ABŞ Türkiyədən Suriya ərazisinə hava zərbələri endirməyə başlayıb
Avqust 06
17:08
2015
732 dəfə baxılıb
ABŞ Türkiyədən Suriya ərazisinə ilk hava zərbələri endirib.
“Sələf Xəbər” APA-ya istinadən xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.
Türkiyə iyulda ABŞ-a özünün hərbi bazalarından İŞİD terror xəvaric qruplaşmasının Suriyadakı mövqelərini bombardman etməyə icazə verib. Həmçinin iki ölkə Suriya hökumət qoşunları və “Cəbhət ən Nüsrə” qruplaşması tərəfindən sıxışdırılan müxalif qüvvələr üçün “təhlükəsizlik zonasının” yaradılmasını müzakirə edib.
Sələf Xəbər: Məşhur alim şeyx Əhməd Ən-Nəcmi (Allah ona rəhmət etsin) deyib: “Allaha and olsun ki, İslam xəyanətlə gəlməmişdir və əl altından törədilən partizan qətlləri ilə gəlməmişdir və nümayişlərlə gəlməmişdir və mitinqlərlə gəlməmişdir. Lakin bütün bu işlər məhz qeyri-müsəlmanlardan gəlmişdir. İndi isə öz ehtiraslarının ardınca gedənlər tövhid əhlini öldürməyə və bunun Allah yolunda cihad olduğunu deməyə başladı, lakin onlar Allah yolunda heç bir cihad etmirlər!”