Almaniyanın qaçqınlara etdiyi təklif Ərdoğanı qəzəbləndirib
1. 035 dəfə baxılıb
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəyə daxil olan qaçqınlara “xristian olma” şərti qoyduğu ortaya çıxan Almaniyayanı sərt şəkildə tənqid edib.
“Sələf Xəbər” Avropa.infoya istinadən xəbər verir ki, 3-cü Beynəlxalq Ombudsmanlıq Simpoziumu açılışında danışan Ərdoğan suriyalı qaçqınlara ölkələrində sığınacaq vermələri müqabilində xristian olma tələbini irəli sürən Almaniya haqqında sensasion ifadələr işlədib.
Ərdoğan Türkiyənin inanc fərqi qoymadan köçkünləri qəbul etməsini vurğuayaraq, Almaniyanın qeyri-rəsmi olaraq belə bir qərar çıxarmasından narahatçılığını ifadə edib.
“Qərbdə bir qism siyasətçilər “qaçqınların gəlişinə icazə verməyin. Qaçqınları xristian edin sonra buraxın” qərarı veriblər. Bu qəbuledilməzdir. Biz insana insan kimi baxırıq, inancına görə baxmırıq. Biz qapılarımızı açırıq. Qüdsdə Məscidul-Əqsada olunanları görürsünüz. Bunlar qəbul edilən bir şey deyil”.
Qeyd edək ki, qaçqın böhranı ilə üz-üzə qalan Almaniyada, Baş nazir Merkel qaçqınların keçidinə icazə vermişdi. Ancaq daha sonra Merkelin gizli əmrilə miqrantlara, “Xristianlığa keçəcəyiniz halda giriş icazəsi alacaqsınız” deyildiyi üzə çıxmışdı.
Sələf Xəbər: Təəssüf ki, “söz azadlığı” prinsipinə əsaslanaraq, Qərbdəki bir çox hökumətlər İslama və müsəlmanlara münasibətdə nifrətin və təhqirlərin yayılmasına mane olmur. Lakin haqlı olaraq bir sual yaranır: niyə Qərb “söz azadlığı” prinsipini antisemitizmin təzahürlərinə dair tətbiq etmir? Axı məlumdur ki, antisemitizm və Xolokostun inkar edilməsi bir çox Qərb ölkəsində təqib edilən cinayətkar fəaliyyət hesab olunur.
Beləliklə, “söz azadlığı” prinsipinin mövcudluğuna baxmayaraq, bu ölkələrin qanunları sayı bütün dünya üzrə 15 milyonu keçməyən dini icmanı müdafiə edir və onları təhqir edən və hissiyyatlarına toxunanları cəzalandırır. Bəs niyə milyard yarımdan artıq olan müsəlman icmasının təhqir edilməsi haqqında söhbət getdikdə, dərhal “söz azadlığı” prinsipi yada düşür? Məgər bu ədalətdir?
Bizim dinimizə gəlincə isə, İslam antisemitizmi qadağan edir. Məhəmməd peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “Ərəbin qeyri-ərəb üzərində üstünlüyü yoxdur. Qeyri-ərəb də, ərəbdən üstün deyildir. Necə ki, ağ dərili qaradərilidən, qaradərili isə ağ dərilidən üstün deyildir. Bir insanın o birilərindən üstünlüyü yalnız təqva ilədir!” (Əhməd)Uca Allahdan müsəlmanlara səbir verməsini və İslamı pisləyənləri cəzalandırmasını diləyirik.