8 minlik türk ordusu Suriyaya girməyə hazırlaşır
1. 256 dəfə baxılıb
“Fərat qalxanı” hərəkatı çərçivəsində Türkiyənin 8 min nəfərlik ordusu Suriyaya girə bilər.
Selefxeber.az-ın məlumatına görə, “Axar.az” Yeni Şəfəq-ə istinadən xəbər verir ki, yaxın vaxtlarda başlayacaq genişmiqyaslı hərbi əməliyyatlarda əsas aparıcı qüvvə türk ordusu olacaq. Azad Suriya Ordusu (ASO) isə lazım gəldikdə əməliyyatlara dəstək verəcək.
Məlumata görə, hərbi əməliyyatların vaxtı bir dəfə təxirə salınıb. Buna səbəb isə Akil dağı bölgəsində 14 hərbçinin itirilməsi olub.
Türkiyə ordusunun Baş Qərargahı əməliyyat üçün bütün hazırlıqları tamamlayıb.
Qeyd edək ki, hazırda “Fərat qalxanı” hərəkatına 3 min hərbçi cəlb olunub.
İŞİD xəvaric terror qruplaşmasının bölgədə müdafiə tədbirləri gördüyü deyilir. Əldə olunan məlumata görə, terrorçular Fərat çayından Hələbə gedən əsas su borusunu partladaraq türk tanklarının qarşısını almağa çalışacaq.
Baş Qərargah tərəfindən hazırlanan son planına əsasən, əməliyyatda iştirak edəcək hərbçilərin böyük əksəriyyəti xüsusi təyinatlı qüvvələrdən təşkil ediləcək.
ASO-dan bölgəni yaxşı tanıyan təlim görmüş 100 silahlı əməliyyatlara cəlb olunacaq.
Sələf Xəbər: Mədinənin böyük alimi Şeyx Əbdül Muhsin Əl-Abbad (Allah onu qorusun) “Bir çoxları deyir ki, hal-hazırda mövcud olan İslam Dövləti (İŞİD) xəvariclərdir. Bu doğrudurmu?” sualına belə cavab vermişdir:
“Şübhəsiz ki, belədir. Onların sifətləri və əməlləri dəlildir ki, onlar xəvaricdir.
Bu İslam dövləti deyil, İŞİD-dir. Onları İŞİD adlandırmaq lazımdır. Bu ad onlar üçün daha münasibdir. Məgər İslam dövlətində insanların başını bıçaqla kəsirlər? Məgər İslam dövlətində fəsad yayılır və günahsız insanlar qətlə yetirilir? Xülasə, onların (İŞİD-in) İslama aidiyyəti yoxdur.”