Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

Ali Məhkəmə Zül-Hiccə ayının hilalını izləməyə dəvət edib

Avqust 26
15:59 2016

Səudiyyə Ərəbistanı Ali Məhkəməsi yerli mütəxəssisləri gələn həftənin çərşənbə və cümə axşamı günləri Zül-Hiccə ayının hilalını (yeni doğmuş ayını) izləməyə dəvət edib.

Ali Məhkəmə hilalı izləmək bacarığı olan hər kəsi bu işdə iştirak etmək üçün təşkil edilmiş izləyici qruplara yazılmağa çağırıb. Hilalı gözlə, yaxud teleskopla görən insan ən yaxın məhkəmə idarəsinə gedərək şahidliyini təqdim etməlidir.

Qeyd edək ki, hicri təqvimi Muhəmməd Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) hicrət etdiyi ildən başlayaraq qəməri təqvimi ilə hesablanır. Qəməri təqvimi hilalın görünməsi ilə hesablanır. Bu səbəbdən Səudiyyə Ərəbistanı və bir çox ərəb ölkələri daim hilalı izləyirlər, ələlxüsus Ramazan və Qurban bayramlarının vaxtını dəqiq təyin etmək üçün bu addım atılır.

Sələf Xəbər: “Həqiqətən, Allah yanında ayların sayı göyləri və yeri yaratdığı gündən bəri Allahın Kitabında on ikidir. Onların dördü (rəcəb, zülqədə, zülhiccə və məhərrəm) haram aylardır. Bu, doğru dindir (İbrahim və İsmailin gətirdikləri dinin doğru hesabı və hökmüdür). Ona görə də həmin aylarda özünüzə zülm etməyin. Müşriklərin hamısı sizinlə vuruşduqları kimi, siz də onlarla vuruşun və bilin ki, Allah müttəqilərlədir!” (Tövbə surəsi, 36).

Digər xəbərlər