ABŞ-da məscidin tikintisinə haqsız qadağa qoyuldu
721 dəfə baxılıb
ABŞ-ın Miçiqan ştatında Sterlinq Heyts şəhərinin müsəlman icmasının liderləri federal məhkəməyə iddia ərizəsi göndəriblər. Onlar ərizədə şəhər rəhbərliyinin müsəlman icmasının məscid tikmək üçün icazəsinə imtina etməklə, onların konstitusiya hüquqlarını pozduğunu ifadə ediblər. Hadisə ilə əlaqədar ABŞ-ın Ədliyyə Departamenti istintaq aparır.
“Sələf Xəbər”in xarici mənbələrə istinadən xəbərinə görə, müsəlman təşkilatları bu həftə Detroyt Rayon Məhkəməsində hadisəylə bağlı iddia qaldırıb. İddiaya səbəb olaraq, Sterlinq Heyts şəhər şurası planlaşdırma komissiyasının məscidin inşa layihəsinin təsdiqinə imtina etməsi göstərilib.
Müsəlmanlar əminliklə bildiriblər ki, şəhər hakimiyyəti onlara qərəzli mövqe tutmaqla yanaşı, onların hüquqlarını da pozmuş olur. Çünki ibadət evlərinin tikilməsi konstitusiya qanunlarına zidd deyil.
Müsəlman İcması adından iddia ərizəsi göndərən vəkil Azzam Elder isə qeyd edib ki, əslində məscidin inşaasına etirazın səbəbi ölkədə anti-müsəlman fanatizminin alovlandırılmasıdır:
“Amerika tarixində bir zamanlar yəhudilərə, almanlara, yaponlara, qaradərililərə və Amerikada yaşayan diğər milli azlıqlara qarşı təzahür edən anti – cərəyanlar indi də müsəlmanlara qarşı özünü büruzə verir. Lakin biz əminik ki, zamanla anti-müsəlman fanatizmi və cərəyanları başqalarında olduğu kimi öz mahiyyətini itirəcək”.
Miçiqan prokurorluğu da Ədliyyə Nazirliyinin hadisə ilə əlaqədar olaraq müstəqil instintaq apardığını təsdiqləyib.
Sələf Xəbər: Uca Allah buyurur: “Allahın məscidlərində Onun adının zikr edilməsinə maneçilik törədənlərdən və onların viranə qalmasına çalışanlardan daha zalım kim ola bilər? Əslində onlar oraya qorxa-qorxa daxil olmalı idilər. Onlar üçün dünyada rüsvayçılıq, axirətdə isə böyük bir əzab vardır.” (Müqəddəs Quran, “Bəqərə” surəsi, 114-cü ayə).
“Əgər ən böyük qanun pozanlar məscidlərdə Allahın adını zikr etməyi qadağan edən günahkarlardırsa, ən ləyaqətli möminlər, maddi və mənəvi cəhətdən məscidləri quranlardır. Məhz buna görə, Uca Allah buyurur: “Müşriklər küfr etdiklərini bildikləri halda, (onlara) Allahın məscidlərini abadlaşdırmaq yaramaz. Onların əməlləri puça çıxmışdır. Onlar Odda əbədi qalacaqlar. Allahın məscidlərini yalnız Allaha və Axirət gününə iman gətirən, namaz qılan, zəkat verən və Allahdan başqa heç kəsdən qorxmayanlar abadlaşdırar. Ola bilsin ki, onlar doğru yolla gedənlərdən olsunlar” (Müqəddəs Quran, “Tövbə” surəsi, 17-18-ci ayələr). Bundan əlavə, Allah məscidlər ucaltmağı, onlara hörmət bəsləməyi və abadlaşdırmağı əmr edib. Allah buyurur: “(Bu nur) Allahın, tikilib ucaldılmasına və içində Öz adının zikr edilməsinə izn verdiyi evlərdədir. Orada səhər-axşam Ona təriflər deyirlər” (Müqəddəs Quran, “Nur” surəsi, 36-cı ayə). Məscidlərə, adı çəkilən gözəl ayələrdə məğzi şərh olunan bir çox dini ehkamlar şamil olunur” (Bax “Təfsir Əs-Saadi”).