500 000 fələstinli uşaq məktəbə getməyəcək
881 dəfə baxılıb
“Sələf Xəbər” islam-today.ru saytına istinadən xəbər verir ki, fələstinli uşaqların bir hissəsi növbəti tədris ilini sığınacağa çevrilmiş məktəblərə başlayıb. Bununla belə, İsrailin Qəzza zolağında apardığı müharibə yarım milyon fələstinli uşağı məktəb üzünə həsrət qoyub.
YUNİCEF-in bəyanatında deyilir: “Münaqişədən ən çox zərər görmüş ərazidə dərslər keçirilməyəcək. Beləliklə, 500 min məktəbli uşaq təhsil almaq hüququndan məhrum olacaqdır.”
Uşaqlar, ailələri ilə BMT-nin himayəsində olan məktəblərə sığınmağa məcbur olub. 11 yaşlı Amin Əl-Kilani deyir: “Mən məktəbdə yaşamaq istəmirəm. Mən burada dərs keçib, evə qayıtmaq istəyirəm”. İsrail Qəzza zolağının şimal hissəsində yerləşən Beyt-Xatun adlı ərazini atəşə tutduqdan sonra, o, ailəsi ilə birlikdə oradakı evindən qovulub.
Qeyd edək ki, YUNİCEF-in məlumatına əsasən, 330 000 yaxın fələstinli daxili köçkün 103 məktəbə sığınıb, onlardan 50%-i uşaqlar təşkil edir.