Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

Almaniya kansleri Ərdoğana təşəkkür edib

Oktyabr 19
17:04 2015

Angela Merkel: “Qaçqın böhranı ilə bağlı məsələdə Türkiyənin yükünü azaltmaq lazımdır və biz bunu mütləq etməliyik”.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dövlət başçılığı sarayında Almaniya kansleri Angela Merkeli qəbul edib. İki liderin görüşündə əsas müzakirə mövzusu terrorla mübarizə və qaçqın böhranı olub. Görüşdən sonra təşkil edilən mətbuat konfransında Ərdoğan, terror şəbəkələrinə qarşı birgə hərəkətin vacibliyini qeyd edib.

Öz növbəsində Angela Merkel Ərdoğana, Suriyalı və İraqlı qaçqınlara göstərdikləri yardıma görə təşəkkür edib. O, Türkiyənin indiyədək 2 milyondan artıq miqrantı qəbul etdiyini xatırladıb. Almaniya kansleri, qaçqın axınının artacağını, bu axının Türkiyə vasitəsilə Avropa Birliyi ölkələrinə də yönələcəyini söyləyib.

“Qaçqın böhranı ilə bağlı məsələdə Türkiyənin yükünü azaltmaq lazımdır və biz bunu mütləq etməliyik”.

Ərdoğan ilə Merkelin növbəti görüşü noyabr ayının sonunda Antaliyada keçiriləcək G20 (Böyük 20-lər) zirvə toplantısında baş tutacaq.

Sələf Xəbər: Uca Allah buyurur: “Mömin olaraq yaxşı iş görən kişi və qadınlara, əlbəttə gözəl həyat bəxş edəcək və etdikləri ən yaxşı əməllərə görə onları mütləq mükafatlandıracağıq”. (Qurani-Kərim, “Nəhl” surəsi, 97-ci ayə)
“Xeyirxah əməllərin qəbul olunmasının zəruri şərti düzgün imandır. Bundan başqa, xeyirxah əməllər – sahibi düzgün baxışlara etiqad edilmədikcə, xeyirxah adlandırıla bilməz. Belə baxışlara aid olanlar – qeybə qəti imandır ki, mömini fərz və könüllü xeyirxah əməllər icra etməyə yönəldir. Əgər insan özündə iman və saleh əməlləri birləşdirə bilirsə, onda Allah ona mütləq gözəl həyat bəxş edir. Belə insan ruhi rahatlıq, inam əldə edir və ruhuna ziyan vura biləcək hərəkətlərə yol vermir. Uca Allah isə onun heç gözləmədiyi bir yerdən ona pak ruzi əta edir. O, dünya həyatından ayrıldıqda, Allah onu nəzərlərin görmədiyi, qulaqların barəsində eşitmədiyi və hətta insanın heç xəyalına belə gətirmədiyi hər cür nemətlərlə təmin edir. Allah onu həm bu dünyada və həm də ölümündən sonra gözəl bir tərzdə mükafatla təltif edir”. (Bax: “Təfsir Əs-Saadi”)

Digər xəbərlər