Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

90 yaşlı malayziyalı 10 il qəpik-qəpik pul toplayıb “Həcc” arzusuna qovuşdu – VİDEO

Sentyabr 09
16:25 2016

Telekanallardan biri 92 yaşlı malayziyalı hacı haqqında maraqlı reportaj təqdim edib. 10 ildir ki, həcc etmək üçün pul toplayan 92 yaşlı kişi nəhayət öz istəyinə nail ola bilib.

Selefxeber.az-ın Akhbaar24.com saytına istinadən məlumatına görə çobançılıq edərək pulunu qəpik-qəpik toplayan Yasu Əhməd SkyNyus telekanalına müsahibəsində, orta məktəb oxumadığını və dünyəvi təhsil almadığını bildirib. Lakin bu halı dinini öyrənməsinə mane olmayıb. Həcc üçün tələb olunan məbləği toplayan ahıl kişi həcc turizmi ilə məşğul olan şirkətə müraciət edib. Kişinin yaşını nəzərə alan şirkət onun üçün növbədənkənar həcc ziyarəti təşkil etmişdir.

Kişi həcc ibadətini yerinə yetirməkdə ona yardımçı olsun deyə 40 nəvəsindən birini də özü ilə həccə gətirmişdir.

🎬

Sələf Xəbər: Bu gün bir çox müsəlmanın var-dövlətinin sayı-hesabı olmadığı halda, həcc ibadətini yerinə yetirmək haqqında əsla düşünmürlər. Biz onları Yasu Əhməd kimi insanlara baxıb ibrət almağa dəvət edirik.
Uca Allah buyurur: “Ey iman gətirənlər! Nə mallarınız, nə də övladlarınız sizi Allahın zikrindən yayındırmasın! Bunu edənlər ziyana uğrayanlardır. Sizlərdən birinə ölüm gəlib: “Ey Rəbbim! Mənə bir az möhlət ver ki, sədəqə verib əməlisalehlərdən olum!”– deməmişdən əvvəl sizə verdiyim ruzidən xərcləyin. Allah əcəli çatmışlara əsla möhlət verməz. Allah sizin nələr etdiyinizdən xəbərdardır.” (Müqəddəs Quran, “Munafiqun” surəsi, 9-11-ci ayələr).

Digər xəbərlər