ABŞ-da qətlə yetirilmış gəncin atası belə dedi…
909 dəfə baxılıb
“Sələf Xəbər” “əl-Cəzira” kanalına istinadən xəbər verir ki, Şimali Amerikanın Karolina vilayətinin Chapel Hill şəhərində baş verən vəhşi cinayətin qurbanlarından biri olan Ziya Bərəkətin atası Nəmi Bərəkətin dediyinə görə, bu hadisə şəkk yoxdur ki, ərəb müsəlmanlarına qarşı olan cinayətdir.
O, Chapel Hill şəhərindəki evindən “əl-Cəzira” kanalına verdiyi müsahibəsində deyib:
“Amerika polisinin yaydığı kimi bu cinayət maşın saxlamaq üstündə törədilməyib. Bir insanın məhz evə daxil olaraq 3 günahsız şəxslərə atəş açması dəlildir ki, bu hadisənin maşın saxlamağa aidiyyatı yoxdur. Bu sırf İslama qarşı olan düşmənçilikdir. Bu cinayətkar kişi dəfələrlə evə daxil olaraq deyirmiş ki, “mənim gözüm hicab taxanları götürmür”.
Hətta, o, öz Facebook səhifəsində dinə nifrət etdiyini bildirən ifadələr də yazıb. O, bir neçə dəfə oğlum və onun həyat yoldaşı evdə olarkən evə hücum da edib. Ziya, Yusr və Razən çox gözəl insan idilər. Ürəkləri xeyirxahlıq, əliaçıqlıq və hər bir xeyirlə dolu idi”.
Qeyd edək ki, 46 yaşlı Craig Stephen Hicks bu həftənin Çərşənbə axşamı gecəsi 23 yaşlı Nəmi Bərəkəti, onun 21 yaşlı həyat yoldaşı Yusr Məhəmmədi və Yusrun 19 yaşlı bacısı Razən Məhəmmədi qətlə yetirərək özünü polisə təslim etmişdir.
Qətl edilmiş iki gənc qızın atası Əbu Salehənin dediklərinə görə, cinayətkar gəncləri başlarının arxasından güllə ilə vurmadan öncə onları üzü üstə yerə uzanmağa məcbur edib.
Allah-Təala onlara rəhmət etsin…
Sələf Xəbər: Uca Allah buyurur: “Allaha və Onun Elçisinə qarşı müharibə edənlərin və yer üzündə fitnə-fəsad törətməyə səy göstərənlərin cəzası ancaq öldürülmək, ya çarmıxa çəkilmək, ya da əl və ayaqlarını çarpazvari kəsmək, yaxud da yaşadıqları yerdən sürgün edilməkdir. Bu, onlar üçün dünyada bir rüsvayçılıqdır. Axirətdə isə onları böyük bir əzab gözləyir”. (Qurani-Kərim, “Maidə” surəsi, 33-cü ayə)