Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

ABŞ-ın 2300 zirehli maşını İŞİD-in əlində

İyun 02
16:14 2015

İraqın Baş naziri Heydər əl Abadi bildirib ki, İŞİD terror xəvaric qruplaşması ötən il Mosul şəhərini tutarkən ABŞ istehsalı olan çox sayda silah və 2300 ədəd zirehli “Humvee” avtomobili ələ keçiriblər.

“Sələf Xəbər” Radikal.com.tr-yə istinadən xəbər verir ki, İraq ordusunun bu zirehli ciplərini ələ keçirməsi İŞİD terror xəvaric qruplaşmasının hərbi əməliyyatlarını daha da artırıb və ona uğur gətirib.

İŞİD terror xəvaric qruplaşması “müharibə qəniməti” kimi ələ keçirdiyi yüksək texnologiyalı döyüş vasitələri ilə İraq və Suriyada yeni torpaqları işğal etmək üçün istifadə edir.

Sələf Xəbər: Şeyx Məhəmməd əl-Mədxəli (Allah ona rəhmət etsin) buyurmuşdur: “Cihad haqqında onun şərtlərini, qaydalarını bilən alimlər danışa bilər. İŞİD terror xəvaric qruplaşmasının etdiyi cihad yox, fitnədir”.

Digər xəbərlər