ABŞ müsəlmanları da ölülərini şəriət qaydaları ilə dəfn edə bilmirlər
723 dəfə baxılıb
Amerika Birləşmiş Ştatları prezidenti Barak Obamanın dəfələrlə müsəlmanları Ağ Evə dəvət etməsinə və onlara qarşı müsbət münasibətdə olduğunu bildirməsinə baxmayaraq, müsəlmanlar bu gün də bir çox çətinliklərlə üz-üzə qalır.
ABŞ-ın bir çox ştatlarında fəaliyyət göstərən müsəlman icmaları yeni qəbirstanlıq sahələri salmaq istədiyi zaman yerli əhali və hakimiyyət orqanlarının etirazı ilə qarşılaşırlar.
Belə hadisələrin biri Massaçuset ştatının şəhərində yerli müsəlman icması müsəlmanlar üçün yeni qəbirstanlıq salmaq istədiklərini bildirdikləri zaman baş verib. Müsəlman icması uzun müddət fəaliyyət göstərməyən köhnə südçülük təsərrüfat sahəsinin yerləşdiyi boş sahədə qəbirstanlıq salmağı planlaşdırılıb. Bu ərazidə 500 ailəni məzar yeri ilə təmin etmək mümkündür.
Lakin yerli fəallar planlaşdırılan qəbirstanlığa maneə törətmək üçün hay-küy qaldırıblar. Onlar müsəlmanların tabutsuz basdırılması səbəbiylə yeraltı suların çirklənməsi, vandalizmin artacağı, dar yollarda nəqliyyat vasitələrinin çoxluğunun tıxac yaradacağı kimi əsassız bəhanələr gətirərək, onlara hər vasitə ilə mane olmağa çalışırlar.
Yerli sakinlərdən biri isə müsəlmanların ibadət zamanı eşitdiyi “şiddətli musiqi” səsindən olduqca həyəcanlanaraq qorxuya düşdüyünü də qeyd edib. Daha sonradan məlum olub ki, “şiddətli musiqi” ifadəsi altında o azan səsini nəzərdə tuturmuş.
Onu da qeyd edək ki, ABŞ-ın Texas, Pensilvaniya və Minnesota ştatlarında müsəlman qəbirstanlığı salmaq istəyən müsəlman icmaları da oxşar vəziyyətlərlə üzləşirlər.
Mənbə: CBC News