Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

47 nəfər xristian islamı qəbul etdi

Noyabr 02
19:40 2015

“Sələf Xəbər”in twasul.info saytına istinadən məlumatına görə Səudiyyə Ərəbistanı ər-Riyad şəhərinin şimalında fəaliyyət göstərən “Dəvət və Təbliğ” təşkilatı ötən cümə günü böyük uğur əldə etmişdir. Təşkilatın qeyri-müsəlmanlarla keçirdiyi dəvət-təbliğat forumu nəticəsində 47 nəfər Filippinli islamı qəbul edib.

Təşkilat rəhbərinin müavini Əbdülhəkim əl-Casir deyir ki, forum şirkət işçiləri üçün mədəni və idman proqramlarından ibarətdir. Şirkətin işçilərini foruma dəvət etmək üçün ilk öncə şirkət rəhbərliyindən icazə alınır, daha sonra foruma dəvət edilirlər.

Forum çərçivəsində müxtəlif idman proqramları, mədəni tədbirlər və müsabiqələr keçirilir. Eyni zamanda İslam haqqında tanışlıq, onun gözəllikləri, xüsusiyyətləri, namaz, dəstəmaz və digər dini hökmlər haqqında qısa məlumat verilir.

Sələf Xəbər: Uca Allah buyurur: “(İnsanları) Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır.” (Müqəddəs Quran, “Nəhl” surəsi, 125-ci ayə)

“Ey Məhəmməd! Əgər sən insanları, ya istər müsəlman, ya da kafir olsun, Rəbbinin düz yolu ilə getməyə çağırırsansa, onda faydalı biliklərə və saleh əməllərə istinad et. Sənin təbliğatın ibrətamiz olmalıdır, çünki sən hər bir şəxslə onun vəziyyətini, eşitdiyini qavramaq qabiliyyətini və haqqa sözü və əməli ilə tabe olmaq hazırlığını nəzərə alaraq söhbət etməlisən.
Təbliğatının müdrikanə olması üçün qəti biliklərə yiyələnməyin tələb olunur və sən cahillərə bənzəməməlisən. İslama dəvəti insanların başa düşə biləcəyi və mənimsəyəcəyi ən mühüm məsələlərdən başlamalısan. İnsanlar mehribanlıqla və xeyirxahlıqla yanaşmalısan ki, onlar haqqı asanlıqla qəbul edə bilsinlər.” (Bax “Təfsir Əs-Saadi”)

Allahın Elçisi (Allahın ona salavat və salamı olsun) demişdir: “Əlbəttə, yumşaqlıq (hansı) bir şeydə olsa, onu gözəlləşdirər. Və nədən getsə, onu alçaldar.” (Muslim).

Digər xəbərlər