Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

Almatanın mərkəzində atışma – Polislər ölüb

İyul 18
15:11 2016

Şəhərdə ən yüksək terror təhlükəsi, “qırmızı” səviyyə elan edilib.

Almatanın mərkəzində atışma nəticəsində dörd nəfər ölüb, onlardan üçü polisdir.

Selefxeber.az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Qazaxıstan DİN-ə istinadən “İnterfaks” məlumat yayıb.

Polisin ilkin məlumatına istinadən Qızılorda vilayətinin daha öncə məhkum edilmiş 27 yaşlı sakini atəş açıb, o, bu günlərdə qadını qətlə yetiməkdə şübhəli bilinir.

Cinayəti törətməkdə onunla əlbir olan şəxs də axtarılır.

Hücum edən şəxs səhər saatlarında Almata şəhərinin Lamalinsk rayon DİN idarəsinin binasına daxil olmağa cəhd edib. O, növbədə olan polisi yaralayaraq onun silahını ələ keçirib, daha sonra onu təqib edən iki polisi yaralayıb.

Bundan sonra yaralanaraq saxlanılıb.

Üç polisdən başqa bir yerli sakin də ölüb: atəş açan şəxs ölən sakinin maşınını ələ keçirməyə çalışıb.

Şəhərdə “Sirena” əməliyyat planı tətbiq edilib.

TASS-ın Qazaxıstan DİN-də olan mənbəsinin sözlərinə görə, ondan çox yaralı xəstəxanaya yerləşdirilib, yaralıların əksəriyyəti polisdir. Yeddi polis reanimasiyadadır, bu barədə informburo.kz saytı məlumat yayıb.

Sələf Xəbər: XX-ci əsrin məşhur İslam alimi İbn Useymin (Allah ona rəhmət etsin) deyib: “Şübhə yoxdur ki, ağıl sahibi olan heç kəs, xüsusilə, dindarlar, belə işlərdən (terroraktları) məmnun ola bilməz, bir halda ki, bu Qurana və Sünnəyə ziddir. Bunda İslam üçün həm daxildən, həm də xaricdən ziyan vardır. Bu böyük cinayətdir, lakin, ədalətsizlər müvəffəqiyyət qazanmayacaqlar. Tezliklə, Allahın izni ilə, onlar öz əməllərinin qarşılığını bütünlüklə alacaqlar. Elm tələbələrinin bu yolun, xəvariclərin yolunun iyrənc yol olduğunu insanlara izah etmələri mütləqdir” (“Fatava əş-şəriiyə fi kədaya əl-asriyə” 47).

Digər xəbərlər