Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

ABŞ qüvvələri İŞİD liderini öldürüb

Mart 09
18:27 2016

ABŞ qüvvələri İŞİD terror xəvaric qruplaşmasının liderlərindən olan Əbu Omar aş-Şişanini zərərsizləşdirib.

“Sələf Xəbər”in Lent.az-a istinadən verdiyi məlumata görə, faktı Pentaqon da təsdiqləyib.

ABŞ Müdafiə Nazirliyinin mətbuat katibi Pter Kuk bildirib ki, əsl adı Tarxan Batiraşvili olan gürcü əsilli terrorçu 4 mart tarixində Suriyanın Əş-Şaddad şəhərinə endirilən aviazərbələr zamanı məhv edilib.

Piter Kuk əlavə edib ki, əş-Şişaninin ölümü İŞİD terror xəvaric qruplaşmasının Qafqaz regionundakı tərəfdarlarının vəziyyətini çətinləşdirəcək.

Sələf Xəbər: Yolunu azmış radikal firqələr yanlışlıqla güman edir ki, İslamın hədəfi qeyri-müsəlmanların məhvi yolu ilə islam dövlətinin yaradılmasıdır. Lakin bu İslamın hədəfi deyildir. İslam insanlara tövhidi öyrədərək və onlara yaxşılıq etməyi əmr edərək onlara Haqqın sözünü çatdırmaq üçün gəlib.

Cihada gəlincə, bu Allaha ibadətin növlərindən biridir və onun öz şərtləri var. Cihadın məqsədi İslamın müdafiəsi və fəsadın qarşısını almaqdır.

Şübhə yoxdur ki, terror aktları, o cümlədən intiharçıların törətdikləri partlayışlar, nəticəsində dinc insanların həlak olması özü-özlüyündə artıq fəsaddır və bunu heç cür cihad adlandırmaq olmaz.

Digər xəbərlər