ABŞ müsəlmanları: “Terrorizm bizi alçaldır və təhqir edir”.
747 dəfə baxılıb
ABŞ-ın Luiziana ştatının Baton Ruj şəhərinin 25 nəfər müsəlman sakini, xristianların suallarını cavablandırmaq və islam dini haqqında yanlış fikirlərə aydınlıq gətirmək məqsədilə şəhər kilsəsində çıxış ediblər.
Təşkil olunan tədbirdə müsəlmanlarla görüşmək üçün şəhər kilsəsinə iki yüz nəfərdən çox xristian toplaşıb.
Baton Ruj İslam Mərkəzinin sədri Emad Nofəl çıxışında bildirib:
“Biz terrorçuların fəaliyyəti nəticəsində İslam dini haqqında bütün dünyaya işıq sürətilə yayılan yanlış fikirləri yox etmək istəyirik. Çünki insanlar televizordan eşitdikləri məlumatın etibarlı mənbələrdən əldə olunub-olunmaması ilə maraqlanmırlar. Bizim də bu tədbiri təşkil etməkdə məqsədimiz odur ki, insanlara müsəlmanlar haqqında doğru məlumat verək. Dünyada milyard yarımdan çox müsəlman var. Bizi bir ovuc terrorçularla eyni sıraya qoymaq doğru deyil. Nə üçün onların cinayətlərinə görə bütün müsəlmanlar məsuliyyət daşımalıdır?”.
Tədbirdə çıxış edən müsəlmanlar halal qidalanmadan tutmuş möminlərdən tələb olunan şəriət ayinləri də daxil olmaqla müxtəlif dini mövzularda çıxış edərək dinləyiciləri məlumatlandırıblar.
Mənbə: Islam-today
Sələf Xəbər: İslam şəriəti ədalətlidir
İslam şəriəti öz əsasında, məsləkində, kamilliyində və hökmlərində Rəbbani şəriətdir. O, ötən şəriətlər üzərində hakimdir və Qiyamət qopanadək daima qalacaqdır. Ona görə də onun bütün hökmləri orta və ədalətlidir. Bu haqda Allah taala buyurur:
“(Ey müsəlmanlar!) Beləliklə də, sizi (ədalətli və seçilmiş) bir ümmət etdik…” (əl-Bəqərə: 143).
Bəzi alimlər deyirlər: “Allah onları dində orta yol tutduqlarına görə adil adlandırmışdır. Onlar nə həddini aşan, nə də qayğısız deyillər, onlar ədalətlidirlər. Allah onları belə təsvir etmişdir. Çünki Allahın ən çox sevdiyi iş, ədalətli işdir”.
Yuxarıdakı ayənin ərəbcəsində keçən “vəsət” sözü, ərəb dilində xeyir mənasını daşıyır. Buna görə də bir nəfəri tərifləmək üçün misal olaraq: “Filankəs öz tayfası arasında vəsətdir (ədalətli və ortamövqelidir)” – deyirlər. Bu baxımdan vəsət sözü adillik və ortamövqelilik mənası ilə açıqlanmışdır. Çünki insanların ən xeyirlisi adıl olanıdır.
Qanun və düsturların tətbiqində adil, orta mövqeli olmaq asan iş deyil. Qanun və düstur qoyan bəşər övladları orta mövqe tutmaqda acizlik çəkirlər. Onlardan bəziləri tam sol tərəfə, bəziləri isə tam sağ tərəfə yönəlirlər. İslam şəriəti bu yöndə tayı-bərabəri olmayan, yeganə mövqe tutur. Onun müəyyən etdiyi işlərdə nə ifratçılıq (həddini aşmaq), nə də laqeydlik vardır. Əksinə o, adillikdən əsla üz döndərməyən ortamövqeli və ədalətli şəriətdir.
Bu bir sübut edir ki, adil və orta mövqeli qayda-qanun yaratmağa yalnız İslam şəriəti qadirdir. Çünki bu şəriət Allah tərəfindən nazil olunmuşdur. Allah, hər şeyin haqqını doğru hesaba alan, əməlləri dəqiq tərəzidə çəkən, hər şeyi saya-hesaba alan, heç bir şeyi faydasız yaratmayan, naqis və eyibli sifətlərdən uzaq olandır. Elə buradan da, İslam şəriəti ortamövqeliliklə vəsf olunmuşdur. İslam şəriətinin ədalətli olması, naqis məxluqun təsəvvür etdiyi kimi deyil, Allah taalanın istəyinə uyğun, adil olmasıdır. Orta: həddi aşmadan adil, naqislik olmadan ədalətli olmaqdır.
Bəzi alimlər deyirlər: “Orta: dairənin mərkəzi kimi, tərəf nisbətlərinin özünə bərabərməsafəli olmasıdır. İfrat (həddini aşmaq) və təfrit (laqeydlik) baxımından, hər tərəfdən özünü əhatə etmiş pis işlərin ortası olan bu yaxşı işlər, sonralar bəşəriyyətin gözəl işlərinə bir ad olaraq verilmişdir”.