərhədində gecə saatlarında güclü zəlzələ baş verib.

“Sələf Xəbər” Teleqraf.com-a istinadən xəbər verir ki, zəlzələnin gücü Rixter şkalası ilə 6,2 bal göstərilib. Rəsmi məlumatlara görə, zəlzələ qonşu Pakistan və Çində də hiss edilib.

İlkin məlumatlarda hadisə zamanı ölən və ya xəsarət alanın olmadığı bildirilib.

Sələf Xəbər: Uca Allah buyurur: “İnsanların öz əlləri ilə etdiyi əməllərinin nəticəsi olaraq quruda və dənizdə fəsad törəyir ki, (Allah) onlara, etdiklərinin bir qismini daddırsın. Bəlkə, onlar (haqqa) qayıdalar”.
(Qurani-Kərim, “Rum” surəsi, 41-ci ayə)

Xatırladaq ki, zəlzələlərin tez-tez baş verməsi Qiyamət gününün əlamətlərindən biridir. Məhəmməd peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “Zəlzələlər çoxalmayana qədər Qiyamət qopmaz”. (əl-Buxari)

Digər xəbərlər