Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

ABŞ qoşunları Əfqanıstandan çıxacaqlar

Dekabr 26
17:07 2014

Barak Obama: “Qarşıda dünyanın bir çox yerlərində, o cümlədən İraqda həyata keçiriləcək mürəkkəb missiyalar durur”

ABŞ Əfqanıstandakı hərbi missiyasını gələn həftə başa çatdıracaq.

“Sələf Xəbər”-in APA-ya istinadən xəbərinə görə, bunu ABŞ prezidenti Barak Obama hərbçilərlə görüşündə bildirib.

“Biz 13 ildir fasiləsiz olaraq müharibə vəziyyətindəyik” – deyən prezident qeyd edib ki, Vaşinqton və Nyu-Yorkda baş verən terror aktlarına cavab olaraq 2001-ci ilin oktyabrında Əfqanıstanda başlayan əməliyyat gələn həftə sona çatacaq: “İnanıram ki, amerikanların kampaniyası nəticəsində əfqanların öz ölkələrini bərpa etmək şansı yaranıb, ABŞ-da isə təhlükəsizlik səviyyəsi yüksəlib”.

Bununla belə, B.Obama əlavə edib ki, qarşıda dünyanın bir çox yerlərində, o cümlədən İraqda həyata keçiriləcək mürəkkəb missiyalar durur.

Qeyd edək ki, dekabrın 7-də NATO-nun da Əfqanıstandakı missiyası başa çatıb. Dekabrın ortalarında B.Obama bildirib ki, 2015-ci ildə Əfqanıstan və İraqda 180 min nəfərlik hərbi kontingent 15 min nəfərədək azaldılacaq.

“Əgər onlar sülhə meyl etsələr, sən də ona meyl et və Allaha təvəkkül et! Həqiqətən, O, Eşidəndir, Biləndir.”

Qurani-Kərim, “Ənfal” surəsi, 61-ci ayə

Digər xəbərlər