Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

50 min soydaşımız aclıqdan ölmə təhlükəsi ilə üz-üzədir

Yanvar 27
19:22 2016

Xüms vilayətinin 6 bölgəsində 50 mindən artıq türkmən aclıqdan ölə bilər.

“Sələf Xəbər” Axar.az-a istinadən xəbər verir ki, son 5 il ərzində türkmənlərin bir qismi Livan düşərgələrinə gedə bilsə də, əhalinin əksəriyyəti hökumət qüvvələri ilə terrorçular arasında gedən qarşıdurmaların ortasında yaşamaq məcburiyyətindədir.

Ötən ilin sentyabrından başlayan Rusiya hücumları türkmənlərin vəziyyətini bir qədər də çətinləşdirib. Region həkim, dərman və xəstəxana imkanlarından məhrumdur. Ayrıca, kəndlərdəki qida anbarları çoxdan tükənib. Aclıq və susuzluğun davam etdiyi bölgədə yolxucu xəstəliklər yayılmaqdadır.

Xümsdə yaşayan türkmənlər hökumətin onlardan ərazidən çıxmağı tələb etdiyini deyir.

“Suriyanı tərk edin, mühasirəni dayandıraq”, – deyən rejim qüvvələri türkmən bölgələrinə şiə və nüseyrilərin yerləşdiriləcəyini bildirib.

Sələf Xəbər: Uca Allahdan müsəlmanlara kömək etməyini və cinayətkarları cəzalandırmağını diləyirik!

Digər xəbərlər